YAP Gənclər Birliyi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir
19.05.2015 [10:18]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Mayın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Konfransı giriş sözü ilə açan YAP Gənclər Birliyi ofisinin əməkdaşı Aytən Hüseynova tədbirdə 301 nümayəndədən 293 nəfərin iştirak etdiyini bildirib. Azərbaycanın dövlət himni səsləndikdən sonra birliyin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov 2011-2015-ci illərdə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. O, konfransın birinci Avropa Oyunları ərəfəsində keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. Seymur Orucov deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında Ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır: “Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdəndir. Bu sahədə görülən tədbirlər Azərbaycanın gələcəyinin inkişafına təkan verir. Bu gün qürur hissi ilə deyə bilərik ki, dinamik inkişaf edən Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolu var”.
S.Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Onun sözlərinə görə, xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının Gənclər Birliyində təmsil olunmaq çox böyük şərəf və məsuliyyətdir. “Qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun fəal dəstəkçiləri olmuşlar və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
S.Orucov qeyd edib ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Partiyamızın 650 mindən artıq üzvü var ki, onların da 40 faizini gənclər təşkil edir. O, hesabat dövrü ərzində YAP Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Diqqətə çatdırılıb ki, hesabat dövründə birliyin müasir tələblərə cavab verən ofisi gənclərin istifadəsinə verilib. Birlik gənclərin ictimai-siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumilikdə ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.
YAP Gənclər Birliyinin sədr müavinləri Samirə Quliyeva və Ramin Məmmədov qurumun təşkilati işləri, beynəlxalq əlaqələri barədə hesabat məruzələri ilə çıxış ediblər. Vurğulanıb ki, hesabat dövründə 70-dək ölkədən 100-dən çox gənclər təşkilatı ilə əlaqələr qurulub. YAP gənclərinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak etdikləri də diqqətə çatdırılıb.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub. Naxçıvan Dövlət Universitetinin tələbəsi Xanım İbrahimova, Gəncə Dövlət Universitetinin tələbəsi Rufanə İbadlı və YAP Gənclər Birliyi ofisinin əməkdaşı Ümid Abuzərli çıxış edərək YAP-ın hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiyini qeyd ediblər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov konfransda çıxış edərək YAP Gənclər Birliyinin fəaliyyətinə uğurlar arzulayıblar.
Konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov çıxış edərək YAP-ın Azərbaycanın avanqard siyasi təşkilatı olduğunu bildirib. Onun sözlərinə görə, partiyada cəmiyyətin intellektual kəsimi, ziyalılar, millətini və dövlətini düşünən insanlar təmsil olunur. Əli Həsənov qeyd edib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş və yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 24 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib: “Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlar atıb. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də öz bəhrəsini verib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə Ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasi və iqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundu və s. əhəmiyyətli hadisələr baş verdi”.
Əli Həsənov bildirib ki, bu gün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir: “Azərbaycan gəncliyi yüksək biliklərə, müasir dünyagörüşünə, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ulu öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq”.
Onun sözlərinə görə, bu gün dövlət başçısı İlham Əliyevin də gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya onları layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir: “Vətənpərvər insan, sadəcə olaraq, sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün öz potensialını ortaya qoymağı bacaran insan olmalıdır. Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir”.
YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov bu gəncliyin qarşısında mühüm vəzifələr dayandığını diqqətə çatdırıb. O, qeyd edib ki, gənclər Ümummilli liderimiz Heydər Əliyevin əmanətlərini qoruyub saxlamalıdır. Bu əmanətlər isə Azərbaycan dövlətçiliyi, azərbaycançılıq ideologiyasına əsaslanan milli birlik və Yeni Azərbaycan Partiyasıdır.
