Bundestaqın üzvü Karin Ştrenz: Ermənistan işğalçı ölkədir
15.05.2015 [09:49]
Mayın 14-də Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Oqtay Əsədov bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini deyib. O bildirib ki, Azərbaycan ilə Almaniya arasında dərin tarixi köklər mövcuddur. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının mühüm rolu var. Azərbaycan Avropa İttifaqına üzv ölkələr, xüsusilə də Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir.
Oqtay Əsədov Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, Cənubi Qafqaz iqtisadiyyatında ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür. Ölkəmiz regionda həyata keçirilən nəhəng layihələrin həm iştirakçısı, həm də təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətinə toxunan Milli Məclisin sədri Ermənistanın işğalçılıq siyasətinin həm Azərbaycan, həm də bütün region ölkələri üçün təhlükə törətdiyini vurğulayıb. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan rəhbərliyi təcavüzkar mövqeyindən geri çəkilmir, münaqişənin dinc yolla həllinə maraq göstərmir. Gələn il ATƏT-ə Almaniyanın sədrlik edəcəyinə diqqəti cəlb edən Oqtay Əsədov bu münaqişənin həllinə Almaniyanın dəstək verəcəyinə inandığını söyləyib.
Milli Məclisin sədri Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağını, bunun üçün bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bəzi dairələr tərəfindən bu Oyunlar ərəfəsində ölkəmizə qarşı qərəzli çıxışlar edilməsinə toxunaraq deyib ki, Bakıya gələn hər kəs ölkəmizin bütün sahələrdə inkişafının şahidi olacaq və Azərbaycana qarşı aparılan kampaniyanın əsassız olduğunu görəcək.
Nümayəndə heyətinin rəhbəri xanım Karin Ştrenz Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb. O, Almaniya Bundestaqının üzvlərindən ibarət böyük nümayəndə heyətinin birinci Avropa Oyunlarına tamaşa etmək üçün Bakıya gələcəyini diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, bu Oyunlarda iştirak edəcək şəxslərdə Azərbaycan haqqında yüksək təəssürat yaranacaq və onlar yenidən Bakıya gəlmək istəyəcəklər. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyinə toxunan Karin Ştrenz qeyd edib ki, Ermənistan işğalçı ölkədir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal altında saxlayır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

