/ / “Əl-Bərq” nəşri: Azərbaycanın paytaxtı ISESCO Baş konfransının XII sessiyasına ev sahibliyi edib
“Əl-Bərq” nəşri: Azərbaycanın paytaxtı ISESCO Baş konfransının XII sessiyasına ev sahibliyi edib
05.12.2015 [11:17]
İordaniyanın nüfuzlu “Əl-Bərq” nəşrində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycanın paytaxtı Bakı ISESCO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Baş Konfransının XII sessiyasına ev sahibliyi edib” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə qeyd edilir ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycan o vaxtdan ISESCO-nun üzvüdür və bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın səyləri sayəsində Azərbaycan ilə ISESCO arasında münasibətlər uğurlu inkişaf mərhələsinə qədəm qoyub. 2006-cı ildə Azərbaycanın birinci xanımına ISESCO-nun xoşməramlı səfiri adı veriləndən sonra bu münasibətlər xüsusilə intensivləşib. Hazırda əməkdaşlıq ən yüksək səviyyədədir, ölkəmizlə ISESCO arasında bir sıra müştərək layihələr həyata keçirilir. Səmərəli əməkdaşlıq bundan sonra da davam edəcək.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ISESCO-nun Baş Konfransının XII sessiyasının açılışındakı çıxışında söylədiyi mühüm bəyanatlar, o cümlədən terrorizmin İslamla əlaqələndirilməsinin qəbuledilməzliyi və İslamın sülh, mərhəmət və dostluq dini olması barədə bəyanatları şərh edilir.
Nəşrdə dövlətimizin başçısının söylədiyi bu sözlər xüsusi vurğulanır ki, Azərbaycan islamofobiyaya qarşı həmişə açıq mübarizə aparır və İslam mədəniyyətinin xaricdə yayılmasına böyük əhəmiyyət verir, islami dəyərləri dünyaya təqdim etmək üçün həmişə fəal iş aparır, İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan fəxr edir ki, dünyada ən qədim məscidlərdən olan Şamaxı məscidi Azərbaycanda yerləşir. Nəşrdə qeyd olunur ki, dövlətimizin başçısı 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcəyinə diqqəti cəlb edib. O vurğulayıb ki, həmin Oyunlar idman aləmində böyük hadisə olacaq.
Məqalədə daha sonra qeyd edilir ki, Prezident İlham Əliyev ISESCO-nun fəaliyyətini yüksək qiymətləndirir. O bildirib ki, son illərdə ISESCO dünya miqyasında mühüm beynəlxalq təşkilata çevrilib. Dövlətimizin başçısı konfrans iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, bu münaqişənin tənzimlənməsi məsələsində Azərbaycanın ədalətli mövqeyini daim birmənalı şəkildə dəstəkləyən ISESCO-nun mövqeyini yüksək qiymətləndirir.
Nəşrdə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin sözləri də sitat gətirilir. Əl-Tuveycri bildirib ki, Azərbaycan bütün İslam dünyasında müasir dövlət nümunəsi ola bilər, bu gün Azərbaycan Respublikası inkişaf etmiş dövlət kimi çox ölkə üçün nümunə ola bilər. Onun sözlərinə görə, Azərbaycan öz tarixi dəyərlərinə istinad edərək dinc yanaşı yaşama prinsipini təşviq edir, sülhün və sosial ədalətin təmin olunmasında uğurlar qazanır.
Nəşrdə daha sonra ISESCO-nun baş direktorunun çıxışından əsas tezislər şərh edilir. Baş direktor həmin sessiyadakı çıxışında təşkilatın son illərdə qazandığı nailiyyətlər və uğurlar barədə, müsəlman ölkələrində təhsil, elm, mədəniyyət və kommunikasiyalar sahəsində tərəqqiyə və inkişafa yönəlmiş səylər, habelə təşkilatın planları və vəzifələri haqda məlumat verib. Məqalədə xüsusi qeyd olunub ki, ISESCO-nun baş direktoru Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş cinayətləri kəskin pisləyib. Əl-Tuveycri ISESCO-nun üzvü olan ölkələri və dünya birliyini Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinin zəruriliyi barədə onunla həmrəy olmağa çağırıb. Əl-Tuveycri bu məsələdə bütün beynəlxalq məkanlarda Azərbaycan hökumətini dəstəkləməyə səsləyib.
Sonda vurğulanır ki, yaxın gələcəkdə Azərbaycanın paytaxtında ISESCO-nun regional mərkəzi yaradılacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

