Avropa Parlamentində ölkəmizə qarşı təşkil olunan çirkin kampaniya iflasa uğradı
12.06.2015 [09:23]
Ermənipərəst, islamofob dairələrin yedəyinə çevrilmiş M.Şults və U.Lunaçek kimilər öz yalanları ilə baş-başa qalmalı oldular
Bir sıra ermənipərəst, faktiki olaraq erməni lobbisinin nəzarətində olan, bu lobbinin maraqlarını qoruyan və özünü dünyaya “beynəlxalq təşkilat” adı altında sırımağa çalışan qurumların anti-Azərbaycan fəaliyyəti heç kimə sirr deyil. Artıq illərdir ki, davam edən bu fəaliyyət birmənalı şəkildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan doğan narahatlığın bariz sübutudur. Ölkəmizin qazandığı hər bir nailiyyətə “don geyindirməyə” (əsasən də siyasi don), birmənalı şəkildə ermənilərin apardığı işğal siyasətini ifşa edən faktları dünyaya nümayiş etdirməmizə mane olmağa hesablanan bu anti-Azərbaycan fəaliyyəti zaman-zaman daha qabarıq şəkildə hiss edilməyə başlayır. Mədəniyyəti, idmanı, sülhü təbliğ edən kütləvi tədbirlərin, eləcə də, dünyanın əsas iqtisadi forumlarının ölkəmizdə keçirilməsi, Azərbaycanın tolerant, demokratiyaya sadiq bir dövlət olaraq tanınması isə bu ermənipərəst diletant qrupların daha da azğınlaşmasına, hətta kütləvi qeyri-siyasi tədbirlərin belə hədəfə alınmasına yol açır. Təsadüfi deyil ki, 2012-ci ildə ölkəmizdə keçirilən “Eurovision” musiqi yarışması zamanı açıq şəkildə ortaya qoyulan bu anti-Azərbaycan siyasəti bu gün var gücü ilə birinci Avropa Oyunlarına qarşı səfərbər edilib.
Hələ bu ilin əvvəlində “xırda atəşlərlə”, yəni siması hər kəsə bəlli olan, demokratiya və insan hüquqları məfhumlarını üzlərinə pərdə kimi tutaraq Azərbaycana qarşı qərəzli çıxışlar edən bəzi “qurumlar”ın verdiyi boğazdan yuxarı bəyanatlarla başlanan bu uğursuz və birbaşa erməni maraqlarına xidmət göstərən fəaliyyət bu gün də davam etməkdədir. Son olaraq isə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Avropa Parlamentində keçirilmiş dinləmələr Avropa Parlamentinin sədri Martin Şults və sədr müavini Ulrike Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamıdır. Müstəqil xarici siyasət yürüdən Azərbaycana qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi olduğunu biruzə verən bu addımlar həmin şəxslərin mənfur oyunların iştirakçısı olduğunu tam şəkildə ortaya qoyur. Xatırladaq ki, bu dinləmələr Avropa Parlamentinin sədri Martin Şults (keçmiş alkoqolik) və Avropa lesbiyanlarının lideri Ulrike Lunaçek tərəfindən təşkil edilib. Yəni, bu dinləmələri təşkil edən şəxslər mənəvi-əxlaqi keyfiyyətləri şübhə altında olan insanlardır.
Qeyd etdiyimiz kimi, ölkəmizə qarşı aparılan bu qərəzli və çirkin kampaniyalar ermənipərəst və islamofob dairələr tərəfindən təşkil edilir, dəstəklənir. Daha dəqiq desək, ermənilərin ölkəmizə qarşı Avropada və ümumilikdə Qərbdə apardığı yalançı təbliğatın ifşası, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, işğalçı, terroru dövlət siyasətinə çevirən Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması istiqamətində aparılan uğurlu hücum diplomatiyası erməni lobbisini tərk-silah edir və ermənilərin yedəyinə çevrilən M.Şults və U.Lunaçek kimiləri də artıq öz maskalarını açmaq məcburiyyətində qalırlar. Bu şəxslər birmənalı şəkildə Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvləri kimi Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin yedəyində gedirlər. Yuxarıda bəhs edilən dinləmələr də Avropa Parlamentinin ermənipərəst və islamofob mövqeyindən irəli gəlir.
