5 min avroya başa gələn, mahiyyəti heç 5 sent olmayan yazılar
05.06.2015 [10:08]
Bizi birinci Avropa Oyunları ilə ayıran zaman daraldıqca, Azərbaycana qarşı aparılan qara kampaniyanın daha da geniş vüsət aldığının şahidi oluruq. Bu günlərdə BBC, Guardian, eurasian.net və digər saytlarda Azərbaycan haqqında gedən materiallara diqqət etsək bütün yazıların bir mərkəzdə hazırlanaraq mediaya ötürüldüyünü görməmək mümkün deyil. Bütün məqalələrdə istifadə edilən “faktlar” və “rəqəmlər” bir-birini təkrarlayır, yazılar yalnız başlıq və şəkillərə görə bir-birindən seçilir. Bu tip araşdırmaları görərkən insanın ağlına istər-istəməz belə bir sual gəlir: Görəsən, bu ölkələrin özündə insan hüquqları ilə bağlı heç bir problem yoxdurmu? Yaxud bu ölkələrdə yazmaq üçün bütün mövzular tükənibmi?
Məsələn, ABŞ bugünədək uşaq hüquqları konvensiyasını ratifikasiya etməyib. İşgəncə və alçaldıcı rəftarın qadağan edilməsinə dair Konvensiya isə müxtəlif şərtlərlə ratifikasiya edilib. Tanınmış hüquq-müdafiə təşkilatları bu ölkədə insan hüquqları probleminin 11 sentyabr hadisələrindən sonra daha da pisləşdiyini hesabatlarında qeyd ediblər. BMT-nin 2006-cı ildəki hesabatında Mərkəzi Kəşfiyyat İdarəsinin “gücləndirilmiş dindirmə metodu”nun Cenevrə Konvensiyasına zidd olduğu qeyd olunub.
Ötən ilin avqustunda Ferqüsonda polisin qaradərili gənci güllələməsi ilə başlayan etirazlarda xüsusi təyinatlıların etirazçılarla davranışına bütün dünya şahid oldu. Hadisələr başlayan zaman Ferqüsonun hava məkanı gələn təyyarələr üçün bağlandı. Aviasiya administrasiyası bunu təhlükəsizlik tədbirləri ilə izah etdi. Qəribə deyilmi: necə ola bilər ki, eyni məkan gələn təyyarə üçün təhlükəli olsun, gedən isə tam rahat şəkildə hava limanını tərk edib mənzil başına çatsın? Qərarın həqiqi mahiyyətini “France Presse” agentliyi açdı. Agentlik bildirdi ki, əsas məqsəd jurnalistlərin regiona gəlməsinə mane olmaqdır. Təhlükəsizlik problemi isə yalnız bəhanədir. Eyni gündə peşə borcunu yerinə yetirən 4 jurnalist saxlanıldı, bir neçə jurnalist isə fiziki zorakılığa məruz qaldı. Maraqlıdır ki, bütün bunlar “demokratiyanın beşiyi” olmağa iddia edən ölkədə baş verirdi. Hüquq müdafiəçilərini ən çox narahat edən məqamlardan biri də təqsirləndirilən şəxslərin heç bir ittiham irəli sürülmədən qeyri-müəyyən müddətə həbsdə saxlanmasıdır.
Eyni məsələ digər bir ingilisdilli ölkədə də qanuni xarakter daşıyır. Böyük Britaniya qanunvericiliyi polisin şübhəli şəxsi heç bir ittiham irəli sürmədən 4 gün həbsdə saxlamasına icazə verir. 11 sentyabr 2001-ci il hadisələrindən sonra bu müddət 7 günə qaldırıldı. Eyni ildə Toni Bleyer hökumətinin qəbul etdiyi qanun terrorda şübhəli bilinən əcnəbilərin qeyri-məhdud müddətə saxlanmasına icazə verir. Təkcə 2004-cü ildə Avropa Məhkəməsi Britaniyanı 130 dəfə cərimələyib. AİHM-in qərarlarında əsas tənqid hədəfi şəxsi həyatın toxunulmazlığı və işgəncələrin, alçaldıcı rəftarın qadağan edilməsi olub.
Bütün bunlara baxdıqda bir el məsəlini xatırlamamaq olmur: “adımı sənə qoyum, səni yana-yana qoyum”.
Hörmətli oxucuda yazıya niyə belə başlıq seçməyimiz barədə sual yaranacaq. Oxucunu çox da intizarda qoymadan başlıq seçimimi izah etmək istərdim: Avropa və ABŞ-da ciddi media qurumlarında material yerləşdirmək həmişə çətin olub. Lakin son illərdə baş vermiş böhran və repressiyalar KİV-ə də təsirsiz ötürməyib. Hətta böyük media qurumları da gəlirlərin azalması fonunda müəyyən addımlar atmağa məcbur olub. Belə hallarda ərazicə kiçik və müstəqil siyasət yeridən ölkələrdə keçirilən vacib tədbirlər göydəndüşmə fürsət olur. Yəni, pulunu al, istənilən materialı çap et (Biz buna bir müddət əvvəl Braziliyada keçirilən idman yarışları zamanı şahid olduq). Bu zaman obyektivlik və bütün tərəflərə bərabər söz haqqı verilməsi kimi vacib prinsiplər arxaya keçir, “müştəri hər zaman haqlıdır” (bu situasiyada məqaləni sifariş edən) prinsipi prioritetə çevrilir. Sadə dildə desək, bir neçə min avrodan (dollardan, funt-sterlinqdən) keçərək tanınmış qəzetlərdə istədiyin şəxsi və ya ölkəni yıxıb-sürümək mümkündür. Eynən dahi Üzeyir Hacıbəylinin məşhur personajının dediyi kimi: “Məşədi, 5 manat ver Rustam bəyi qəzetəmdə biabır edim”.
Heç bir sanballı mənbəyə istinad etmədən, jurnalistikanın əsas prinsiplərinə zidd, hansısa dairələrin sifarişi əsasında yazılmış yazının dəyəri mənim nəzərimdə 5 sentdən çox deyil. Hörmətli oxucu daha ucuz qiymət də qoya bilər.
Vüqar ƏLƏSGƏROV
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

