“Azadlıq” qəzeti faşizmin dəstəkçisi rolunda
16.05.2015 [11:58]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə azərbaycanlı veteranlarla görüşü zamanı bəşəriyyəti məhv olma təhlükəsi ilə üz-üzə qoyan faşizm, irqi ayrı-seçkiliyin yeni təzahürü olan neofaşizm haqqında fikirlərini billdirərək, narahatlığını çatdırması və bu ideologiyanı özünün dövlət siyasətinə çevirmiş Ermənistanın mövqeyini ifşa etməsi “Azadlıq” qəzetinin hiddətinə səbəb olmuşdur. Qəzetin 13 may 2015-ci il tarixli buraxılışında mövzu ilə əlaqədar dərc edilmiş yazıda cılız məqsədlərə xidmət edən müəyyən fikirlər irəli sürülmüş, faşizim birbaşa, Ermənistan isə dolayı yolla müdafiə edilmişdir. Əslində, “Azadlıq” qəzetinin bu səpgili davranışı bizdə təəccüb doğurmur. Məhz bu qəzetin ideoloqları hakimiyyətə gələr-gəlməz 9 may Qələbə Gününü bayram günləri siyahısından çıxarmış, böyük və şərəfli bir tarix səhifəsinin üzərindən nadanlıqla xətt çəkmişdilər. Bu dövrdə biz veteranlar öz orden və medallarımızı taxmağa qorxur, ikinci dərəcəli vətəndaş kimi ögey münasibətə məruz qalırdıq.
Böyük Vətən müharibəsinin alovlandığı ucsuz-bucaqsız cəbhə xəttinin hər qarışında əzmlə döyüşən və qələbə çalan azərbaycanlı döyüşçülərindən fərqli olaraq, məlum illərdə Azərbaycana rəhbərlik edən və 9 may - Qələbə Gününü tarixdən silən “Azadlıq aşiqləri” vətənin ərazi bütövlüyünü qorumaqda acizlik göstərdilər. O dövr Azərbaycan üçün böyük məğlubiyyətlərlə yadda qaldı. Bəlkə də, onların qələbə günlərinə antipatiyasının səbəbini elə məhz burada axtarmaq lazımdır.
Böyük Vətən müharibəsində əldə edilmiş qələbəni, ümumiyyətlə, faşizmə qarşı mübarizəni gərəksiz sayan yazı müəllifi faşistlərin heç bir soyqırıma imza atmadıqlarını, Hitlerin Bakı ilə bağlı heç bir qərəzli planının olmadığını iddia edir. Faşızmdə humanizm meylləri axtaran müəllifin fikirincə, bəşəriyyət üçün zərərli olan bu ideologiyanın tənqid edilməsi ədalətli deyil.
Maraqlıdır, görəsən, 57 milyon hərbçinin, 25 milyon mülki əhalinin, 6 milyon yəhudinin soyqırıma uğraması ilə nəticələnən İkinci Dünya müharibəsini kimlər başlamışdı və bu müharibə hansı ideologiyaya xidmət edirdi? Belarusun Xatın kəndini külə çevirərək, kənd əhalisinə qarşı qanlı qətliamı kim törətmişdi? Bakını işğal etmək üçün “Edelveys” planını kim hazırlamışdı? Görəsən, bu anti-Azərbaycan ruhlu yazının müəlifi çox da uzaq olmayan tarixi keçmişdən bu qədərmi xəbərsizdir?
Hitler Bakı haqqında fikirlərini bu cür ifadə edirdi: “Bakının tarixi missiyası Alamaniya üçün yanacaq çəni rolunu oynamasındadır”. Onun planına görə, Bakı 1941-ci ilin sonlarına qədər işğal edilməli, SS-çilər Bakıda qərargah qurmalı idilər. Xatırladaq ki, Hitler ordusunun keçdiyi hər yerdən işgəncə ilə öldürülmüş insanların cəsədləri, məhv edilmiş mədəniyyət binaları, yandırılmış şəhər və kəndlər boylanırdı. Bəli, o dövrdə Azərbaycanı, xüsusən də öz neft mədənləri ilə imperalist güclərin iştahını qabardan Bakını Sovet Ordusu qorudu. Onun da tərkibində azərbaycanlılar bütün Sovet İttifaqını, o cümlədən doğma Azərbaycanı qoruyurdular.
