/ / BP Avropa Oyunlarının sponsorluğu ilə bağlı Londonda keçiriləcək etiraz aksiyasına münasibət bildirib
BP Avropa Oyunlarının sponsorluğu ilə bağlı Londonda keçiriləcək etiraz aksiyasına münasibət bildirib
12.06.2015 [09:26]
“Bakı-2015” Azərbaycanın əsas idman hadisəsidir. Bunu Trend-in sorğusuna cavab olaraq “BP Azərbaycan”dan bildiriblər.
Qeyd edək ki, iyunun 12-də Londonda BP-nin baş ofisinin qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Aksiyanın təşkilatçısı “Paltform London” tərəfindən aksiyanın keçiriləcəyi zaman və məkan təsadüfi seçilməyib: Həmin gün Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Aksiya “Neft Oyunlarına Yox!” şüarı altında təşkil olunan kampaniyanın bir hissəsidir.
Şirkət tərəfindən verilən şərhdə deyilir ki, BP Azərbaycan və Cənub Xəzərin enerji sahəsində aparıcı operatordur: “Şirkət Bakı-Tbilisi-Ceyhan neft xətti kimi neft və qaz sahəsindəki layihələrdə əsas hasilat və kəşfiyyat işlərini həyata keçirir. Öz tərəfdaşları ilə birgə BP 1994-cü ildən etibarən Azərbaycandakı layihələrə 50 milyard dollardan çox vəsait qoyub”.
BP-nin bəyanatında qeyd edilir ki, şirkətin Azərbaycan qarşısında uzunmüddətli öhdəlikləri var və bu, Avropa Oyunlarının sponsorluğunda da özünü göstərir: “Biz həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində Azərbaycanı dəstəkləyirik. Azərbaycanda fəaliyyət göstərdiyimiz müddətdə layihələrimiz və əməliyyatlarımız yeni iş yerlərinin yaradılması, gəlirlərin əldə edilməsi, iqtisadi artımın təmin edilməsi üçün imkanların yaradılması, yerli tədarükçülərin inkişafı və yerli icmaların inkişaf potensialı hesabına ölkəyə böyük gəlir gətirib”.
Bundan başqa, 2011-ci ildən BP Azərbaycanın Milli Olimpiya və Paraolimpiya Komitəsinin rəsmi tərəfdaşı olmaqla yanaşı, ayrı-ayrı idmançıları da dəstəkləyib. Bəyanatda deyilir ki, bu komanda və idmançıların əksəriyyəti “Bakı-2015” yarışlarında iştirak edəcək: “Azərbaycanda keçirilən böyük idman bayramını dəstəkləməkdə haqlıyıq və bundan sonra da Oyunlarda Azərbaycan komandasına dəstəyimizi əksik etməyəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

