Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci Nazirlər Görüşü olub

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci Nazirlər Görüşü olub

20.05.2015 [09:55]

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 19-da ikinci Nazirlər Görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa” formatında təşkil olunan tədbirdə “2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf” mövzusunda müzakirələr aparılıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən tədbirdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi əhəmiyyətindən söz açılıb.
Tədbirdə 50-yə yaxın ölkənin mədəniyyət nazirlərinin, nazir müavinlərinin iştirak etdiklərini bildirən Ə.Qarayev vurğulayıb ki, Bakı Forumu beynəlxalq mədəniyyətlərarası dialoqa bir proses kimi baxır.
O deyib: “Biz insanların arasında inam yaratmalıyıq. Bu, birinci Forumda əksini tapmış konsepsiyadır”.
Forumda müzakirə edilən məsələlər içərisində İpək Yolu və gənclərin təhsilə cəlb olunmasına dair məruzələr üstünlük təşkil edir. Burada daha çox önəm verilən mövzulardan biri də turizm sənayesinin inkişafı ilə bağlıdır. “Turizm tolerantlığın, qarşılıqlı anlaşmanın və dialoqun xalqlar arasında dərinləşdirilməsinə necə töhfə verməlidir?” məsələsi hazırda çox aktualdır. Əslində bu mövzuda çıxış edən insanlar arasında bir konsensus müşahidə edilir. Dünyanın müxtəlif ölkələrini təmsil edən maraqlı dairələr eyni dəyərlərin paylaşıldığını qeyd edirlər. Müxtəlif mədəniyyətlər, inklüziv cəmiyyət ideyasının təşviq edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin edilməsində yeganə yoldur.
Mədəniyyətlərarası dialoqun bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə əsaslanan dünyanın qurulması məqsədini güddüyünü bildirib. Foruma dəstək verən bütün təşkilatlara minnətdarlığını bildirən Ə.Qarayev qeyd edib ki, bu toplantıda müzakirə olunan məsələlər 2015-ci ildən sonrakı dövrü əhatə edir.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasser belə mühüm Foruma yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.
BMT-nin Sivilizasiyalar Alyansının mədəniyyət və yaradıcılıq, eləcə də mədəniyyətlərarası dialoqun, irsin saxlanılmasına yönəlmiş turizmin yaradılmasına çalışdığını vurğulayan ali nümayəndə III Forumda iştirakçıların sayının daha çox olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan cəlbedici bir mərkəzə çevrilib. Bu ölkə mədəniyyətlərarası dialoqa uğurla ev sahibliyi edir.
Nassir Abdulaziz əl-Nasser deyib: “Biz bu “dəyirmi masa” çərçivəsində ümumilikdə vacib məsələləri-mədəniyyət, davamlı inkişafı, eyni zamanda, 2015-ci ildən sonra BMT-nin inkişaf gündəliyini müzakirə edəcəyik. 2010-ci ildə Minilliyin İnkişaf Sammitində qeyd edildi ki, mədəniyyət inkişafa töhfə verən çox önəmli amildir. Biz bu inkişafın təmin edilməsi üçün hərtərəfli cəmiyyətin qurulmasını vacib hesab edirik. Mədəniyyətin inkişafı, həmçinin iqtisadiyyatın inkişafı deməkdir. Bu həm də sosial ahəngdarlığı yaradır və davamlı inkişafı təmin edir. Mədəniyyətə qoyulan sərmayəyə gəldikdə, biz görürük ki, iqtisadiyyatlar öz imkanlarına əsaslanaraq daha da güclənə bilər. O ki qaldı turizm, bu gün bu, qlobal iqtisadiyyatda ən çox sürətlə artan sahədir. Bu sektor güclü alət olmaqla yanaşı, müxtəlifliyi möhkəmləndirir, insanları bir araya gətirir. İl ərzində 1 milyarddan çox insan səyahət edir. Bu da dünya əhalisinin 25 faizi deməkdir. Mədəni mübadilə stereotiplərin aradan qaldırılması üçün vacibdir. BMT sistemi daxilində bununla əlaqədar bir sıra təşəbbüslər irəli sürülüb. Bu sənədlər arasında təhsil, mədəniyyət, turizm və digər iqtisadi məsələlər öz əksini tapıb”.