Bəhs olunan yazıda Böyük Vətən müharbəsinin rusların müharibəsi kimi qələmə verilməsini müəllifin növbəti təhrifi kimi qiymətləndiririk. Böyük Vətən müharibəsi təkcə rusların yox, müttəfiq 15 respublikanın müharibəsi idi. Azərbaycan döyüşçüləri bu müharibədə öz vətənlərini, doğma yurd-yuvalarını qorumaq üçün düşmənlə çarpışırdılar. Eyni zamanda, Azərbaycan döyüşçülərinin misilsiz igidlikləri və qəhrəmanlıqları faşist Almaniyasının məğlubiyyətini sürətləndirərək, dünyada sülhün və sabitliyin bərqərar olmasında əhəmiyyətli rol oynamışdır.
Biz, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahli Qüvvələr Veteranları Təşkilatı olaraq bildirmək istəyirik ki, vətənin ağır günlərdə canı və qanı bahasına döyüşdən-döyüşə atılaraq ölkəni qoruyan veteranlardan fərqli olaraq, “Azadlıq” qəzetinin himayə etdiyi “ictimai xadimlər” erməni əqidədaşları ilə müntəzəm surətdə görüşlər keçirir, dövlətimizin müstəqil inkişafının qarşısında maneəyə çevrilməyə cəhd edərək, düşmənlə eyni səngərə girməkdən belə çəkinmirlər. Bu haqda faktlar kifayət qədərdir...
Bu məsələ ilə bağlı biz də ölkə ictimaiyyətinin qınağına qoşulur, “Azadlıq” qəzetini düşmən dəyirmanına su tökməkdən vaz keçməyə çağırırıq.
Ümummilli məsələrdə milli mövqedən çıxış etmək əvəzinə, Ermənistan və digər anti-Azərbaycan qüvvələrlə həmrəylik nümayiş etdirən “Azadlıq” qəzeti Böyük Vətən müharibəsinin tarixi əhəmiyyətinə kölgə salmağa cəhd edərək, bu müharibədə şərəfli döyüş yolu keçmiş, amansız döyüşlərdə faşıst gülləsinə tuş gələrək həyatını itirmiş, öz qəhrəmanlığı və şücaəti ilə faşizmin məğlub edilməsinə töhfə vermiş 700 min azərbaycanlının əziz xatirəsini və ləyaqətini kobud şəkildə təhqir etmişdir.
Almanların Bakıya daxil olacağı təqdirdə, soyqırım törədəcəkləri fikrinə şübhə ilə yanaşanlar Azərbaycan hökümətinin Almaniyaya qarşı antipatiya yaratmaq məqsədi güddüyü kimi məntiqsiz fikirlər irəli sürürlər. Məlumdur ki, faşıst Almaniyası işğal etdiyi bütün ölkələri viran qoymuşdu. İrqçi ideologiyanın daşıyıcısı olan rejimin Avropada, SSRİ-də və dünyanın müxtəlif bölgələrində yaşayan yüz minlərlə yəhudini kütləvi şəkildə qaz kameralarına göndərməsinin üzərindən hələ çox da zaman keçməyib. Hitlerin yəhudilər qədər təhlükəli hesab etdiyi növbəti zümrə isə kommunistlər idi. Deməli, azərbaycanlıları kütləvi şəkildə məhv etmək üçün Hitlerin əlində bəhanə var idi. Hitlerçilərin işğal etdikləri ölkələrdə uşaq, qadın və qocaya fərq qoymadan yerli əhalini kütləvi şəkildə vaqonlara dolduraraq ölüm yolçuluğuna yollaması o dövr üçün adi hal hesab edilirdi.
