Milli Məclisin yaz sessiyası başa çatıb
30.05.2015 [11:39]
Yaz sessiyası çərçivəsində parlamentdə 134 qanun qəbul edilib
Dünən Milli Məclisin yaz sessiyasının son iclası keçirilib. İclasda əvvəlcə millət vəkilləri 19 may 2015-ci il tarixində Binəqədi rayonu ərazisindəki 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, 15 nəfərin həlak olması ilə nəticələnən yanğının səbəbləri araşdırılır: “Yanğından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu faciəyə reaksiya verdi. Yanğının səbəblərini araşdırmaq üçün Dövlət Komissiyası yaradıldı. Hazırda komissiya ciddi araşdırmalar aparır. Əminəm ki, ölkə başçısının verdiyi tapşırıqlardan sonra belə hallar bir daha baş verməyəcək”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib. İlk olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibinə dəyişiklik edilməsi məsələsinə baxılıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzrə Vüqar Zeynalov, gənclər təşkilatları üzrə Mirhəsən Seyidov və qadın təşkilatları üzrə Sevil Yusifova Yayım Şurasının yeni üzvləri seçiliblər.
Daha sonra “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev çıxış edərək deyib ki, bu gün müstəqil Azərbaycan dövləti uğurla inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan dünyada dinamik inkişaf edən və sabit ölkə kimi tanınır. Ç.Əsədullayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi sahədə ciddi uğurlar əldə edilməkdədir. Onun sözlərinə görə, bunun nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. “Dünyanın nüfuzlu maliyyə təşkilatları da Azərbaycanın əldə etdiyi nəticələri yüksək qiymətləndirirlər. Bir sıra qurumlar ölkəmizin kredit reytinqini artırıblar. Bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir. Əminik ki, uğurlarımız daha da artacaq” - deyə komitə sədrinin müavini vurğulayıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə Azərbaycan davamlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb: “Ölkə üzrə ÜDM-in həcmi, xüsusilə, qeyri-neft sektorunun ÜDM-də çəkisi artıb. Ölkə üzrə qeyri-neft sektorunda 7 faizlik illik real artım tempinə nail olunub. 2014-cü ildə istehlak qiymətlərinin indeksi (inflyasiya) 1,4 faiz olub. Bu da 2014-cü il üçün proqnozlaşdırılan göstəricidən demək olar ki, iki dəfə azdır”.
Maliyyə naziri Samir Şərifov isə deyib ki, məqsədyönlü iqtisadi siyasət nəticəsində 2014-cü ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunub. 2014-cü ildə ölkəmizdə 59 milyard manat və yaxud əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektoru üzrə əlavə dəyər 7 faiz artaraq, ÜDM-də xüsusi çəkisi 61 faizədək yüksəlib. ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb.
Nazir deyib ki, 2014-cü ilin dövlət büdcəsi 100,1 faiz yerinə yetirilib. Azərbaycanın əsas ixrac məhsullarının qiymətinin 2 dəfə düşməsinə baxmayaraq, ölkədə iqtisadi artımın davam etdiyini söyləyən S.Şərifovun sözlərinə görə, dünyada qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8 faiz çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən il qeyri-neft sektorunda 7 faizlik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61 faizədək yüksəlib. ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9 faiz artım deməkdir. 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3 faizi daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib. S. Şərifov deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub: “Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1 faiz əməl olunub”.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, 2014-cü ilin dövlət büdcəsinin icrası Azərbaycanın iqtisadi inkişafının göstəricisidir. Onun sözlərinə görə, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız inkişaf edib. Millət vəkili, bu baxımdan, ötən ilin dövlət büdcəsinin icrasını yüksək qiymətləndirib.
Müzakirələrdən sonra sənəd qəbul olunub.
İclasda, həmçinin, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Müzakirələr zamanı spiker Oqtay Əsədov deyib ki, Azərbaycanda bələdiyyələrin sayı həddən artıq çox, ancaq gücləri azdır. Spiker xatırladıb ki, dövlət başçısı da çıxışında bələdiyyələrin fəaliyyəti ilə bağlı narazılığını bildirib: “Qanunvericilik səviyyəsində bələdiyyələr haqqında hansısa addımların atılması barədə fikirləşmək lazımdır. Bələdiyyələrin gücünü artıra bilmirik. Kiçik kəndlərdə bələdiyyələri birləşdiririk, ancaq kifayət etmir. Bələdiyyələrin işi olmalıdır və parlament də bununla bağlı qanunvericilik səviyyəsində addımlarına davam etməlidir”.
İclasda millət vəkilləri bir sıra qanunlara dəyişikliklər ediblər. Sonda spiker O.Əsədov bildirib ki, yaz sessiyası ərzində parlament məhsuldar işləyib. Onun sözlərinə görə, yaz sessiyasında Milli Məclis 10 iclas keçirib: “İclaslarda 134 qanun qəbul edilib. 165 nəfər 70 nümayəndə heyətinin tərkibində 30-a yaxın səfər edib. 50-dən çox xarici qonaq Milli Məclisdə qəbul edilib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

