“Cənub” qaz dəhlizi regional və qlobal enerji təhlükəsizliyində yeni bir səhifə açacaq
20.11.2015 [09:51]
Prezident İlham Əliyev: Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək
Son illərdə Azərbaycanın, qardaş Türkiyənin və bir sıra tərəfdaş ölkələrin iştirakı ilə regional və qlobal əhəmiyyət daşıyan mühüm enerji, nəqliyyat layihələri reallaşdırılıb. Ölkəmizin təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində həyata vəsiqə alan bu layihələr Xəzər hövzəsini Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevirib. Hazırda isə Azərbaycanın zəngin “Şahdəniz” yatağının qaz ehtiyatlarının işlənməsi ilə bağlı yeni - XXI əsrin layihəsi kimi səciyyələndirilən “Cənub” qaz dəhlizinin və onun tərkib hissəsi olan Cənubi Qafqaz boru kəmərlərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin gerçəkləşdirilməsi istiqamətində intensiv işlər həyata keçirilməkdədir. Bəhs olunan layihələr də yalnız regionda deyil, bütün dünya miqyasında böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə “Böyük İyirmiliyin” (G20) Antalya Sammiti çərçivəsində keçirilən işçi lançdakı çıxışında “Cənub” qaz dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəmini vurğulayaraq, həmin layihənin həyata keçirilməsində əlaqələndirmənin gücləndirilməsinin əhəmiyyətini qeyd edib: “Qırx beş milyard dollar məbləğində olan sərmayələr hasil edilən qazın Xəzər dənizi sahilindən nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət, Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz artıq həmin əlaqələndirmənin, əməkdaşlığın nəticələrini görürük”.
Azərbaycanın energetika sahəsində “Əsrin müqaviləsi” ilə başlayan beynəlxalq əməkdaşlığı uğurla davam edir
Bu gün Xəzər hövzəsində çoxlu sayda ölkəyə iqtisadi fayda gətirən və təhlükəsizlik qarantı rolunda çıxış edən uğurlu enerji layihələrindən söhbət açarkən mütləq tarixə nəzər salmaq gərəkdir. Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizin uzunmüddətli inkişafına və rifahına hesablanan yeni neft strategiyasını hazırladı. Məhz Ümummilli liderin vəziyyəti düzgün qiymətləndirməsi və çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontrakt imzalandı. Bununla da Xəzər xoşməramlı beynəlxalq əməkdaşlıq mərkəzinə çevrildi.
“Əsrin müqaviləsi” imzalandıqdan indiyədək Azərbaycanın, eləcə də, digər tərəfdaş ölkələrin inkişafında və enerji təhlükəsizliyində önəmli rol oynayan bir neçə mərhələnin keçildiyini xüsusi vurğulamaq lazımdır. “Əsrin müqaviləsi”ndən sonra 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub” qaz dəhlizinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb.
“Əsrin müqaviləsi”nin işə düşməsi ilə Azərbaycanın yeni inkişaf erası başlayıb. Ölkəmizin enerji müstəqilliyi tam təmin olunub. Ölkənin neft sənayesinə irihəcmli investisiya qoyuluşu təmin edilib, yeni texnologiyaların tətbiqinə başlanılıb. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər Azərbaycanın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb. Azərbaycan qısa müddətdə investisiya idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan, Ukrayna, Pumıniya, İsveçrə və digər ölkələrin sərmayə bazarlarında Azərbaycanın payı getdikcə artır.
“Əsrin müqaviləsi” çərçivəsində Azərbaycanın əldə etdiyi gəlirlər maksimum dərəcədə səmərəli şəkildə zəruri olan sahələrə yönəldilir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin inkişafı siyasəti həyata keçirilir. Respublikamızda ənənəvi neft sənayesinin yenidən qurulması ilə paralel surətdə, müasir çağırışlar nəzərə alınmaqla modern sənaye quruculuğu həyata keçirilir. Neft gəlirləri həmçinin institusional inkişafa, ölkənin gələcəyi baxımından müstəsna əhəmiyyət daşıyan insan kapitalı yetişdirilməsinə, sosial məzmunlu layihələrin icrasına, bütün ölkə boyu abadlıq-quruculuq işləri aparılmasına yönəldilir.
Eyni zamanda, beynəlxalq konsorsiumla uğurlu əməkdaşlıq sayəsində hazırda Azərbaycan xarici partnyorlarla kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Qeyd etmək yerinə düşər ki, bu gün ARDNŞ beynəlxalq səviyyəli şirkətə çevrilib. Hazırda ARDNŞ və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Əməliyyat şirkətlərinin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 54 milyard dollardan çox sərmayə yönəldilib. Xarici şirkətlərlə ARDNŞ və onun struktur bölmələri tərəfindən təsis edilən 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində böyük müvəffəqiyyətlə fəaliyyət göstərir.
