Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova Avropa Oyunları zamanı yarışları ailəvi izləyəcək

Bahar Muradova Avropa Oyunları zamanı yarışları ailəvi izləyəcək

14.05.2015 [10:17]

“Bakıda keçiriləcək Avropa Oyunları zamanı ailə üzvləri ilə birlikdə bir neçə yarışı arenalardan birbaşa izləmək fikrindəyik”. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Vitse-spiker qeyd edib ki, o, ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimlərində iştirak edəcək. Oyunlar zamanı hansı yarışları izləməyə gəlincə, bu barədə ailə üzvləri ilə birgə qərar veriləcək: “Məni, ümumiyyətlə, qadın voleybolu daha çox maraqlandırır. Çalışacağam ki, yarışları arenadan izləyim. Ən azından onları televiziyadan mütləq izləməyə çalışacağam. Amma ailə üzvləri ilə birlikdə bir neçə yarışı arenalardan canlı izləmək fikrindəyik. Həmin yarışlar mənim maraqlandığım idman növləri yox, həyat yoldaşımın maraqlandığı idman növləri olacaq. Amma kompromis variant seçməyə, bir-birimizin maraqlarına uyğun hərəkət etməyə çalışacağıq. Lakin hələ də tam qərara gəlməmişik ki, hansı yarışlara bilet alaq”.
Onun sözlərinə görə, Avropa Oyunları zamanı, ilk növbədə, Azərbaycana və Azərbaycanı təmsil edən idmançılara azarkeşlik edəcək: “Hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, kiməsə azarkeşlik edəcəyimi müəyyənləşdirməmişəm. Bəzilərinə bəlkə də qəribə gələ bilər, amma mən çox zaman yarışın başlandığı andan güclüyə azarkeşlik edirəm. Təbii ki, gözlənilməz nəticələr də ola bilər və güclü görünən sonda məğlub ola bilər. Amma hər halda mən güclünün qalib gəldiyini görəndə sevinirəm. Məndə milli-etnik baxımından tərəfkeşlik yoxdur. Lakin onlardan hər hansı biri Azərbaycanı təmsil edən idmançı və ya komanda ilə üzləşirsə, o zaman təbii ki, öz idmançılarımıza azarkeşlik edirəm”.
İdmanın hansısa bir növü ilə peşəkar formada heç vaxt məşğul olmadığını deyən B.Muradova bildirib ki, sadəcə fiziki, gimnastik, sadə hərəkətlər edib: “Çünki işimizin xarakteri belədir ki, biz daha çox hərəkətsiz oluruq. Bu mənada müəyyən fiziki hərəkətlər, yüngülvari gimnastika edirəm”.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31