/ / Vladimir Muradov: Naxçıvan Muxtar Respublikasında seçkilər yüksək seçici fəallığı şəraitində keçir
Vladimir Muradov: Naxçıvan Muxtar Respublikasında seçkilər yüksək seçici fəallığı şəraitində keçir
02.11.2015 [11:02]
Muxtar respublikada seçicilər yüksək fəallıq nümayiş etdirirlər. Belə ehtimal edirəm ki, Azərbaycan üzrə ən fəal seçicilər məhz naxçıvanlılardır. Seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu, seçkiqabağı təbliğat və təşviqat işlərinin də yüksək səviyyədə aparıldığını göstərir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində MDB-dən olan müşahidəçilər missiyasının nümayəndəsi Vladimir Muradov deyib.
Muxtar respublikanın yüksək seçki təcrübəsinə malik olduğunu vurğulayan Vladimir Muradov qeyd edib ki, Naxçıvanda bütün məntəqələrdə hər kəs məntəqəyə daxil olduğu andan öz iradəsinə uyğun hərəkət edir, seçdikləri namizədlərə səslərini verirlər: “Mən məntəqə seçki komissiyasının üzvlərinin vətəndaşlara necə hörmətlə yanaşdığının, lazım gələndə qanunvericilik çərçivəsində onlara hər cür kömək etdiklərinin şahidi oldum. Bu, çox müsbət haldır”.
V.Muradov bildirib ki, muxtar respublikanın bir neçə şəhər və rayonunda seçki məntəqələrində müşahidələr aparıb, seçki komissiyalarının fəaliyyəti ilə yaxından tanış olub. O deyib: “Görünən odur ki, muxtar respublikada parlament seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Hər şey müvafiq qanunların tələblərinə uyğun aparılır. Müşahidə apardığım müddət ərzində heç bir qanun pozuntusu ilə rastlaşmadım. Biz səhər saatlarında, seçki başlamamışdan əvvəl seçki qutularının möhürlənməsini və məntəqələrin seçkilərə açılmasını müşahidə etdik. Proses başlandığı andan gördük ki, dairə və məntəqə seçki komissiyalarının bütün üzvləri Azərbaycan Seçki Məcəlləsinin müddəalarını, tələblərini lazımınca yerinə yetirmək üçün səylərini əsirgəmirlər”.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52

