Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Pakistanın “Qlobal Affairs” jurnalının oxucuları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

Pakistanın “Qlobal Affairs” jurnalının oxucuları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar

24.10.2015 [11:39]

İslamabadda çap edilən “Qlobal Affairs” jurnalında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun “Azərbaycan sülh və harmoniyanın vətənidir” sərlövhəli müsahibəsi dərc olunub.
Jurnalın baş redaktoru Çodri Şahzad Axtar və icraçı redaktoru xanım Fərəh Əzim Şah tərəfindən götürülmüş müsahibədə Azərbaycan-Pakistan münasibətləri, ölkəmizdəki multikulturalizm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın inkişaf perspektivləri, elm və təhsil sahəsindəki uğurları, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu və digər məsələlər şərh edilir.
D.Şikarov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Səfir Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin martında Azərbaycana səfəri zamanı bir neçə müqavilənin imzalanmasını, biznes forumun keçirilməsini və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Hilal-e Pakistan” ordeni ilə təltif olunmasını ölkələrimiz arasındakı yaxşı münasibətlərin təzahürü kimi qiymətləndirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açan səfir deyib ki, ATƏT-in Minsk qrupu uzun illərdir problemin həllinə çalışsa da, Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də buna nail olunmayıb. O vurğulayıb ki, Pakistan bu məsələdə birmənalı olaraq Azərbaycanın haqq işini dəstəkləyir, işğalçılıq siyasətinə görə Ermənistanı bir dövlət kimi tanımır.
D.Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişafı haqqında da ətraflı məlumat verib. O, Azərbaycanın sürətlə inkişaf etdiyini və regionun aparıcı iqtisadi güclərindən biri olduğunu, ölkəmizdə enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da gücləndirildini vurğulayıb.
Müsahibədə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında bəhs edilir, həmçinin Bakıda keçirilən ilk Avropa Oyunları barədə məlumat verilir. Bildirilir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi dünyada Azərbaycanın nüfuzunu daha da artırıb.
Səfir müsahibənin sonunda Pakistan investorlarını Azərbaycana sərmayə yatırmağa çağırıb.

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31