İvitsa Daçiç: Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir
03.06.2015 [09:19]
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin (İB) mərkəzi qərargahında görüş keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə İB-nin idarə heyətinin sədri, icma rəhbəri Bayram Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırki durumu haqqında qonağa məlumat verib. İcma rəhbəri iyirmi ildən artıqdır münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və məsələnin həllində qətiyyətli mövqe tutmadığını diqqətə çatdırıb. Vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycan xalqı bununla bağlı Prezident İlham Əliyevin tutduğu mövqeyi dəstəkləyir.
İctimai Birliyin idarə heyətinin üzvləri - Milli Məclisin deputatları Rövşən Rzayev və Elman Məmmədov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Birliyin Əlaqələndirmə Şurasının sədri, dosent Elçin Əhmədov qeyd ediblər ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr, eləcə də bu ali qurumun sədrinin 7 bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər Ermənistanın işğalçılıq siyasəti yürütməsi ucbatından heç bir nəticə verməyib.
Diqqətə çatdırılıb ki, münaqişənin nizamlanması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi qeyd olunub. Həmin qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsi də əksini tapıb.
Bildirilib ki, güc tətbiqi ilə ələ keçirilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülh və əməkdaşlığın bərqərar olması mümkün deyil. Görüşdə belə bir əminlik ifadə olunub ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali doğma torpaqlarına qayıdacaq və iki icma arasında dinc yaşayış təmin olunacaq.
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Bakıda olmaqdan və İcmanın üzvləri ilə görüşün təşkilindən məmnunluğunu bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT üçün çox vacib məsələdir.
Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsi üçün münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayan İ.Daçiç bu istiqamətdə danışıqların davam etdirilməsinin zəruriliyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

