/ / Qafqaz Müsəlmanları İdarəsində Dağıstan Respublikasının başçısı Ramazan Abdilatipovla görüş olub
Qafqaz Müsəlmanları İdarəsində Dağıstan Respublikasının başçısı Ramazan Abdilatipovla görüş olub
13.05.2016 [09:47]
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Dağıstan Mədəniyyət Günləri çərçivəsində ölkəmizdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qonaqları səmimi salamlayaraq, Dağıstan və Azərbaycanın bir-birinə tarixi dostluq, mehriban qonşuluq əlaqələri ilə bağlı olduğunu qeyd edib. Şeyxülislam deyib: “Mən ölkələrimiz arasında mehriban əlaqələri yüksək qiymətləndirirəm. Azərbaycan və Dağıstan arasında siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələr var”.
Şeyxülislam dövlət və din, eləcə də Azərbaycanda dini tolerantlıq ənənələri barədə danışıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması qeyd edilib. QMİ sədri vurğulayıb ki, burada heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. Dağıstan xalqlarının nümayəndələri ölkəmizin tamhüquqlu vətəndaşlarıdır, bizi ortaq din, tarix və adət-ənənələr birləşdirir. Ölkə Konstitusiyası bütün vətəndaşları bərabər hüquqlarla təmin edir.
Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səmimi qəbula görə minnətdarlığını bildirib. O, Şeyxülislamın Qafqazdakı fəaliyyətinin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Sovet İttifaqının süqutundan sonrakı ən çətin illərdə Şeyxülislamın kəsərli sözü bir çox insanları xilas edib. Erməni təcavüzü və çeçen müharibələri zamanı belə olub. Dağıstanın başçısı R.Abdulatipov Azərbaycan xalqının Ümummilli liderinin qonşu Dağıstanla qardaş və dost münasibətlərinin qurulmasında əvəzsiz xidmətlərini qeyd edib. O deyib: “Şəxsiyyətin böyüklüyü Öz xalqını, Vətənini nə qədər yüksəyə qaldıra bilməsi ilə müəyyən edilir. Mən Heydər Əliyevin necə çətin bir vaxtda hakimiyyətə gəldiyini xatırlayıram. O, Öz xalqını böyük bəlalardan xilas etdi. Biz əsası Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuş mehriban qarşılıqlı anlaşma və dostluq münasibətlərini xatırlamalıyıq, bu münasibətlər indi də davam edir. Bu gün xalqlarımız arasında anlaşma naminə din xadimləri də böyük iş görürlər. Bu mənada Şeyxülislam Hacı Allahşükür Paşazadənin, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın, habelə səfir Vladimir Doroxinin və səfir Polad Bülbüloğlunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

