Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mahir Dərziyev: Baş verən faciə Gürcüstanda da kədərlə qarşılanıb

Mahir Dərziyev: Baş verən faciə Gürcüstanda da kədərlə qarşılanıb

08.12.2015 [09:49]

Dekabrın 4-də “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı xəbər ölkə vətəndaşları ilə yanaşı Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızı da kədərləndirib. Öz növbəsində, Gürcüstanda yaşayan soydaşlarımız da bu xəbərdən sarsılıblar. Bunu redaksiyamızla əlaqə saxlayan Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib. “Baş verən faciə Gürcüstanda da kədərlə qarşılanıb” deyən M.Dərziyev, eyni zamanda bu faciə ilə əlaqədar Gürcüstan parlamentinin deputatları və həmin ölkədə yaşayan soydaşlarımızın adından Azərbaycan xalqına, qəza nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31