Azərbaycan-İran münasibətlərinin inkişafında ölkələrimizin media qurumları önəmli rol oynayır
08.11.2016 [10:00]
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Tehranda İran mətbuatı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisində iştirak edir.
Sərginin açılış mərasimində Prezident Həsən Ruhani çıxış edərək tədbirin əhəmiyyətindən və medianın cəmiyyət həyatındakı rolundan danışıb. O, medianın dünyada sülhün təmin olunmasındakı missiyasının vacibliyini vurğulayıb, sərgi iştirakçılarına uğurlar arzulayıb.
İran mətbuatı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisində ölkənin ümumilikdə 900-dən çox qəzet, jurnal, informasiya agentliyi və jurnalist təşkilatının təqdim etdikləri materiallar hər media qurumu üçün ayrılmış guşədə nümayiş olunub. Sərginin məqsədi İran media orqanları arasında əlaqəni gücləndirmək, beynəlxalq media qurumları ilə qarşılıqlı əməkdaşlıq yaratmaqdır.
Səfər çərçivəsində Əflatun Amaşov İranın mədəniyyət və islam irşadı nazirinin müavini Hossein Entezami ilə görüşüb. Söhbət zamanı İran və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub. Hər iki ölkənin media qurumlarının əməkdaşlığının bu baxımdan önəmli rol oynayacağı bildirilib. Ə.Amaşov Mətbuat Şurasının fəaliyyət istiqamətlərindən danışıb. O bildirib ki, Mətbuat Şurası həm ayrıca təşkilat kimi beynəlxalq media qurumları ilə birgə təşəbbüslər reallaşdırır, həm də bu və ya digər şəkildə Azərbaycan mediasının xarici media orqanları ilə qarşılıqlı əməkdaşlığının qurulmasına dəstək olur.
Mətbuat Şurası sədrinin Mədəniyyət və İslam İrşadı Nazirliyinin xarici media ilə iş departamentinin direktoru Məhəmməd Cəfər Safi ilə görüşündə son illərdə Azərbaycanın və İranın media qurumları arasındakı münasibətlərdə intensivliyin müşahidə olunduğu, jurnalistlərin qarşılıqlı səfərlərinin təşkil edildiyi diqqətə çatdırılıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun İranın Azərbaycandakı səfirliyi ilə mövcud istiqamətdə yeni layihəyə start verdiyini söyləyib.
İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xodadi ilə görüşdə İran və Azərbaycan kütləvi informasiya vasitələri arasında əməkdaşlığın hazırkı durumu, perspektiv vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər iki ölkənin jurnalistləri fəaliyyətlərində İran və Azərbaycan xalqlarının adət-ənənə yaxınlığına əsaslanan tarixi bağlılığı qorumağı hədəf seçməlidirlər. Bu baxımdan hazırkı vəziyyətdən məmnunluq ifadə olunub.
Səfər çərçivəsində daha bir görüş İran parlamenti sədrinin birinci müavini, parlamentin türk fraksiyasının rəhbəri Məsud Pezeşkianla keçirilib. Görüşdə Məsud Pezeşkian yeni yaradılmış və tərkibinə 100 deputatın daxil olduğu fraksiyanın perspektiv planlarından söz açıb. Azərbaycan və İran qanunverici orqanları arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunan görüşdə Ə.Amaşov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətini əks etdirən ikicildlik kitabı M.Pezeşkiana hədiyyə edib.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

