AHİK ilə Beynəlxalq Əmək Təşkilatı arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
26.01.2016 [10:14]
Yanvarın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri xanım Githa Roelansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, S.Mehbalıyev həmkarlar ittifaqlarının tarixi haqqında qonaqlara məlumat verib.
Ötən ilin noyabrında həmkarlar ittifaqlarının 110 illiyinin qeyd olunduğunu bildirən sədr deyib ki, zəngin ənənələrə malik Azərbaycan həmkarlar hərəkatı bir sıra mərhələlərdən keçib. O, Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolunun olduğunu qeyd edib.
AHİK sədri deyib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanun üzvlərin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaradıb. Təsadüfi deyil ki, Azərbaycan qanunvericiliyinə həmkarlar ittifaqları ilə bağlı 25-dən artıq əlavə və dəyişiklik edilib.
Beynəlxalq əlaqələrdən söhbət açan AHİK-in sədri vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici əlaqələrin inkişafına böyük önəm verir. Ötən il AHİK sədrinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, sonra BHİK-in Pan-Avropa Regional Şurasının vitse-prezidenti seçilməsi bunun bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, AHİK bir çox ölkələrin həmkarlar ittifaqları ilə, ölkəmizdə fəaliyyət göstərən transmilli təşkilatlarla əməkdaşlıq edir, onların təcrübəsindən yararlanır. Sədr ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq transmilli təşkilatın 25-də həmkarlar ittifaqının yaradıldığını və bu sahədə problemlərin də az olmadığını bildirib. Bir çox transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılması yolunda ciddi maneələrin, əngəllərin mövcudluğunu vurğulayan sədr diqqətə çatdırıb ki, belə neqativ halların aradan qaldırılmasında BƏT-in köməyinə ehtiyac var.
BƏT-in Transmilli Korporasiyalar və Müəssisələrlə İş Departamentinin rəhbəri Githa Roelans AHİK-BƏT münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, yaranmış işgüzar əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, işçilərin sosial hüquqlarının qorunmasında BƏT də maraqlıdır və bu istiqamətdə məqsədyönlü iş aparır. Xanım G.Roelans qaldırılan məsələlərin həll edilməsində BƏT-in öz köməyini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