Bakıda olmasından məmnunluğunu ifadə edən Litvanın mədəniyyət naziri Sarunas Biruti ümidvar olduğunu bildirib ki, iyunda keçiriləcək birinci Avropa Oyunlarında Azərbaycan və Litva idmançıları birincilik qazanacaqlar.
Qonaq deyib: “Hər zaman mədəni ideyaların təşviqinin tərəfdarı olmuşam. Bununla bağlı müxtəlif ölkələrin təcrübəsini bölüşürük. Hesab edirəm ki, “Bakı prosesi” və Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan bizim üçün əlverişli tribunadır”.
Bəhreynin mədəniyyət və antik əşyalar naziri, xanım Mai bint Muhammad əl-Xəlifə bildirib ki, mədəniyyət davamlı inkişafın əsasını təşkil edir: “Turizm isə bir medalın iki üzüdür. Bakıda keçirilən bu Forum bizə hər iki sahədə öz resurslarımızdan istifadə etmək imkanı verir”.
Serbiyanın mədəniyyət və informasiya naziri İvan Tasovacın sözlərinə görə, mədəniyyət bütün cəmiyyətlərin güzgüsüdür: “Mədəniyyət keçmişlə indinin arasına bir əlaqədir. Bütün cəmiyyətlər yalnız mədəniyyətlərarası dialoq vasitəsilə ünsiyyət yaradır, dostluq münasibətləri qurur. Bu baxımdan Bakıda keçirilən bu tədbiri çox yüksək dəyərləndirirəm”.
Azərbaycan paytaxtında təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumunda artıq üçüncü dəfədir iştirak etdiyini söyləyən Banqladeşin mədəniyyət və irs naziri Asaduzzaman Noor bildirib ki, onun ölkəsi müxtəlif etnik qrupların yaşadığı bir məkandır. Ona görə də Banqladeşdə böyük mədəni müxtəliflik mövcuddur: “Bu baxımdan bu Forumda iştirak bizim üçün olduqca önəmlidir. Çünki burada hər dəfə yeni ideyalar öyrənir və ölkəmizdə tətbiq edirik”.
Mədəniyyət Nazirlərinin ikinci toplantısında maraqla qarşılanan çıxışlardan biri də İraqın mədəniyyət naziri Fryad Muhammad Hasan tərəfindən edilib. O deyib: “Buraya dialoq naminə toplaşmışıq. Amma gərək unutmayaq ki, bu gün bir çox ölkələrdə, o cümlədən İraqda mədəni irs məhv olub getməkdədir. Bütün bunların hamısı beynəlxalq ictimaiyyətin gözləri qarşısında baş verir. İnsanlar unutmamalıdırlar ki, bu gün bizə qarşı baş verənlər səhər onların da başına gələ bilər. Ona görə də hesab edirəm ki, dünya ictimaiyyəti İraqda baş verənlərə biganə qalmamalıdır. Bu Forumun bir əhəmiyyəti də o ola bilər ki, iştirakçılar bütün dünyanı ağuşuna alan münaqişələrin həlli naminə birgə səylər göstərsin”.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın türkdilli xalqlar arasında mədəni birliyin yaradılmasında mühüm rol oynadığını bildirib. O deyib ki, biz müxtəlif türkdilli xalqların mədəniyyətini təşviq etməklə onları digər mədəniyyətlərə tanıtmaq məqsədini güdürük.
Tədbirdə “Brooklyn Baku” Dostluq Fondunun prezidenti xanım Marietta Yusim-Rozental Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Bruklin şəhəri ilə Bakı arasında mədəni əlaqələrin inkişafına verdiyi dəstəyə görə şəhər merinin xüsusi təşəkkürnaməsini təqdim edib.
Toplantı forumda iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin mədəniyyət və davamlı inkişaf mövzusunda çıxışları ilə davam etdirilib.
Çıxışçılar öz ölkələrinin bu istiqamətdə tətbiq etdiyi təcrübəni bölüşüblər.
Geniş fikir mübadiləsinin aparıldığı görüşün sonunda yekun hesabat qəbul edilib.

Paylaş:
Baxılıb: 617 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31