/ / Azərbaycanın və Fransanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycanın və Fransanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
23.06.2016 [10:10]
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 22-də Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı səfirin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan-Fransa münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Fransanın Azərbaycanın müstəqilliyini tanıyan, respublikamızda səfirlik açan ilk dövlətlərdən biri olduğunu xatırladan nazir son illər ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Bu əlaqələrin qurulmasında Ulu öndər Heydər Əliyevin danılmaz xidmətləri məmnunluqla vurğulanıb, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində ikitərəfli münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğu nəzərə çatdırılıb.
Fransalı diplomata müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən köklü hüquqi-demokratik və sosial-iqtisadi islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin bərpası, kriminogen durumun nəzarətə götürülməsi barədə məlumat verilib. Ölkəmizin Avropaya inteqrasiya etdiyi, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunların qəbul olunduğu, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən fransalı mütəxəssislərin böyük rolu olduğu, həmin qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Fəaliyyətin dünya təcrübəsinə uyğun təkmilləşdirilməsində beynəlxalq əməkdaşlığın da əhəmiyyətli rolunu vurğulayan nazir son 10 ildə 7 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xətti ilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun ümumi işə müsbət təsir göstərdiyini qeyd edib.
Hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə müvafiq Anlaşma Memorandumu layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğu, həmin sənədin imzalanmasının əlaqələrin inkişafına əlverişli hüquqi zəmin yaradacağı bildirilib. İnsan hüquq və azadlıqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində əhəmiyyətli işlər görüldüyü, DİN rəhbərliyinin bu işə xüsusi həssaslıqla yanaşdığı qonağın diqqətinə çatdırıb.
Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli hallarla səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi vurğulanıb. Xüsusən ölkəmizin hər zaman terrorçuluqdan əziyyət çəkdiyini xatırladan nazir ötən il Parisdə baş vermiş terror hadisələri zamanı dinc və günahsız vətəndaşların həlak olması ilə əlaqədar səfirə bir daha başsağlığı verib.
Xanım Orelia Buşez səmimi qəbula, ətraflı məlumata və başsağlığına görə təşəkkür edib. Diplomat Azərbaycanda tolerantlıq mühitinin, multikultural dəyərlərin hökm sürməsindən məmnunluğunu vurğulayıb. O, diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17

