/ / Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı münasibətilə Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkası, ənənəvi satış bazarı və ticarət mərkəzində məhsulların qiyməti ilə maraqlanıb
Baş nazirin müavini Əli Əhmədov Novruz bayramı münasibətilə Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı yarmarkası, ənənəvi satış bazarı və ticarət mərkəzində məhsulların qiyməti ilə maraqlanıb
17.03.2016 [10:11]
Əli Əhmədov: Yarmarkalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, bazar və marketlərdə isə qiymətlərin süni surətdə artırılması halları ilə əlaqədar ciddi işlər görülməlidir
Dünən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov Bakı şəhərində təşkil olunan bayram yarmarkalarında, bəzi bazar və marketlərdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. İlk olaraq Xətai rayonunda təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkasına gələn Əli Əhmədov burada satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub, satıcıları və alıcıları dinləyib. Söhbət zamanı satıcılar onlara yaradılan şəraitə görə razılıqlarını bildiriblər. Şəhər sakinləri də yarmarkalardakı ərzaq məhsullarının qiymətlərinin onları qane etdiyini vurğulayıb, belə bir şəraitin yaradıldığına görə dövlət başçısına minnətdarlıq ifadə ediblər.
Baş nazirin müavini yarmarkada satıcılara bayram ərəfəsində qiymətləri mümkün qədər aşağı salmağı tövsiyə edib. O qeyd edib ki, yarmarkaların təşkilində alıcıların da, satıcıların da maraqları nəzərə alınmalıdır.
Daha sonra Əli Əhmədov Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl bazar”a və Yasamal rayonunda fəaliyyət göstərən “GrandMart” marketinə də baş çəkib, orada məhsulların satış qiyməti və xidmətin keyfiyyəti ilə maraqlanıb. Jurnalistlərə açıqlama verən Baş nazirin müavini deyib ki, hər üç satış mərkəzində məhsulların çeşidləri, demək olar ki, eynidir, keyfiyyətlərində elə bir fərq yoxdur, lakin qiymətlərdə fərqlər ciddidir. Onun fikrincə, bundan müvafiq nəticələr çıxarılmalıdır: “Əlbəttə, qiymətlərin fərqli olması qeyri-adi hal deyil. Amma bir şərtlə ki, qiymətlərdəki fərqlər həddindən artıq böyük olmasın. Burada qeyri-adilik ondan ibarətdir ki, qiymətlərdəki fərqlər çoxdur. Gördüyünüz kimi, yarmarkalarda alıcıların sayı çox idi. İnsanlar oradan mallar alırlar. Ənənəvi bazarda isə satıcılar çox, amma alıcılar azdır. Əlbəttə, bizim məqsədimiz ondan ibarətdir ki, qiymətlərdəki fərq az olsun”.
Əli Əhmədov bildirib ki, yarmarkalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, bazar və marketlərdə isə qiymətlərin süni surətdə artırılması halları ilə əlaqədar ciddi işlər görülməlidir: “Yarmarkalardakı qiymətlər ənənəvi bazar və marketlərdəkindən xeyli aşağıdır. Buna görə də insanlar yarmarkalara axışırlar. Bayram günlərində qiymətlər gərək aşağı salınsın. Təəssüf ki, bizdə bəzən nə satıcılar, nə də sahibkarlar biznes qaydalarına, bayram adət-ənənələrinə əməl etmirlər. Ölkə Prezidentinin tapşırığı ilə kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqədar yarmarkalar yaradılıb, burada insanlara xidmət göstərilir, qiymətlər qaldırılmır. Hesab edirəm ki, bundan sonra yarmarkaların sayı artırılmalıdır ki, bazarlarda da qiymətlər yarmarkalardakı qiymətlərin təsiri altında ucuzlaşsın”.
Baş nazirin müavini vurğulayıb ki, Bakıda keçirilən ənənəvi yarmarkaların fəaliyyəti genişləndirilməlidir. “Güman edirəm ki, yarmarkaların təşkil olunması üçün Bakının digər rayonlarında da yerlər ayrılacaq. Çalışmalıyıq ki, insanlar aldıqları məvacibləri ilə öz ailələrinin maddi tələbatını ödəyə bilsinlər”, - deyə Əli Əhmədov vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59

