Azərbaycanda cəmiyyətə və dövlətə təhdid ünsürləri neytrallaşdırılır
08.12.2015 [09:47]
“Müsəlman birliyi” adlı terrorçu qruplaşmanın məqsədi dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə nail olmaq idi
Hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Xüsusilə də ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan strateji amillərdən biri də ictimai-siyasi sabitlikdir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Yəni Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur.
Lakin təəssüflər olsun ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici dairələrin əlaltıları ölkəmizdə sabitliyi pozmaq, hətta konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqazidd əməllərə yol verirlər. Təbii ki, bu cür illeqal fəaliyyət müxtəlif adlar altında davam etdirilir. Bu baxımdan, din pərdəsi arxasında çıxış edən terrorçuların fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra ölkələrin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir.
Belə ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.
Terrorçu dəstə başçısı Taleh Bağırov onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər. Qeyd etdiyimiz kimi, Nardaranda bir tərəfdə terrorçular, radikal-ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalmışdılar. Bu terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlayır, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışırdı. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək idi.
Yeri gəlmişkən, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran hadisələri ilə bağlı Azərbaycan Televiziyasına müsahibəsində noyabrın 26-dan etibarən Bakı şəhərinin Nardaran qəsəbəsində “Müsəlman birliyi hərəkatı” adlanan silahlı təşkilatın Azərbaycan dövlətinə və konstitusion quruluşuna qarşı açıq fəaliyyətə başladığını vurğulayıb. Nazir araşdırmalar nəticəsində “Müsəlman birliyi hərəkatı”nın bir ildən artıq müddətdə mövcud olduğunu və əsas məqsədinin qeyri-konstitusion yolla Azərbaycanda hakimiyyətə gəlmək, ölkəmizdə din pərdəsi altında şəriət qanunları ilə idarə edilən dövlət quruluşu yaratmaq olduğunu söyləyib.
Görünən odur ki, dindən siyasi məqsədlər naminə istifadə olunması cəhdləri, bu kontekstdə terrorçuların xidmətlərindən yararlanmaq təcrübəsi indiki mərhələdə xüsusi aktuallıq kəsb edir. Bütövlükdə isə, Bakının Nardaran qəsəbəsində baş verən hadisə din pərdəsi arxasında fəaliyyət göstərən, əslində isə, xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən terrorçuların əsl simasını xalqa açıq nümayiş etdirdi. Bütün hallarda Azərbaycanda dini təhlükəsizlik təmin olunub və dövlət terrorçuların xaos yaratmaq cəhdlərinə izin verməyəcək! Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar.
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14

