/ / Əli Əhmədov: Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün dünya üçün bir örnəkdir
Əli Əhmədov: Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün dünya üçün bir örnəkdir
26.04.2017 [09:21]
Aprelin 25-də Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyənin ailə və sosial siyasət naziri xanım Fatma Betül Sayan Kaya ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı və qadın sahibkarlığına dəstək məsələləri müzakirə edilib.
Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda müzakirə olunacaq mövzuların Azərbaycanın olduğu kimi Türkiyənin də maraq dairəsində olduğuna əminliyini bildirib.
Türkiyədə keçirilən referenduma toxunan Baş nazirin müavini müsbət nəticələrin qardaş ölkədə olduğu kimi Azərbaycanda da çox böyük sevinclə qarşılandığını bildirib. Bu nəticənin xalqın ölkə başçısına inamının göstəricisi olduğu, Azərbaycan xalqının da bu fikri dəstəklədiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün dünya üçün bir örnəkdir. Ə.Əhmədov keçirilən konfransın Azərbaycan qadınları kimi Türkiyə qadınları üçün də əhəmiyyətini vurğulayıb. Bildirilib ki, qadın sahibkarlığının inkişaf etdirilməsi qadınların cəmiyyətdə fəaliyyətinin yaxşılaşdırılması ilə yanaşı, iqtisadiyyatın inkişafı istiqamətində də böyük rol oynayır. Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar barədə qonağa məlumat verən Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar.
Yüksək səviyyəli təşkilatçılığa görə öz minnətdarlığını bildirən xanım Fatma Betül Sayan Kaya bütün çətinliklərə baxmayaraq qardaş Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. Tədbirin mahiyyətindən danışan qonaq qeyd edib ki, “bizim ən böyük hədəfimiz qadınların güclənməsidir. Belə olduğu təqdirdə ailədən başlayaraq bütün cəmiyyətin gücləməsinə nail olmaq mümkündür”.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23

