Leonid Slutski: Azərbaycana qarşı istənilən çirkin və əsassız böhtanlar iflasa məhkumdur
28.10.2015 [10:03]
“Azərbaycan cəmiyyəti Milli Məclisə seçkilərin keçirilməsinə hazırdır və əminəm ki, seçkidə iştirak səviyyəsi çox yüksək olacaq. Bu gün Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti dövlətin başçısı İlham Əliyevin və Onun dahi Heydər Əliyevin işini davam etdirərək ardıcıl həyata keçirdiyi siyasətin ətrafında sıx birləşib”.
Bu fikri Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin sədri, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski səsləndirib.
Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan jurnalistləri üçün keçirdiyi mətbuat konfransında siyasətçi qeyd edib ki, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda seçkilərə hazırlığı 20 il əvvəl postsovet tarixində keçirilmiş seçkilərlə müqayisə edərək tərəqqi olduğunu indidən təsdiqləyir. O deyib: “Əvvəlki bütün seçkilərin monitorinqi seçki praktikasının durmadan təkmilləşməsini göstərir. Azərbaycanda seçkilər seçicilər, seçki komissiyalarının üzvləri üçün rahatdır. Hələ əvvəlki seçkilərdə məntəqələrdə seçkilərin keçirilmə texnologiyası prezident və parlament seçkilərində beynəlxalq səviyyədə qəbul olunmuş qanuna tam uyğun olub”.
L.Slutski qeyd edib ki, ötən illər ərzində Azərbaycanda dövlət proqramlarının mühüm tərkib hissəsi xalqın rifahının yüksəldilməsinə yönəldilib. “Bu gün Azərbaycan profisit iqtisadiyyatla harmonik və dinamik inkişaf edən ölkədir. Bütün bunları mən və Dövlət Dumasındakı həmkarlarım böyük prezident proqramının əhalinin rifahının yüksəlməsinə, Azərbaycanın iqtisadi və sosial sahələrinin çiçəklənməsinə istiqamətlənən tərkib hissəsi kimi qəbul edirik”, - deyə parlamentari vurğulayıb.
Onun fikrincə, Azərbaycanda seçkilər “təəssüf ki, sadə olmayan şəraitdə” keçirilir. L.Slutski Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycana müşahidəçi missiyasını göndərməkdən imtina etməsini şərh edərək deyib: “DTİHB nə vaxtsa yaradılıb ki, ATƏT məkanında müxtəlif səviyyələrdə seçkilərin demokratikliyini müşahidə etsin. İndiki halda mənim üçün DTİHB missiyasının Milli Məclisə seçkiləri müşahidə etməkdən imtinası, ən azı, qəribə görünür. Azərbaycan dövlətinin başçısının müstəqil siyasəti Qərbin bəzi siyasi dairələrini - sonda özlərini bugünkü Azərbaycanın və Azərbaycan rəhbərliyinin müxalifəti kimi qələmə verənləri qane etmir. Dövlət Dumasının profil komitəsinin sədri kimi deməliyəm ki, biz bu xətti qeyri-obyektiv və destruktiv sayırıq. Azərbaycan rəhbərliyinin atdığı addımlar nəticəsində ölkə postsovet məkanında ən çox çiçəklənən dövlətlərdən birinə və Xəzər regionunda, onun sərhədlərindən kənarda ən ciddi tərəfdaşlardan birinə çevrilib. Bu addımlar alqışlanmaq əvəzinə, Azərbaycan rəhbərliyinin hər hansı uğuru tənqid predmeti kimi təqdim edilir, zənnimizcə, tam qeyri-obyektiv qətnamələr qəbul olunur”.
Dövlət Dumasının deputatı RF parlamentinin dünyanın siyasi informasiya məkanında Rusiyanın obrazını bilərəkdən təhrif edən qeyri-obyektiv yanaşmalar və qətnamələrlə qarşılaşdığını diqqətə çatdıraraq deyib: “Analoji addımlar bu gün Azərbaycana qarşı atılır. Düşünürəm ki, Milli Məclisə seçkilər Azərbaycan ictimaiyyətinin böyük əksəriyyətinin Prezident kursu ətrafında sıx birləşdiyini inandırıcı şəkildə nümayiş etdirəcək. DTİHB qara yaxmağa nəsə tapmayacaq, çünki o yoxdur. Əgər neqativ yoxdursa, yəqin ki, Bürodan olan həmkarlar buna görə getməyi əbəs sayıblar. Çünki hər dəfə olmayan şey barədə nəsə uydurmaq getdikcə çətinləşəcək. Azərbaycanın uğurunu, ölkədə seçki təcrübəsinin təkmilləşməsi ilə bağlı hər şeyi bilərəkdən inkar etmək DTİHB-dən olan həmkarlara heç də üzağlığı gətirmir. Bununla DTİHB öz əleyhinə işləyir, özünü Qərbin müxtəlif siyasi cərəyanlarına və sifarişlərinə meyilli struktur kimi göstərir”.
L.Slutskinin sözlərinə görə, bu mövqe DTİHB-ni hörmətdən salır və onun dövrünün başa çatdığını təsdiq etməyə əsas verir. O deyib: “Əgər biz Büronu ATƏT-in tərkibində funksional struktur kimi saxlamaq istəyiriksə, onda onun işini kökündən dəyişmək lazım gələcək. DTİHB siyasi sifarişlər və müxtəlif cərəyanlar üçün deyil, obyektiv, qərəzsiz peşəkar qiymət, o cümlədən ATƏT-ə üzv dövlətlərin müxtəlif səviyyəli seçkilərinə qiymət vermək üçün işləməlidir”.
MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi qeyd edib ki, bu gün Azərbaycan dövləti və cəmiyyəti əsası dahi lider Heydər Əliyev tərəfindən qoyulduğu kimi, irəliləyir və əhalinin mənafeyi baxımından inkişaf edir. Bu nailiyyətləri inkar etmək cəhdi həmin beynəlxalq təşkilatların və strukturların nüfuzuna xələl gətirir. L.Slutski sonda deyib: “Əminəm ki, Milli Məclisə seçkilər Azərbaycan dövlətinin uğurlarının, o cümlədən seçki qanunvericiliyi səviyyəsinin yüksəldilməsinin, onun demokratik seçkilərin beynəlxalq hüquq standartlarına uyğunluğunun tanınmasında növbəti mərhələ olacaq. Biz reallıqlardan çıxış edərək, seçkiləri obyektiv qiymətləndirəcəyik. Bu gün Azərbaycan dövləti və cəmiyyəti həqiqəti inkar edən istənilən cəhddən güclüdür. MDB İcraiyyə Komitəsinin müşahidəçi missiyası, o cümlədən MDB Parlamentlərarası Assambleyasını təmsil edən ən böyük müşahidə şuramız qarşıdan gələn seçkilərin məhz obyektiv işıqlandırılmasına yönələcək. Əminəm ki, Azərbaycanın yeni parlamenti demokratik seçiləcək və Rusiya Federasiyasına dost və qardaş ölkədə parlamentarizmin inkişafına xidmət edəcək. Ona da əminəm ki, həm Azərbaycana, həm də qarşıdan gələn seçkilərə qarşı hər hansı çirkin və əsassız böhtanlar istənilən beynəlxalq meydanda iflasa məhkumdur”.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