Əli Həsənov qeyd edib ki, YAP Gənclər Birliyinin keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr dövlətin gənclər siyasətinə ciddi bir dəstəkdir. “Bu gün tam əminliklə demək mümkündür ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin görmək istədiyi gənclik formalaşıb. Onlar Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan sağlam gənclərdir. Bu gənclərin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunurlar. Gənclər Birliyində təkcə say etibarilə çoxlu gənc birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellektli, vətənpərvərliyi ilə seçilən, bacarıqlı gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir. Həqiqətən, YAP-da təmsil olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Onları YAP-da Ulu öndər Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevə inam və etibar, dövlətçilik maraqları və Azərbaycanın inkişafı naminə birgə səy göstərmək həvəsi birləşdirir. YAP Gənclər Birliyi sözün həqiqi mənasında özündə böyük siyasi və mənəvi gücü, gənclik enerjisini birləşdirir. Bunlar bizə əsas verir ki, Azərbaycanın gələcəyi çox etibarlı əllərdədir. Bildiyiniz kimi, son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər. Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Əli Həsənov bildirib ki, YAP Gənclər Birliyinin sıraları durmadan genişlənir və xeyli sayda gənc öz gələcək talelərini bu partiyanın fəaliyyətinə bağlayırlar: “Təbii ki, bunun əsas səbəbi partiyanın qurucusunun Ulu öndər Heydər Əliyev olması, Onun ideyalarına söykənməsi və partiyanın Sədri İlham Əliyevin hazırda apardığı məqsədyönlü siyasətdir. Buna görə gənclər YAP-a arxalanır və ona böyük ümidlər bəsləyirlər. Bu gün YAP Gənclər Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu, o deməkdir ki, Birlik ötən fəaliyyət dövrünə yekun vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda, rəhbər strukturlarını yeniləyir. Fürsətdən istifadə edib yeni seçiləcək Birlik rəhbərliyinə uğurlar arzu edirəm”.
Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan gəncliyinin tarixində əlamətdar bir gündür. YAP Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Əhmədov qeyd edib ki, gənclərimiz öz fəaliyyəti, fədakarlığı və sədaqəti ilə belə bir yüksək qiymətə layiq olublar. “Həqiqətən, ötən illər ərzində YAP-ın Gənclər Birliyi ölkəmizin ictimai-siyasi həyatında, gənclik hərəkatında yaxından iştirak etməsi ilə öz sıralarını daha da möhkəmləndirib, cəmiyyətimizin həyatında yerini və rolunu daha da gücləndirib və eyni zamanda, Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın ictimai həyatımızdakı mövqeyinin möhkəmlənməsinə öz töhfələrini verib. Məmnunluq hissi ilə demək istəyirəm ki, YAP Gənclər Birliyi böyük bir gücü, qüvvəni özündə ehtiva edir. Azərbaycan gəncliyinin ən layiqli nümayəndələri YAP sıralarında toplaşıblar. Gənclik hər bir cəmiyyətdə, o cümlədən, Azərbaycan cəmiyyətində müasirliyin, yeniliyin daşıyıcısıdır. Azərbaycan gəncliyi də sözün həqiqi mənasında Prezident İlham Əliyevin həyata keçirdiyi müasirləşmə siyasətinə ən böyük töhfə verən ictimai qüvvə kimi özünü göstərib. Hesab edirəm ki, məhz bu gənclik Azərbaycanın gələcək firavan həyatının təmin edilməsinə daha böyük töhfələr verəcək. Bu gün YAP-ın sıralarında olmaqla əldə etdikləri biliklər, vərdişlər, mənəvi keyfiyyətlər gələcəkdə onların Azərbaycana ləyaqətlə və böyük səmərə ilə xidmət göstərmələri üçün ciddi əsaslar yaradır”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov gənclərə öz tövsiyələrini də verib. “Bu gün dünyada böyük inteqrasiya prosesləri gedir və Azərbaycan sürətlə dünya birliyinə inteqrasiya olunur. Azərbaycan gəncləri xaricdə təhsil alırlar, işləyirlər, elmi simpoziumlarda, konfranslarda iştirak edirlər. Gənclər Azərbaycanı dünyada layiqincə təmsil etməlidirlər”, - deyən Əli Əhmədov