/ / “The Porterville Recorder” qəzeti ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 mart soyqırımının dəhşətlərindən yazır
“The Porterville Recorder” qəzeti ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 mart soyqırımının dəhşətlərindən yazır
02.06.2015 [16:27]
ABŞ-ın “The Porterville Recorder” qəzetində jurnalist Raul Loveri Kontrerasın “Vəhşiliklər: reallıq və uydurmalar” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən müəllif məqalədə 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən ətraflı söhbət açıb.
Müəllif yazır ki, “daşnaklar” adlanan erməni radikalları 1918-ci il martın 31-də Azərbaycanın Quba rayonunda azərbaycanlılara və yəhudilərə qarşı etnik təmizləmə aparmaq üçün erməni və rus kommunistləri ilə birləşdilər. Bu qətliamın məqsədi Ermənistan kommunist respublikası yaratmaq idi. Bu silahlı dəstələr rayonu mühasirəyə alaraq qarşılarına çıxan bütün azərbaycanlıları və yəhudiləri qətlə yetirdilər. Onlar dinc insanları evlərindən çıxararaq öldürüblər.
Raul Loveri Kontreras qeyd edir ki, o zaman ermənilər “daşnak” qoşunlarını “cəza briqadası” adlandırırdılar. Onlar 1918-ci ilin mart və aprel aylarının bir neçə günündə on minlərlə azərbaycanlını, yəhudini və digər milli azlıqların nümayəndələrini qətlə yetiriblər. Ermənistanın səyi ilə tarix bu qırğına biganə qaldı. Lakin bir tikinti layihəsi yüz il əvvəl baş vermiş qanlı hadisələrin dəhşətlərinin üstünü açdı. Tikinti işçiləri 2007-ci ildə Qubada azərbaycanlıların və yəhudilərin kütləvi məzarlığını aşkar etdilər.
Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti burada soyqırımı qurbanlarının xatirəsinə həsr edilən Memorial Kompleks yaratdı və araşdırmalar nəticəsində bu qətliamı, rayonun kütləvi şəkildə dağıdılmasını və törədilən qırğının nəticələrini əks etdirən çoxlu sayda fotolar üzə çıxarılaraq sənədləşdirildi. Bu ərazidə aparılmış qazıntılar nəticəsində minlərlə insan sümükləri aşkar edildi.
Müəllif yazır: “Mən bu əraziyə daxil olanda sanki nəfəsim dayandı. Buradakı insan sümükləri tədris olunmaq üçün yığılmamışdı. Bunlar qətlə yetirilmiş insanların sümükləri idi. Canilər bu insanların nəşini quyulara dolduraraq cinayətlərini ört-basdır etmək üçün torpaqlamışdılar. Mən ermənilər və onların kommunist tərəfdaşlarının qətlə yetirdikləri yüzlərlə kişinin, qadının, uşağın sümüklərini gördükdə şoka düşdüm. Mən vəhşiliyə nifrət edirəm”.
Jurnalist Raul Loveri Kontrerasın “Vəhşiliklər: reallıq və uydurmalar” sərlövhəli məqaləsi, həmçinin www.laprensahispananewspaper.com və www.calnewseditor.wordpress.com portallarda da yayılıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

