AZƏRTAC ilə Anadolu Agentliyinin əməkdaşlığı müasir dövrün çağırışları əsasında inkişaf edir
11.12.2015 [10:19]
AZƏRTAC ilə Anadolu Agentliyinin əməkdaşlığı yeni dövrün çağırışları nəzərə alınmaqla inkişaf edir və hər iki qurum beynəlxalq media alyansları çərçivəsində bir-birini fəal dəstəkləyir.
Bu fikirlər dekabrın 10-da Türkiyənin Anadolu Agentliyinin marketinq və biznesin inkişafı departamentinin direktoru Nedim Kayanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) keçirilən görüşdə səsləndirilib.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov türkiyəli həmkarlarına son vaxtlar agentlikdə aparılan islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi, müasir dövrün çağırışları fonunda görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra AZƏRTAC ilə Anadolu Agentliyi arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.
Söhbət zamanı, müasir dövrdə sürətlə inkişaf edən sosial media ilə kəskin rəqabətə davam gətirmək, oxucu auditoriyasını itirməmək üçün ən müasir və innovativ informasiya texnologiyalarından istifadə etməklə yanaşı, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin, birgə layihələrin həyata keçirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. AZƏRTAC və Anadolu Agentliyi də məhz bu prinsipləri nəzərə alaraq əməkdaşlığı müasir dövrün çağırışlarına uyğunlaşdırırlar.
Görüşdə Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının (OANA) 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbul edilməsinə Anadolu Agentliyinin verdiyi dəstək minnətdarlıq hissi ilə xatırlanıb.
Nümayəndə heyətinin rəhbəri Nedim Kaya AZƏRTAC-ın son illərdə sürətli inkişafından xəbərdar olduqlarını və qazandığı uğurlardan məmnunluqlarını diqqətə çatdırıb. O qeyd edib ki, Dünya Xəbər Agentliklərinin V Konqresinə, OANA-nın XVI Baş Assambleyasına AZƏRTAC-ın ev sahibliyi etməsi barədə qərarlar agentliyin son illərdə sürətli inkişafının, geniş beynəlxalq əlaqələrinin və artan nüfuzunun göstəricisidir. N.Kaya sosial media ilə rəqabət mühitində innovativ informasiya texnologiyalarının tətbiqinin, bu sahədə Anadolu Agentliyi ilə AZƏRTAC arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Söhbət zamanı hər iki xəbər agentliyi arasında müxtəlif istiqamətlərdə, xüsusən texniki sahədə əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28

