Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Britaniyalı deputat: Ermənistan rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunmalıdır

Britaniyalı deputat: Ermənistan rəhbərliyinə qarşı sanksiyalar tətbiq olunmalıdır

05.04.2016 [10:22]

Böyük Britaniya parlamentinin deputatı Stefen Hepburn Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib. Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən bildirilib.
Bəyanatda deyilir: “Son 20 il ərzində ən ağır döyüşlər və Ermənistanın Azərbaycana qarşı insan tələfatı ilə nəticələnən hərbi təcavüzü məni dəhşətə gətirir. Dünya birliyi Ermənistanı məcbur etməlidir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmağı tələb edən dörd qətnaməsinin tələblərini yerinə yetirsin. Artıq bunun vaxtıdır və Ermənistan bu qətnamələrə riayət etmirsə, onun rəhbərliyinə qarşı müvafiq sanksiyalar tətbiq olunmalıdır”.
Britaniyalı deputat vurğulayır ki, Azərbaycana qarşı həyata keçirilən insan tələfatı və təcavüz siyasətinə son qoyulmalıdır.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31