Əgər Azərbaycan Hitlər tərəfindən işğal edilsəydi, o zaman azərbaycanlılar bu üç vəziyyətdən biri ilə qarşılaşacaqdılar: Kütləvi şəkildə soyqırım, imperiyanın qeyri-münbit ərazilərinə deportasiya və yaxud “Ali İrq”ə köləlik...
Məhz Böyük Vətən müharibəsinin qələbə ilə nəticələnməsi azərbaycanlıları soyqırımdan, deportasiyadan, bir dövlət kimi tarix səhnəsindən silinməkdən xilas etdi.
“Azadlıq” qəzetinin faşist Almaniyası haqqında ifadə olunmuş fikirləri müasir Almaniya ilə əlaqələndirmək cəhdinə isə qərəzçilik və saxtakarlıqdan başqa bir ad vermək olmaz. Qəzet bununla özünün çirkin və riyakar fəaliyyətinin ana mahiyyətini bir daha ortaya qoymuş, qərbin anti-Azərbaycan ovqatına köklənmiş dairələrindən aldığı direktivlərə uyğun olaraq, ölkəmizin dünya platformasında günü-gündən artan nüfuzuna və güclənən mövqelərinə xələl gətirmək üçün anti-Azərbaycan kampaniyası çərçivəsində növbəti addımlardan birini atmışdır. Azərbaycanla Almaniya arasında münasibətlərə xələl gətirmək məqsədi daşıyan bu iddia müəllifin və onun mənsub olduğu düşərgənin düşüncə tərzinin bariz göstəricisidir.
Biz veteranlar əminik ki, müəyyən anti-Azərbaycan dairələrdən idarə olunan “Azadlıq” qəzetinin bu cür iyrənc üsullarla Azərbaycan hökümətinə qara yaxmaq cəhdləri və özünün əsl simasını pərdələmək təşəbbüsü səmərəsiz qalacaq. Azərbaycan xalqı hökümətlə əl-ələ verib daha böyük uğurlara imza atacaq.
Biz müharibə, əmək və silahli qüvvələr veteranları olaraq dövlətimizin qayğı və diqqətini hər zaman hiss etmişik. AXC-“Müsavat” cütlüyünün hakimiyyəti dövründə biganə münasibətlə qarşılaşsaq da, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıtması biz veteranlar üçün yeni bir dövrün başlanğıcı oldu. Tarixi ədalət bərpa edildi və biz hərtərəfli dövlət qayğısı ilə əhatə olunduq.
Azərbaycan Prezidentinin veteranları hər il Qələbə Günü münasibətilə təbrik etməsi ənənəvi hal alıb. Azərbaycanda Böyük Vətən müharibəsinin iştirakçıları üçün xüsusi olaraq Prezident təqaüdü təsis olunmuşdur. Hər il 9 may - Qələbə Günü ərəfəsində veteranlara birdəfəlik maddi yardımlar verilir.
Qeyd etməliyik ki, 1941-1945-ci illər müharibədə iştirak edənlərə verilən birdəfəlik yardımların ən yüksək həcmi MDB üzrə məhz Azərbaycanda qeydə alınmışdır. Müharibə iştirakçıları, eyni zamanda, avtomobil və mənzil ilə də təmin olunurlar. Bu gün cəmiyyətdə layiqli yerini tutan veteranlar dövlət quruculuğu prosesində yaxından iştirak edirlər.
Biz bəzi anti-Azərbaycan dairələrinin əlində alətə çevrilərək, qara siyasi niyyətlərini həyata keçirmək üçün hətta faşizmin müdafiəçiləri rolunda çıxış edənlərə, öz dövlətinə və xalqına qara yaxanlara bildirirk ki, faşizmə qalib gələnlər bu gün də neofaşizmlə və onu dəstəkləyənlərlə mübarizədə ön cəbhədə olacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası və müstəqil dövlətimizin inkişafı yolunda Azərbaycan Prezidentinin və Ali Baş Komandanın sadiq əsgəri kimi qüvvəsini əsirgəməyəcək.
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları
Təşkilatının Rəyasət Heyəti
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