Regionda energetika layihələrinin reallaşdırılmasında dost və tərəfdaş ölkələr birgə səylərlə çıxış edirlər. Burada qardaş Türkiyənin böyük rol oynadığını xüsusi vurğulamaq lazımdır. Eyni zamanda, ABŞ bu layihələrə böyük dəstək verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dəstək olmadan biz xüsusilə 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Böyük Britaniya artıq 20 ildən çoxdur ki, Azərbaycanda ən iri sərmayədar qismində çıxış edir. Bundan başqa, gələcəkdə İtaliya Azərbaycan qazının ən böyük idxalçısı olacaq. Prezident İlham Əliyev Azərbaycanın öz tərəfdaşları ilə 1994-cü ildən başlanan əməkdaşlığının uğurla davam etməsindən məmnunluğunu bildirərək deyib: “Məlum olduğu kimi, Xəzər dənizinin dünya okeanına çıxışı yoxdur. Buna baxmayaraq, Azərbaycan ilk ölkədir ki, belə bir şəraitdə öz təbii ehtiyatlarını dünyaya çatdıra bilir. Biz şadıq ki, 1994-cü ildə tərəfdaşlarımızla birgə işə başladıq. O vaxtdan bu tərəfdaşlıq uğurla davam edir. Mən, həmçinin demək istəyirəm ki, ölkələrimiz və dostlarımız arasında olan bu tərəfdaşlıq bizə bu layihələri həyata keçirməyə imkan verib”.
“Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək
Göründüyü kimi, Azərbaycanın və tərəfdaş ölkələrin fəal iştirakı ilə uğurlu əməkdaşlıq platforması formalaşıb. Prezident İlham Əliyev bu uğurlu əməkdaşlıq platformasına istinad edərək “Cənub” qaz dəhlizi layihəsinin də uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib: “Biz ümid edirik ki, “Cənub” qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək”.
Ümumiyyətlə, yeni qlobal layihənin - “Cənub” dəhlizinin reallaşdırılması ilk növbədə gələcəyə baxış kimi dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qırx beş milyard dollar məbləğində olan sərmayələr hasil edilən qazın Xəzər dənizi sahilindən nəqlini mümkün edəcək vahid qaz şəbəkəsini yaratmağa imkan verəcək.
Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Qeyd edək ki, “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb.
Azərbaycanın qaz ehtiyatları Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir
Son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən də siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Avropa ölkələrinin dövlət və hökumət başçıları bununla bağlı tez-tez öz narahatlıqlarını dilə gətirərək onlar üçün enerji təhlükəsizliyinin təmin olunmasının və marşrutların şaxələndirilməsinin milli təhlükəsizlik qədər ciddi önəm daşıdığını bildiriblər. Deyilənlərin təsdiqi kimi, cəmi bir neçə il bundan əvvəl ayrı-ayrı Avropa ölkələrində soyuq qış fəslində yaşanan “mavi yanacaq” böhranının fəsadlarını xatırlamaq kifayətdir. Təchizatçıların öz ambisiyalarını əsas tutaraq idxal olunan qaz həcmlərini azaltmaları Avropada iqtisadi və sosial gərginliyi pik həddədək artırmışdı.
Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyində yeni bir səhifə açacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Dörd il bundan əvvəl - 2011-ci ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Həmin vaxtdan bəri Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu layihəni reallaşdırmaq üçün birgə çalışıblar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün daha bir neçə il tələb olunacaq. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. “Cənub” qaz dəhlizinin reallaşması ilə bu rol daha da artacaq. Prezident İlham Əliyev Avropanın getdikcə artan tələbatının ödənilməsi üçün Azərbaycanın lazımi qədər qaz ehtiyatlarına malik olduğunu nəzərə çatdıraraq bildirib ki, bu ehtiyatlar istehlakçı ölkələrin 100 illik tələbatının ödənilməsinə kifayətdir: “Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu, təsdiqlənmiş rəqəmdir. Potensial ehtiyatların həcmi isə 5 trilyon kubmetr təşkil edir. Belə həcm bizim üçün, qonşularımız və Avropa istehlakçıları üçün ən azı 100 ilə kifayətdir”.
“Cənub” qaz dəhlizinin reallaşdırılması ilə Azərbaycan istehlakçı ölkələr üçün yeni mənbə rolunda çıxış edəcək. Hazırda resurs mənbələrinin tükənməsi fonunda yeni etibarlı mənbələrin yaranması isə çox önəmlidir. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək”.
Yeni enerji layihəsində iştirak edən bütün ölkələr mənfəət götürəcəklər
Avropanın yeni enerji mənbəyi və uzunmüddətli təhlükəsizlik qarantı rolunda çıxış edən “Cənub” qaz dəhlizi layihəsinin ən önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, bu layihə bütün tərəfdaş ölkələr üçün strateji əhəmiyyətlidir. Layihədə tərəfdaş ölkələrin maraqlar balansı təmin olunub ki, bu da “Cənub” qaz dəhlizi layihəsinin uğurlu perspektivini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihədə tərəfdaş ölkələrin hamısının maraqları təmin olunmalıdır: “Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bu məqsədlərə nail olmaqdan ötrü biz bütün tərəflər üçün əlverişli şərait yaratmalıyıq”.
Burada söhbət, əlbəttə ki, yalnız iqtisadi maraqlardan getmir. “Cənub” qaz dəhlizinin reallaşdırılması ilə regionda və Avropa məkanında yaranan yeni əməkdaşlıq formatı, eyni zamanda, yeni siyasi təşəbbüs kimi dəyərləndirilir ki, bu da regional və qlobal təhlükəsizlik baxımından çox önəmlidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50

