Avropa Parlamentində erməni “tamaşa”sı, yaxud məğlubların növbəti fiaskosu
11.06.2015 [09:27]
Qurumun iclasında heç bir nüfuza malik olmayan avropalı parlamentarilərin təsirsiz iştirakı, eləcə də, ermənilərin status-kvonun mühafizəsinə hesablanmış uğursuz yanaşmaları fonunda bu “tamaşa” da fiasko ilə nəticələnib
Müasir dövrdə müstəqil inkişaf yoluna malik olan ölkələrin dinamik tərəqqisi, beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi müsbət hallarla yanaşı, neqativ mövqe və yanaşmaların ortaya çıxmasına da səbəb olur. Bu, daxili inkişaf məsələlərindən tutmuş ölkələrin xarici siyasətinə, milli maraqlarına aid olan problemlərə qədər özünü göstərir. Bu kontekstdə daha çox ikili standartlara istinad edən Avropadakı islamofob dairələrin yanaşması xüsusi olaraq diqqət çəkir. “Qoca qitə”nin funksional təsisatlarında, o cümlədən Avropa Parlamentində yer alan müəyyən bir qrup lobbi fəaliyyəti ilə məşğul olaraq, tarixi faktlardan, mövcud gerçəkliklərdən kənar ədalətsiz mövqe ortaya qoyaraq qeyri-obyektiv mənzərə yaratmağa çalışır. Avropa İttifaqı-Ermənistan dostluq qrupu və Ədalət və Demokratiya Naminə Erməni Federasiyası iyunun 3-də Brüsseldə keçirilən “Münaqişələr və özmüqəddəratını təyinetmə” mövzusundakı tədbirdə cərəyan edən hadisələr bu qəbildən olan nümunə qismində səciyyələndirilə bilər. Məsələ ondan ibarətdir ki, iclasda 2-3 nəfərlik nümayəndə iştirak edib və bu toplantı daha çox “teatr tamaşası”nı xatırladaraq qondarma sessiya kimi tarixə düşüb. Sessiyanın mövzusu Cənubi Qafqazda münaqişələr olduğuna görə burada, hər halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin müzakirəsinin keçirilməsini gözləmək olar. Amma bəhs olunan “teatr tamaşası”nda aşkar şəkildə ermənipərəst mövqe nümayiş etdirilib, o cümlədən, Avropa Parlamentindən iclasda təmsil olunan 2-3 lobbiçi-deputatın subyektiv mülahizələri önə çıxıb.
Əlbəttə, tərəflər bununla həm dünya ictimaiyyətini manipulyasiyaya məruz qoymağa, həm də regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ilə bağlı spekulyasiya yaratmağa cəhd ediblər. Amma iclasda heç bir nüfuza malik olmayan - qərəzli fəaliyyətləri ilə seçilən avropalı parlamentarilərin təsirsiz iştirakı, eləcə də, ermənilərin status-kvonun mühafizəsinə hesablanmış uğursuz yanaşmaları elə bumeranq effekti yaradaraq özlərinə qarşı çevrilib və bu “tamaşa” da fiasko ilə nəticələnib.
Ümumiyyətlə, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Başqa sözlə, Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistanı isterik vəziyyətə salıb. Və əsas nüans budur ki, belə bir şəraitdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomatik cəbhədə, informasiya müharibəsində Azərbaycana uduzan ermənilərin bu cür yollara istinad etmələri onların həm beynəlxalq hüquq normalarına zidd olan, manipulyasiya xarakterli isterik hərəkətlərindən, həm də çarəsizliklərindən xəbər verir.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