Beləliklə, bu dinləmələr və ümumiyyətlə, Avropa Parlamentində son illər Azərbaycan əleyhinə aparılan təbliğat onu göstərir ki, sözügedən qurum müəyyən qrupların əlində oyuncağa çevrilib. Həmin qruplar transmilli maliyyənin gücü ilə öz yalanlarını və qərəzlərini bu qurumda “müzakirə obyektinə” çevirə bilir. Eyni zamanda, bu faktın özü Avropa Parlamentinin heç də iddia edildiyi kimi “müstəqil” və ya “həqiqətlərin ortaya çıxmasına yardım edən”, eləcə də, dünyada sülhü və demokratiyanı qoruyan bir qurum olmadığını əyani şəkildə ortaya qoyur. Yəni, terrorçu Ermənistana qarşı hər hansı bir konkret qərar qəbul etməyən, digər böyük Avropa dövlətlərindəki insan hüquqları pozuntularını, hətta qətlləri, irqi ayrı-seçkiliyi göz ardı edərək Azərbaycana qarşı yalan və böhtanla silahlanan Avropa Parlamentinin birmənalı şəkildə erməni məkrindən bəhrələnməsi təsdiq edilir.
Bu qruplar, guya, Azərbaycanda insan hüquqlarının pozulması bəhanəsi altında məqsədyönlü şəkildə qondarma problemləri gündəliyə gətirməyə çalışırlar. Hətta bəzi deputatlar bəhs etdikləri “problemlərin” həqiqətlə uzlaşıb-uzlaşmamasına da əhəmiyyət verməyiblər. Yəni, onların “qidalandıqları” mənbələrin kimliyinə diqqət yetirsək, bu da təəccüb doğurmur. Məsələn, bəzi deputatlar Azərbaycanda guya alimlərin, həmçinin Bəşir Süleymanlının siyasi fəaliyyətinə görə, həbs edilməsi kimi “faktları” dilə gətiriblər. Halbuki, Azərbaycanda heç bir alim həbs edilməyib, siyasi, fiziki və sair təzyiqə məruz qalmayıb. Bəşir Süleymanlıya gəlincə, o, siyasi fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 26 may tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin humanizm prinsiplərinə əsaslanaraq 2015-ci ilin mart ayında imzaladığı növbəti əfv Sərəncamı ilə bir çox məhbuslar kimi Bəşir Süleymanlı da əfv olunub, azadlığa çıxıb.
Bu məqamda ortaya bir sıra suallar çıxır. Məsələn, görəsən, Avropa Parlamentində konkret cinayətdə ittiham olunan şəxsləri “siyasi məhbus” kimi qələmə verməyə çalışanların ölkələrində prosedur necədir? Orda cinayət edən şəxsi kimliyinə görə kateqoriyalaramı bölürlər? Budurmu onların demokratiya anlayışı? Axı bir şəxsin hansı fəaliyyətlə məşğul olmasından asılı olmayaraq, ölkə qanunlarına riayət etməsi vətəndaşlıq borcu deyilmi? Məhkəmə tərəfindən konkret cinayətdə ittiham edilərək həbs olunmuş şəxsi “siyasi məhbus” qiyafəsində təqdim etməklə öz maraqlarını təmin etməyə çalışan Avropa Parlamentinin bu kimi üzvləri hansı gülünc bir durumla üz-üzə qaldıqlarının fərqində deyillərmi?
Həmin kəslərə bir daha xatırladırıq ki, bu gün Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eyni zamanda, bu peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyil. Axı demokratik, qanunlarla idarə olunan bir ölkədən əksini tələb etmək özü məntiqdən kənardır. Bu gün Avropanın aparıcı dövlətlərinin və ya başqa ölkələrin daxilində baş verən hadisələrin təhlili göstərir ki, orada insanlara qarşı ayrı-seçkiliklər baş verir. Tolerantlığı, bərabərliyi yalnız kağız üstündə təsbit edən bu dövlətlərdə vətəndaşlar bəzən məcazi, bəzən isə, sözün əsl mənasında, “ağ-qara” qismə bölünərək qanun qarşısında “cavab verməli” olurlar. Bu isə həmin dövlətlərin nə qədər “demokratik” imicə malik olmasını açıq şəkildə sübut edən faktlardır...
Və sonda, dinləmələr zamanı yalan “faktlar”a istinad edilməsi ona gətirib çıxardı ki, Avropa Parlamentindəki sağlam qüvvələr bu avantürist qətnamənin qəbuluna imkan vermədilər. Təbii ki, bu məqam həmin ermənipərəst, islamofob dairələrin növbəti fiaskosundan xəbər verir. Həmin qruplar 2012-ci ildəki kimi yenə də öz şər-böhtanları ilə baş-başa qaldılar. Eyni zamanda, bu fakt bir daha sübut etdi ki, ölkəmizin apardığı və uğurla müşahidə edilən siyasət sağlam dünyagörüşünə malik insanlar tərəfindən dəstəklənir. Avropa Parlamentində başladılan bu çirkin oyun isə öz məntiqi nəticəsini tapdı, Azərbaycana qarşı daha bir qaralama kampaniyası, növbəti dəfə qərəzli qətnamə qəbul etdirmək cəhdi iflasa uğradı.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

