/ / ATƏT-in fəaliyyətdə olan sədri Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb
ATƏT-in fəaliyyətdə olan sədri Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb
02.06.2015 [16:23]
İyunun 1-də ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşüb.
Görüşdə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin intizam komissiyasının sədri Siyavuş Novruzov parlamentin fəaliyyəti və burada təmsil olunan siyasi partiyalar barədə məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan S.Novruzov bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib və onların hüquqları kobudcasına pozulub. Biz ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətindən narazıyıq.
S.Novruzov ATƏT-in fəaliyyətdə olan sədrinin ermənilərin beynəlxalq hüquq qaydalarını pozaraq Kəlbəcərdə girov götürdükləri Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycana geri qaytarılması ilə bağlı dəstək verməsinin vacibliyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Bütün siyasi partiyalar bu məsələ ilə əlaqədar ciddi şəkildə məşğuldur. Təəssüflər olsun ki, 20 ildən artıqdır ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu mütəmadi olaraq Azərbaycan haqqında qərəzli bəyanatlar yayır, ölkəmizdə keçirilən seçkilər üzərinə kölgə salır. Baxmayaraq ki, Ermənistanda dəfələrlə biabırçı şəkildə seçkilər keçirilib, namizədlər güllələnib, lakin nədənsə onların seçkiləri həmişə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən “demokratik” adlandırılıb. Həmçinin ermənilər Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in Parlament Assambleyasının nümayəndələrinin verdiyi bəyanatları da şantaj yolu ilə ləğv etməyə çalışırlar.
Görüşdə iştirak edən siyasi partiyaların rəhbərləri təəssüflə bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı qeyri-obyektiv mövqeyi cəmiyyətdə narazılıqla qarşılanır. Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Həmin qurumlar 20 ildən çox müddətdə ərazilərimizin bir hissəsini işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də bu təşkilatların hər hansı mövqeyi artıq Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur. Vurğulanıb ki, heç bir halda heç bir Avropa təşkilatının bir neçə gündən sonra Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə insan haqlarını qarşı-qarşıya qoymasının tərəfdarı deyilik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana qarşı həmişə qərəzli fikir ifadə etməsi bizi narahat edir.
İvitsa Daçiç Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirib. O deyib ki, ölkələrimiz arasında dostluq münasibətləri var. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünün pozulmasını yaxşı başa düşür. Serbiya üçün də ərazi bütövlüyü prinsipial məsələdir.
Görüşdə qaldırılan mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

