Azərbaycan bütün istiqamətlərdə uğurlu inkişaf dinamikasını davam etdirir
30.03.2016 [11:07]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir
Son illərdə dünyanın mənzərəsi kifayət qədər ziddiyyətli və arzuolunmaz proseslərlə səciyyələnir. Bu və ya digər qlobal risklərin davam etdiyi şəraitdə ayrı-ayrı ölkələr sərt büdcə siyasətinə keçərək öz xərclərini azaltmaq üçün hətta sosial proqramlarını belə ixtisara salırlar. Son illərdə Beynəlxalq Valyuta Fondunun qlobal iqtisadi artımı mütəmadi olaraq azalmağa doğru dəyişməsi və qarşıdakı illər üçün heç bir nikbin proqnoz irəli sürməməsi də vəziyyətin hədsiz dərəcədə ciddiliyindən xəbər verir. Davos İqtisadi Forumunda aparılan müzakirələrdə də qlobal miqyasda yaranan arzuolunmaz vəziyyətin ciddiliyi və kataklizmlərin yaxın perspektivdə aradan qaldırılmasının mümkün olmayacağı xüsusi vurğulanıb.
Bütün bu deyilənlərə rəğmən, Azərbaycan qlobal risklərin artdığı, dünyada bir növ “iqtisadi stress” vəziyyəti yarandığı indiki dövrdə də inkişafın ardıcıllığını təmin etməyə nail olur. Respublikamız qlobal mənfi təsirlərə ən az məruz qalan ölkələr sırasında yer alır. Dünyada siyasi, mənəvi, iqtisadi, hərbi böhranın çox ağır formalar aldığı indiki şəraitdə Azərbaycanın malik olduğu dəyərlər, eləcə də respublikamızın nadir inkişaf modeli bir sıra ölkələr üçün nümunə ola bilər.
Əlamətdar haldır ki, indiki qlobal çətinliklər şəraitində də Azərbaycanda inkişaf hərtərəfli gedir. Belə ki, bir tərəfdən beynəlxalq müstəvidə ölkəmizin əlaqələri genişlənir, siyasi nüfuzu artır, eyni zamanda, siyasi varisliyin yüksək səviyyədə təmin olunması sayəsində respublikada daxili sabitlik, iqtidar-xalq həmrəyliyi daha da möhkəmlənir, ölkənin iqtisadi potensialı artır, sosial məsələlər həllini tapır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində məlum qlobal çətinliklər şəraitində respublikamızın inkişafa nail olmasından məmnunluğunu ifadə edib.
Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkədir
Azərbaycanın qısa müstəqillik tarixində əldə etdiyi ən böyük uğurlarından biri ölkəmizin beynəlxalq imicinin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü praqmatik siyasət Azərbaycanın regional və qlobal miqyasda nüfuzlu aktora çevrilməsini təmin edib. Dövlət başçısı bu gün Azərbaycanın dünya miqyasında böyük hörmətə malik ölkəyə çevrildiyinə diqqət çəkərək deyib: “Davos Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir”.
Respublikamız mütəmadi olaraq ölkələr arasında etimad, qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verən yeni təşəbbüslərlə çıxış edir. Dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycanın mühüm rolu həm də respublikamızın istər Avropa, istərsə də İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında bir körpü olması ilə bağlıdır. Məhz Azərbaycanın təşəbbüsü əsasında Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət və digər sahələrdə dialoqun əsasını təşkil edən “Bakı prosesi”nə uğurla start verilib.