bildirib ki, gənclərimiz öz biliyi, vətənpərvərliyi ilə Azərbaycanı dünyada layiqli təmsil etmək və ölkəmizin adını yüksəklərə qaldırmaq imkanlarına malikdir. Onun sözlərinə görə, gənclər vətəni sevməli, vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmalıdırlar. “Eyni zamanda, gənclər öz davranışları ilə həm Azərbaycanın uğurlarının artmasına kömək etməli, həm də imicinin dünyada daha da yüksəlməsinə öz töhfələrini verməlidirlər. Həqiqi vətənpərvər o insan, o gənc ola bilər ki, onun əsas qürur mənbəyi öz milləti, öz vətəni, öz dövləti olsun. Belə olan halda, hər bir gənc əsl vətənpərvər olacaq. Belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiqlər edə bilməz. Bu niyyətdə olanlar anlayacaqlar ki, o ölkənin vətəndaşları hər bir təzyiqə qarşı duracaqlar”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, gənclik dövründə formalaşan xarakter və mənəvi keyfiyyətlər insanın bütövlükdə gələcək taleyini müəyyənləşdirir. Onun sözlərinə görə, gənclər Heydər Əliyev ideyalarına, Azərbaycan Prezidentinə, YAP-a sadiq olmalı, fədakar, mübariz insan kimi formalaşmalıdırlar. “Sədaqət, fədakarlıq, mübarizlik keyfiyyətlərinə sahib olsanız, bu keyfiyyətlər bütün ömrü boyu sizi müşayiət edəcək və uğurlar qazanmanıza ciddi əsaslar yaradacaq. Gənclər dərin biliklərə yiyələnməli, müasir dünyagörüşünə malik olmalıdırlar. Müasir dünyada insanı firavan həyata aparan yeganə etibarlı yol dərin biliklər və savaddır. Ona görə də, YAP gənclərindən gözləntilərimiz dərin biliklərə sahib olmalarıdır. Onlar məhz bu biliklər əsasında Azərbaycanın gələcək taleyində iştirak edən layiqli vətəndaşlar kimi ölkəmizə xidmət göstərə bilərlər”, - deyə Əli Əhmədov vurğulayıb.
Əli Əhmədov deyib ki, gənclərimiz həm də Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını heç vaxt unutmamalıdırlar. “Onlar Ulu öndər Heydər Əliyevin qurub yaratdığı, bizə vəsiyyət etdiyi bu gücü, qüdrəti daim uca tutsunlar. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 650 mindən çox Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qürur mənbəyinə çevrilib. Bu, sadəcə, bir statistika deyil, bu, 650 mindən çox Azərbaycan vətəndaşının Ümummilli liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdıran Prezident İlham Əliyevin siyasətinə və dövlətçiliyə sədaqətin ifadəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib. YAP üzvü olmaq, sədaqətli Azərbaycan vətəndaşı olmaq, dövlətçiliyə xidmət etmək deməkdir. Güman edirəm ki, YAP Gənclər Birliyinin üzvləri bu günə qədər özlərini bu cür dərk etdikləri kimi bundan sonra da bu keyfiyyətdə özlərini dərk edəcəklər, Azərbaycanın gələcəyinə özlərini hazırlayacaqlar. Azərbaycan dövləti gənclik üçün firavan Azərbaycanı, onun gələcəyini qurur. Azərbaycan gəncliyi isə özünü bu gələcəyə hazırlamalıdır. Çünki gələcəkdə ölkəmizi idarə edənlər bugünkü gənclər içərisindən seçiləcəklər. Gənclik özünün bu məsuliyyətini dərk etməlidir. Siz nə qədər bu məsuliyyəti dərk etsəniz, özünüzü buna hazırlasanız, Azərbaycanın firavan gələcəyi daha gözəl olacaq”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov belə bir inam ifadə edib ki, YAP Gənclər Birliyi daha böyük fədakarlıqla fəaliyyət göstərəcək, əldə olunan nailiyyətləri daha da yüksəklərə qaldıracaq, daha böyük güc kimi birləşəcək və Prezident İlham Əliyevin siyasətinin reallaşmasına daha böyük töhfələr verəcək.
Qeyd edək ki, konfrans iştirakçıları YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Gənclər Birliyinin 63 nəfərdən ibarət Şurası və 15 nəfərdən ibarət İdarə Heyəti seçilib. Seymur Orucov YAP Gənclər Birliyinin sədri, Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva və Əli Pənahov isə sədr müavinləri seçiliblər.
Konfrans tanınmış sənətçilərin konsert proqramı ilə başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

