“Parlament-2015” Seçki Monitorinq Koalisiyası yaxın günlərdə aralıq hesabat açıqlayacaq
23.10.2015 [10:39]
Məlum olduğu kimi, ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu “Parlament-2015” Seçki Monitorinq Koalisiyası bu il oktyabrın 1-də yaradılaraq fəaliyyət göstərir. Qurumun məqsədi noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hərtərəfli monitorinqini aparmaqdır. Koalisiyanın tərkibinə 5 qeyri-hökumət təşkilatı - Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Tələbələr Birliyi daxildir.
Qeyd edək ki, monitorinq seçki prosesinin bütün spektrini əhatə edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün koalisiya üzvü olan QHT-lərin resurslarından və könüllülərdən istifadə edilir. Qurum tərəfindən qısa müddətdə 500 nəfər müşahidəçi hazırlanıb və təlimatlandırılıb. Onların 118 Seçki Dairəsinin ərazisinə ezam edilməsi nəzərdə tutulub.
Koalisiya indiyədək paytaxt və regionlarda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki təşviqatı prosesləri, o cümlədən siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin təşkili və s. məsələlərin monitorinqini aparıb, seçicilərin namizədlərə münasibətini öyrənmək üçün rəy sorğuları keçirib. Bundan əlavə, KİV-də və elektron informasiya vasitələrində yerləşdirilmiş təbliğat materialları mütəmadi olaraq izlənilir, müvafiq təhlillər aparılır.
Monitorinqin nəticələrinə dair seçki prosesinin mərhələlərinə uyğun olaraq üç hesabat hazırlanacaq və ictimaiyyətə təqdim ediləcək. Aralıq hesabatın gələn həftə, səsvermə prosesi ilə bağlı ikinci hesabatın seçki gününün sonunda, son hesabatın isə seçkilərə yekun vurulduqdan sonra açıqlanması nəzərdə tutulur. Qeyd edək ki, “Parlament-2015” Seçki Monitorinq Koalisiyasının koordinatoru Rufiz Qonaqovdur.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23