Son illərdə Azərbaycan qlobal əhəmiyyət daşıyan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana çevrilib. Bakıda ardıcıl olaraq Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar keçirilir. Bir neçə gün bundan əvvəl Bakıda vacib qlobal məsələlərin müzakirə platformasına çevrilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum uğurla başa çatıb. Hazırda respublikamızda Bakıda baş tutacaq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ciddi hazırlıq işləri həyata keçirilir. Ötən ilin yayında respublikamız dünyanın 50-dək ölkəsindən 20 idman növü üzrə təxminən 6 min atletin mübarizə apardığı birinci Avropa Oyunlarına böyük uğurla ev sahibliyi etdi. Birinci Avropa Oyunlarından sonra isə Azərbaycanda cari ildə Formula 1, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycanın qlobal əməkdaşlığa sanballı töhfələr vermək əzmi beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, ölkəmiz dünyanın əksər dövlətləri ilə sıx partnyorluq münasibətləri qurub, 155 dövlətin dəstəyini qazanaraq BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilib, 2014-cü ilin may-noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib.
Azərbaycan beynəlxalq əməkdaşlığın dərinləşməsində müsbət rolunu bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyev ölkəmizin bu xoş niyyətini diqqətə çatdıraraq vurğulayıb: “Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edir. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da münasibətlərimizi qarşılıqlı hörmət əsasında qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarda fəaliyyətimiz daha da sürətlə aparılacaqdır”.
Ölkəmiz qlobal risklər şəraitində də iqtisadi potensialını artırmağa nail olub
Əlbəttə, son illərdə dünyada yaşanan çətinliklər, o cümlədən də neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının inkişafına da müəyyən təsirlər göstərib. Bununla belə, ölkəmiz qlobal risklər şəraitində də iqtisadi potensialını artırmağa nail olub. Məlumdur ki, ümumi daxili məhsulun artması hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Bu mənada Azərbaycandakı vəziyyət nikbinlik üçün ciddi əsaslar verir. Son 12 ildə dünya ölkələri üzrə ÜDM-in artım dinamikasında ən yaxşı göstəricilərdən biri 3 faizdən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Sevindirici haldır ki, milli iqtisadiyyatın genişlənməsi tendensiyası qlobal risklərin daha da artdığı 2015-ci ildə də istisna təşkil etməyib. Prezident İlham Əliyev dünya miqyasında iqtisadi artımda ciddi problemlər yaşandığı son bir ildə respublikamızda ÜDM istehsalında 1,1 faiz artıma nail olunmasını müsbət nəticə kimi qiymətləndirib: “Keçən il bizim iqtisadi inkişafımız təmin edilmişdir. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artmışdır. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu, müsbət nəticədir”.
Ölkəmizin uğurlarının əsasında, ilk növbədə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və milli mənafeyə söykənən siyasət, hədəflərin düzgün müəyyənləşdirilməsi, respublikada ardıcıl surətdə islahatlar həyata keçirilməsi dayanır. Qlobal çətinliklər fonunda Azərbaycanın iqtisadi inkişaf tempini qoruyub saxlaması, ilk növbədə, ölkəmizdə Prezident İlham Əliyevin səyləri sayəsində zamanında həyata keçirilən məqsədyönlü diversifikasiya siyasəti ilə bağlıdır. Azərbaycan iqtisadiyyatı heç vaxt indiki qədər şaxələndirilmiş olmayıb. Qeyd edək ki, hazırda ölkəmizdə ÜDM-in təxminən 70 faizi məhz qeyri-neft sektorunda formalaşır.
İqtisadi potensialın artması bu gün Azərbaycana öz maraqlarını qorumağa, heç kimdən asılı olmayan müstəqil siyasət həyata keçirməyə imkan verir. Daxili resurslarına, güclü iqtisadiyyatına əsaslanan ölkəmiz daim milli maraqlardan çıxış edir. Prezident İlham Əliyev bu gün respublikamızın dünya miqyasında seçilmiş ölkələrdən olduğuna diqqət çəkərək bildirib ki, bizim gücümüzün mənbəyi Azərbaycan xalqı və güclü iqtisadiyyatımızdır: “Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik”.
