Beynəlxalq təşkilatlar "Təhsil haqqında" Qanuna müsbət rəy veriblər
02.07.2009 [14:26]
Milli Məclisin yaz sessiyasının ən böyük uğuru 15 illik müzakirələrdən sonra “Təhsil haqqında” Qanunun qəbul edilməsidir. Bu fikir parlamentin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında səsləndirildi. Komitənin sədri Şəmsəddin Hacıyev məhz bu baxımdan da başa çatan sessiyanın rəhbərlik etdiyi komitə üçün uğurlu olduğunu bildirdi. Onun sözlərinə görə, qanunun son variantını parlamentin deputatlarının əksəriyyəti dəstəkləyib. İclasda iştirak edən 110 deputatdan 107-si qanunun lehinə səs verib. Müxtəlif dövlət qurumları da qəbul edilmiş qanundan razılıqlarını ifadə ediblər. Cəmiyyətdən də “Təhsil haqqında” yeni qanuna müsbət reaksiyalar gəlməkdədir.
O, qanunun qəbul edilməsində göstərdikləri yardıma görə Milli Məclis rəhbərliyinə təşəkkürünü bildirərək dedi ki, Azərbaycan dövləti təhsili özünün əsas prioritetlərindən biri elan edib. 2009-cu ilin dövlət büdcəsində təhsilə 1 milyard 300 milyon manat vəsait ayrılıb ki, bu da Ermənistanın ümumi büdcəsinin 80 faizi həcmindədir. Hökumət ali təhsilin Avropa standartlarına uyğunlaşdırılması, Boloniya prosesinə keçidlə bağlı da addımlar atmaqdadır. Ş.Hacıyevin sözlərinə görə, qanun hələ qüvvəyə minməsə də, bəzi dövlət qurumları layihədə nəzərdə tutulan məsələlərin reallaşdırılmasına başlayıblar. Məsələn, builki tələbə qəbulunda abituriyentlərin attestat qiymətlərinin nəzərə alınacağı bildirilib.
Komitə sədri dedi ki, qəbul edilən qanun beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Bu günlərdə İSESKO-nun baş katibi Əbdüləziz bin Osman Tuveycri komitəyə məktub göndərərək çox mütərəqqi bir qanunun qəbul edildiyini bildirib. Məktubda göstərilib ki, Milli Məclisin qəbul etdiyi “Təhsil haqqında” Qanun bütün islam dövlətləri üçün model kimi istifadə oluna bilər. Ş.Hacıyev qeyd etdi ki, Dünya Bankı da qəbul edilmiş “Təhsil haqqında” Qanuna müsbət rəy verib. Bankın 4 səhifəlik rəyində müxtəlif tövsiyələr də öz əksini tapıb. Komitə sədri dedi ki, bu tövsiyələr təhsillə bağlı sahəvi qanunların hazırlanması zamanı nəzərə alınacaq.
Komitənin sədr müavini Bəxtiyar Əliyev qeyd etdi ki, sözügedən qanunun qəbul olunmasında parlamentdə böyük çoxluğa malik Yeni Azərbaycan Partiyasının da xüsusi rolu olub. Qəbul olunan qanun xalq tərəfindən də bəyənilib. Onun fikrincə, qəbul edilən qanun təhsil sferasındakı bütün hüquqi boşluqları aradan qaldıracaq.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov qəbul edilmiş qanunda həm bəşəri dəyərlərin, həm də ölkə reallıqlarının nəzərə alındığını bildirdi. Onun sözlərinə görə, xüsusilə təhsilin bir pilləsində göstərilən nəticələrin növbəti pillələrdə nəzərə alınmasını əsas tutan maddələr sevindirici olub. Rektorun fikrincə, bu müddəa təhsilin bütün pillələrinin inkişafına təkan verəcək. “Biz təkcə ali təhsili deyil, təhsilin bütün pillələrini qorumalıyıq. Qəbul etdiyimiz qanun məhz bunu nəzərdə tutur” - deyə A.Məhərrəmov vurğuladı. O əlavə etdi ki, Elm və təhsil komitəsi dərhal təhsillə bağlı sahəvi qanunların hazırlanmasına başlamalıdır: “Gərək dəmiri isti-isti döyək. Digər qanunların qəbulu zamanı mübahisəli məsələlərin həllində daha böyük prinsipiallıq göstərməliyik”.
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycanda təhsillə bağlı baxışların müxtəlif olduğunu bildirdi. Onun sözlərinə görə, məhz bu səbəbdən də “Təhsil haqqında” Qanunun müzakirələri 15 il uzanıb. Amma bu, bir tərəfdən də işin xeyrinə olub. Qəbul olunmuş qanun tam kompromis əsasında hazırlanıb. Millət vəkili əmin olduğunu bildirdi ki, qəbul olunmuş qanun təhsil sferasında yeni münasibətlərin yaranmasına təkan verəcək. Onun sözlərinə görə, uzun müddət davam edən müzakirələr Azərbaycanda təhsil konsepsiyasının formalaşmasına da təkan verib. “Məncə bu qanunla qürurlanmaq olar” - deyə Ə.Əhmədov vurğuladı.
Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva “Təhsil haqqında” Qanunun bütün islam ölkələri üçün model qanun ola biləcəyini vurğuladı. Onun sözlərinə görə, bu qanun ərəb dilinə tərcümə olunub İslam Konfransı Təşkilatına göndərilməlidir.
Müzakirələrdən sonra komitə üzvləri yaz sessiyası ərzində görülən işləri qənaətbəxş qiymətləndirdilər.
İclasda Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı da müzakirə edildi. Komitə sədri Ş.Hacıyev bildirdi ki, iş planına 4 qanun layihəsi daxil edilib. Birinci qanun layihəsi “Elm və dövlət elmi-texniki siyasəti haqqında” adlanır. Bu qanun layihəsi bir neçə il bundan əvvəl birinci oxunuşda qəbul edilib. Amma komitə layihəni tamamilə yenidən işləyib və yenidən birinci oxunuşa təqdim etmək niyyətindədir. İş planına daxil edilən ikinci sənəd “Ali təhsil haqqında” qanun layihəsidir. Komitə bu layihənin hazırlanması məqsədilə 7 nəfərdən ibarət işçi qrup yaradıb. İşçi qrupunda Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının, universitetlərin və komitənin təmsilçiləri çalışacaqlar. Ş.Hacıyev dedi ki, qanun layihəsi üzərində iş sürətlə aparılmalıdır ki, sənəd payız sessiyasında müzakirəyə təqdim oluna bilsin. Bundan başqa, komitə “ümumtəhsil haqqında” qanun layihəsini də hazırlayaraq müzakirəyə təqdim etmək niyyətindədir. İş planındakı sonuncu qanun layihəsi isə “Yaşlıların təhsili haqqında”dır. Ş.Hacıyev dedi ki, bu qanun birinci oxunuşda qəbul edilib. Layihə ikinci oxunuş üçün də hazırdır. Onun müzakirəyə təqdim olunmaması isə “Təhsil haqqında” Qanunun ləngiməsi ilə bağlı olub.
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova isə komitənin “Peşə təhsili haqqında” qanun layihəsi hazırlamasını təklif etdi.
Müzakirələrdən sonra komitənin 2009-cu ilin payız sessiyası üçün iş planı layihəsi qəbul edildi.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05

