BMT yenə də ABŞ-ın xidmətində...
18.06.2015 [09:24]
ABŞ-ın BMT-ni bir alət kimi yalnız öz milli maraqları naminə istifadə etməsi beynəlxalq münasibətlərdə məlum faktdır. Nizamnaməsində öz təsbitini tapmış məqsəd və məramları həyata keçirmək əvəzinə, BMT-nin qlobal ambisiyalı bir üzv dövlətin maraqlarının təmsilçisi kimi çıxış etməsi bu gün dövlətlərarası problemlərinin əsas səbəblərindən biridir.
Təsadüfi deyil ki, BMT-nin təsis olunduğu gündən ABŞ heç vaxt bu təşkilatın güclənməsində, quruma cəsarətli və qətiyyətli şəxsin rəhbərlik etməsinə imkan verməyib. BMT büdcəsinə ən çox üzvlük haqqı ödəyən və bu amildən istifadə edərək təşkilatı təhdid altında saxlayan ABŞ-ın xeyir-duası olmadan kiminsə Baş katib və ya digər yüksək vəzifələri tutması, demək olar ki, qeyri-mümkündür. ABŞ-ın “kadr”ları olan keçmiş baş katib Kofi Annanın və hazırkı rəhbər Pan Gi Munun qeyri-effektiv fəaliyyəti və prinsipsizliyi də bunun bariz sübutudur.
Güclü BMT və Baş katib beynəlxalq münasibətlərin qanunun aliliyi prinsipi ilə idarə edilməsi deməkdir. Qanunun aliliyi isə yalnız dövlət daxili hüquq fəaliyyəti deyil, dövlətlərarası münasibətlərə də şamil edilir. Beynəlxalq münasibətlərin BMT nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri ilə idarə olunması heç bir halda ABŞ-ın maraqlarına cavab vermir. Çünki belə olarsa, ABŞ 2003-cü ildə İraqa etdiyi təcavüzü “demokratiya quruculuğu” kimi təqdim edə, Tunis, Misir, Liviya, Ukraynadakı dövlət çevrilişlərini təşkil edə, “idarəolunan xaos” ssenarisini reallaşdıra bilməzdi.
Azərbaycana qarşı uğursuz şəkildə ATƏT və Avropa Parlamenti kimi platformalardan istifadə edən ABŞ indi də təsir vasitəsi kimi BMT-yə üz tutub.
Azərbaycan Respublikası BMT nizamnaməsi və İnsan hüquqlarına dair universal konvensiya əsasında BMT-nin İnsan hüquqları Şurasında hüquqi öhdəliyi var. Bu öhdəliyindən çıxış edərək, Azərbaycan İnsan hüquqları şurasına dövrü hesabatlarını təqdim edir və BMT-nin tövsiyələri əsasında mütəmadi əsasda insan hüquqları sahəsində vəziyyəti təkmilləşdirməyə çalışır. Amma ABŞ-ın təzyiqi ilə Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olaraq, BMT-nin İnsan hüquqları şurasının eksperti Mişel Forst və BMT-nin İnsan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynin açıqlamaları BMT tribunasından sui-istifadənin bariz nümunəsidir. Bu şəxslər BMT sistemində insan hüquqlarına məsul olsalar da, onların açıq şəkildə hər hansı üzv dövlətə qarşı bu cür birtərəfli cəhdləri qəbuledilməzdir.
Əgər anlaşılmazlıq yaradan məsələlər varsa, bu Azərbaycanın effektiv şəkildə əməkdaşlıq etdiyi BMT-nin İnsan hüquqları Şurası çərçivəsində müzakirə edilməli və həll yolları tapılmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası BMT nizamnaməsinə üzvlük haqqı ödəyir və bu üzvlük haqqının müqabilində üzv dövlətlər təşkilatın siyasətini müəyyən edirlər. Zeyd Raad Əl-Hüseyn və Mişel Forst kimiləri Azərbaycanın da ödədiyi üzvlük haqqı əsasında maaş alırlar. İnsan hüquqları məsələsi mandatlarına daxil olan bu məmurlar indiyədək heç zaman özlərində cəsarət tapıb ən əsas hüquqlarından məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsini açıq şəkildə qaldırmayıblar. BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə toxunmağa da cəsarətləri çatmayıb.
Bu cür qərəzli yanaşma davamlı olacağı təqdirdə, yəqin ki, Azərbaycan təsir altında olan bu məmurların davranışı məsələsini BMT əməkdaşlarının etik davranışına məsul olan komitədə və BMT Baş Assambleyasında qaldırmalı olacaq.
Milli.Az
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