Ölkəmizdə qeyri-neft sənayesi 8,4 faiz artıb
Qlobal çətinliklərin artdığı bir vaxtda Azərbaycanın inkişaf strategiyasını uğurla davam etdirməsi sənaye quruculuğu sahəsində əldə olunan nailiyyətlərin timsalında daha qabarıq şəkildə nəzərə çarpır. Ötən il ölkə iqtisadiyyatında ən müsbət göstərici məhz qeyri-neft sənayesində qeydə alınıb. Prezident İlham Əliyev 2015-ci ildə ölkəmizdə qeyri-neft sənayesinin 8,4 faiz atmasını əsas göstərici kimi səciyyələndirərək deyib: “Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artmışdır. Bax, budur, əsas göstərici. Çünki bu, onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir”.
Qeyd edək ki, Azərbaycanda sənayeləşmə ölkənin güclü potensialına əsaslanır. 1848-ci ildə dünyada ilk dəfə olaraq məhz Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlanması nəticəsində ölkəmizdə sənayenin inkişafının təməli qoyulub və ötən illərdə bu sahədə zəngin ənənələr formalaşıb. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə 1994-cü il sentyabrın 20-də Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə dair dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” isə müstəqil Azərbaycanda sənayenin inkişafına geniş perspektivlər açıb. Hazırda Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu reallaşdırmaq üçün möhkəm zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, makroiqtisadi sabitlik, infrastruktur təminatının möhkəmləndirilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, möhkəm daxili sabitlik və digər amillər müasir sənaye quruculuğunu şərtləndirir.
Ölkəmizin regionlarında yeni sənaye mərkəzlərinin formalaşması həm iqtisadi, həm də sosial baxımdan xüsusi önəm daşıyır. Məlumdur ki, uzun illər ərzində ölkəmizin sənaye potensialı əsasən Bakı, Sumqayıt və müəyyən qədər də Gəncə şəhərində cəmləşib. Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəfə əsasən, gələcəkdə Gəncə şəhəri bütövlükdə Cənubi Qafqazın üçüncü böyük sənaye mərkəzinə çevriləcək. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir.
Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən respublikanın digər bölgələrində də sənaye məhəllələrinin yaradılmasına başlanılıb.
“Kənd təsərrüfatı ili”ndə 6,6 faiz artıma nail olunması böyük məmnunluq doğurur
Respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik olan ölkədir.
Eyni zamanda, son illərdə respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün münbit zəmin yaranıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Aqrar sektorun inkişafına qayğı siyasəti Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ildə də davam etdirilib. İl ərzində aqrar sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı həyata keçirmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək üçün və digər məqsədlərlə silsilə tədbirlər reallaşdırılıb.
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Respublikanın regionlarında aqrar sektorun inkişafının davamlı hal alması məmnunluq doğurur. Bu sahədə son illərin artım dinamikası “Kənd təsərrüfatı ili”ndə də saxlanılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ötən il aqrar sektorda əldə olunan uğurlardan məmnunluğunu ifadə edərək deyib: “Mən çox şadam ki, “Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatı 6,6 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, qeyri-neft sektorunun inkişafıdır. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bax, bu vəziyyəti şərtləndirir”.
Qeyd edək ki, Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Dövlət başçısı ixrac imkanlarının artırılmasının zəruriliyinə diqqət çəkərək vurğulayıb: “İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır”.
Ölkədə bütün sosial proqramlar uğurla icra olunur
Uğurlu iqtisadi inkişafın səmərəliliyi, ilk növbədə, sosial problemlərin vaxtında həllini tapması, insanların rifah halının yaxşılaşması, işsizliyin və yoxsulluğun davamlı olaraq azaldılması, insan kapitalının inkişafı kimi göstəricilərlə ölçülür. Bu mənada əminliklə qeyd edə bilərik ki, ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi və sosial proqramların yerinə yetirilməsi siyasəti paralel şəkildə həyata keçirilir. Son illərdə respublikamızın müsbət mənzərəsi bütün ölkə miqyasında genişməzmunlu sosial proqramların reallaşdırılması ilə səciyyələnir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib. Bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb, əksinə, ölkəmiz bu sahədə yeni təşəbbüslərlə çıxış edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

