Kristovam Buarke: Azərbaycan multikulturalizmi bir model kimi böyük maraq doğurur
05.03.2016 [11:37]
Braziliya Milli Konqresi Federal Senatının elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke Azərbaycan multikulturalizminin bir model kimi böyük maraq doğurduğunu, Bakının sivilizasiyaların birləşdiyi bir məkana çevrildiyini bildirib. O, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin Braziliyada da tədris olunmasının və Mərkəzin filialının bu ölkədə açılmasının önəmini qeyd edib, atılacaq bu addımların xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacağını vurğulayıb.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Kristovam Buarke ilə görüşündə Braziliyanın ölkəmizdəki səfiri Santiaqo Alkazar, deputat Asim Mollazadə, Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin böyük məsləhətçisi Lalə Çələbizadə də iştirak ediblər.
Görüşdə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanda həyat tərzi olan multikulturalizmin dövlət siyasətinin prioritet istiqaməti olduğunu və örnək model kimi Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə dünyaya ixrac edildiyini vurğulayıb.
Qonaqlara Mərkəzin həyata keçirdiyi mühüm layihələr haqqında ətraflı məlumat verən BBMM-in icraçı direktoru Azad Məmmədov bildirib ki, hazırda Portuqaliyadan İndoneziyayadək dünyanın 13 məşhur universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.
BBMM-in müşaviri, professor Aytən Qəhrəman bu yaxınlarda Mərkəzin Almaniyanın Drezden və Portuqaliyanın Lissabon şəhərlərində filial və nümayəndəliklərinin açıldığını, bu il ərzində isə İtaliyada, İsveçdə, Rusiyada, Gürcüstanda, Belçikada və Qazaxıstanda da filial və nümayəndəliklərin açılacağını qonaqların diqqətinə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

