/ / Azərbaycan ilə Malayziya arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan ilə Malayziya arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
06.02.2016 [10:16]
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 3-dən 5-dək Malayziyada səfərdə olub.
K.Əliyev səfər çərçivəsində Malayziya Baş nazirinin ofisində şəffaflıq məsələləri üzrə nazir və parlamentin üzvü Paul Lou Seng Kuan, Malayziya Antikorrupsiya Komissiyasının (MACC) rəisi Datuk Abu Kassim bin Mohamed, MACC-ın rəis müavini Dato Sri Mohd Şukri Bin Abdullah ilə görüşüb. Görüşdə hər iki ölkənin korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Fevralın 4-də Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev və Antikorrupsiya Komissiyasının rəhbərliyinin iştirakı ilə Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Mərasimdə çıxış edən K.Əliyev sənədin Azərbaycan və Malayziyanın eyni adlı qurumları arasında antikorrupsiya sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, təcrübə və informasiya mübadiləsinin aparılması, peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.
Həmin gün MACC-ın baş qərargahında qurumun rəis müavini Dato Sri Mohd Şukri Bin Abdullahın sədrliyi ilə Azərbaycan və Malayziya Korrupsiyaya qarşı Mübarizə qurumları arasında ikitərəfli görüşlərin birinci raundu keçirilib. İclas zamanı K.Əliyev Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti və strukturu, beynəlxalq əməkdaşlıq əlaqələri, ölkəmizdə antikorrupsiya sahəsində aparılan işlər haqqında ətraflı məlumat verib.
Malayziya Antikorrupsiya Komissiyasının nəzdində fəaliyyət göstərən “MACC FM” radiosuna baş çəkən K.Əliyev radioya canlı müsahibə də verib. Müsahibə zamanı K.Əliyev malayziyalı dinləyicilərə rəhbərlik etdiyi qurumun fəaliyyəti və ölkəmizin uğurları haqqında danışıb.
Səfər çərçivəsində K.Əliyev Kuala Lumpurda yerləşən Malayziya Antikorrupsiya Akademiyasının (MACA) rəhbərliyi ilə görüşüb. Görüşdə Azərbaycan nümayəndə heyətinə Akademiya barədə geniş məlumat verilib və MACA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Nümayəndə heyəti, həmçinin Akademiyanın kitabxanası və burada təşkil olunan qısamüddətli təlim kurslarında iştirak edən xarici ölkə nümayəndələri üçün yaradılmış şəraitlə tanış olub.
Azərbaycan nümayəndə heyətinin Malayziyaya səfəri fevralın 5-də başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

