/ / Azərbaycana qarşı “qara piar” kampaniyası: Milena Qabanelli, erməni lobbisi və “beşinci kolon” eyni cəbhədə
Azərbaycana qarşı “qara piar” kampaniyası: Milena Qabanelli, erməni lobbisi və “beşinci kolon” eyni cəbhədə
23.11.2016 [09:37]
Yaxud “Corriere della Sera” qəzetinin köşə yazarı və reportyoru, “Report” proqramının müəllifi Milena Qabanellinin ölkəmizə qarşı qərəzli münasibətinin arxasında nə durur?
Müasir dünya siyasətində regional güc mərkəzi və etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın müstəqil daxili və xarici siyasəti, əldə etdiyi çoxsaylı nailiyyətlər bəzi dairələrdə narahatlıq yaradır. Xüsusilə də, erməni lobbisi və onlarla sinxron fəaliyyət göstərən “beşinci kolon” nümayəndələri Azərbaycanın uğurlarına kölgə salmağa çalışır, bunun üçün aparılan sistemli “qara piar” kampaniyasında məharətlə iştirak edirlər. Digər tərəfdən, bu prosesdə indiyə qədər anti-Azərbaycan mövqeyində duraraq ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv münasibət sərgiləyən bəzi “araşdırmaçı-jurnalist”lərin xidmətlərindən də aktiv istifadə olunur...
M.Qabanelli Azərbaycana qarşı qərəzli və aqressiv münasibəti ilə tanınır
Belələri sırasında “Corriere della Sera” qəzetinin köşə yazarı və reportyoru, İtaliyanın RAİ 3 telekanalındakı “Report” proqramının müəllifi Milena Qabanelli xüsusi yer tutur. Onun ölkəmizə qarşı “xüsusi” (oxu: qərəzli və aqressiv) münasibətini göstərmək üçün, sadəcə, bir neçə məqama toxunmaq kifayət edir.
Hələ bir neçə il öncə onun “Corriere della Sera” qəzetində dərc olunmuş Azərbaycana qarşı qərəzli və aqressiya dolu məqaləsində ölkəmizin əleyhinə müxtəlif ittihamlar səsləndirilib, hətta ayrı-ayrı dövlətlər və Avropa təşkilatlarının ölkəmizə qarşı loyal mövqedə durması tənqid edilib. Belə ki, 2013-cü ilin yanvarında AŞPA-da Azərbaycanda insan haqları ilə bağlı qərəzli qətnamə səsə qoyulanda müzakirələrin nəticəsində qətnamə layihəsinin lehinə 79, əleyhinə 128 deputat səs verib və layihə “gerçəkliyə uyğun olmadığı üçün” rədd olunub. Bu isə anti-Azərbaycan dairələri, erməni lobbisini və onun havadarlarını, o cümlədən M.Qabanellini ciddi narahat edib. Bu şəxs özündə 39 ölkədən olan siyasi partiyaları ehtiva edən Avropa Xalq Partiyasının rəhbərliyini, xüsusilə də bu partiyanın AŞPA-dakı fraksiyasının mənsublarını “Azərbaycanın maraqlarını müdafiə etməkdə” ittiham edərək ölkəmizə qarşı kəskin və aqressiv münasibətini ifadə edib.
M.Qabanellinin mütəmadi olaraq Azərbaycan-İtaliya münasibətlərini hədəfə alması da təsadüfi xarakter daşımır. Çünki bu şəxs bütün yazı və reportajlarında Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsindən narahatlıq keçirdiyini açıq şəkildə ifadə edir, ölkəmizə qarşı təzyiq göstərilməsini və sanksiyalar tətbiq olunmasını tələb edir.
Xədicə İsmayıl, Əli Kərimli, Kristof Ştrasser, Mikele Emiliano: anti-Azərbaycan kampaniyasının ünsürləri
Hələ bu, son deyil, ardı var... Belə ki, M.Qabanelli “Report” proqramı vasitəsilə Azərbaycana qarşı “qara piar” kampaniyasını davam etdirir, bu istiqamətdə ermənilərlə işbirliyi isə xüsusi yer tutur. “Report”un növbəti buraxılışında Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirildikdən sonra Xədicə İsmayıl, AXCP sədri Əli Kərimli, Almaniyanın insan haqları üzrə ombudsmanı, 1977-1982-ci illərdə Almaniyada uşaqbazlığın qanuniləşdirilməsinə çalışmış siyasətçilər arasında yer alan Kristof Ştrasser, habelə İtaliyanın Apuliya regionunun rəhbəri Mikele Emiliano ekranda bir-birilərini sıralayaraq anti-Azərbaycan kampaniyasının cizgilərini davam etdiriblər. Bu isə onu göstərir ki, erməni lobbisinin “sadiq dostlar”ını və “beşinci kolon” nümayəndələrini eyni cəbhədə birləşdirən amil məhz anti-azərbaycançı dairələrə xidmət etməkdir.
“Araşdırmaçı-jurnalist” həm də “sadiq” erməni dostudur...
Bunlarla yanaşı, bəhs olunan “araşdırmaçı-jurnalist” Azərbaycana qarşı nifrət və qərəzinin dairəsini genişləndirərək tamaşaçılara “Dağlıq Qarabağ ermənilərinin həyatı barədə” reportaj təklif edərək deyib: “Bizə göstərdikləri köməyə və xüsusilə də təqdim etdikləri faktlara görə erməni dostlara təşəkkür etmək istərdim”.
O, erməni lobbisindən aldığı direktivlər əsasında Ermənistandan Dağlıq Qarabağa yollanıb, Xankəndidə separatçı rejimin nümayəndələri və rəhbərləri ilə görüşüb. Guya hadisə yerində obyektiv və qərəzsiz informasiya almaq üçün Dağlıq Qarabağa, Azərbaycanın erməni işğalında olan ərazilərinə yollanan “Report”un çəkiliş qrupu öncə Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni separatçılarının “XİN başçısı” Karen Mirzoyanla görüşüb. Ermənistanda, Dağlıq Qarabağda, Talış kəndində, səngərdə, Xankəndi küçələrində anti-Azərbaycan kampaniyası uğurla davam etdirilib.
Digər tərəfdən, M.Qabanellinin erməni dostu olduğunu və anti-Azərbaycan kampaniyasının ünsürü kimi çıxış etdiyini göstərən növbəti fakta toxunaq. Belə ki, onun ABŞ Konqresindəki insan haqları komissiyasında anti-Azərbaycan dinləmələrində erməni diasporunun 12 nümayəndəsi, həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın oğlu Armen Saakyanla yanaşı, - “çiyin-çiyinə” əyləşməsi reallıqdır.
M.Qabanelli özünü “obyektiv jurnalist” hesab edirsə...
... Və başlıca paradoksal məqam budur ki, M.Qabanelli özünü “obyektiv jurnalist” kimi təqdim edir. Belə olan halda, bu şəxs özünün obyektiv fəaliyyətə malik olduğunu iddia edirsə, hazırladığı reportajda Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə işıqlandırılmır?
Əlbəttə, separatçı və təxribatçı fikirlərin təbliğ edilməsi, qeyri-qanuni rejimin “fəaliyyəti”nin normal şəkildə diqqətə çatdırılması həm də beynəlxalq hüquq normalarına, peşə dəyərlərinə tamamilə ziddir. Bütün bunlar bir daha ona dəlalət edir ki, erməni lobbisinə xidmət edən digər bir sıra şəxslər kimi M.Qabanelli də “muzdlu jurnalist” olaraq ona verilən direktivləri yerinə yetirir...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

