Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Musa Quliyev: O il olmur ki, bizə qarşı hər hansı əks-təbliğat, basqı olmasın

Musa Quliyev: O il olmur ki, bizə qarşı hər hansı əks-təbliğat, basqı olmasın

28.05.2015 [11:16]

“Mən də qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı anti-Azərbaycan kampaniyasının yeni dalğasının yaranacağını ehtimal edirəm”. Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
“Bilirsiniz, biz gənc dövlətik, bir az da - istər siyasilərimiz, istər mətbuatımız, istərsə bütövlükdə vətəndaşlarımız hamımız emosionalıq”, - deyən M.Quliyev qeyd edib ki, indi bütün məsələləri də həddindən artıq siyasiləşdirməyə, ümumiyyətlə, çox siyasiləşməyə ehtiyac yoxdur: “Azərbaycana qarşı onlarla belə kampaniyalar olub. O il olmur ki, bizə qarşı hər hansı müəyyən əks-təbliğat, müəyyən basqı olmasın, o da o dövlətlərin marağıdır, o da o dövlətlərin strategiyasıdır, o da o dövlətlərin siyasətidir və onlar, doğrudan da, bundan qazanc əldə edirlər. İstər siyasi qazanc, istər iqtisadi qazanc əldə edirlər, istərsə də müəyyən mərhələdə özlərinin kapitallarını artırırlar və sair”.
M.Quliyev bu baxımdan hesab edir ki, bu, bir siyasi oyundur: “Buna o qədər də emosional reaksiya verməyin tərəfdarı deyiləm. Dövlətin başçısı, dövlətin müvafiq qurumları, strukturları profilaktik tədbirlər görürlər, hər kəsə öz yerini göstərirlər”.
M.Quliyev hesab edir ki, bu cür kampaniyalar həmişə olacaq: “Avropa Oyunlarından sonra parlament seçkilərində, onun ardınca gələn İslam Həmrəylik Oyunlarında, daha sonra prezident seçkilərində, ondan sonra məsələn, ikinci süni peykimizi kosmosa buraxacağıq həmin vaxt, bunlar baş verəcək”.

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31