ÜAK-ın qeydiyyatının ləğvi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə kölgə salacaq
13.05.2017 [11:00]
Ölkəmizdəki rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini bu məsələdə düşünülməmiş addımlar atmamağa çağırır
Məlumdur ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq münasibətləri mövcuddur. Müxtəlif sahələri əhatə edən çoxşaxəli münasibətlərin inkişafı hər iki tərəfin maraqlarına tam cavab verir. Yanacaq-enerji resurslarına, nəqliyyat-kommunikasiya sistemlərinə və geoiqtisadi mövqeyinə görə regionda əsas aparıcı dövlət olan Azərbaycanla əlaqələrin inkişafı Rusiyanın xarici siyasətində başlıca prioritetlərdəndir. Bununla yanaşı, Azərbaycan hər zaman Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək ruhu hökm sürüb. Ölkəmizdə rus dilinin və mədəniyyətinin qorunub saxlanması, rusdilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atılır.
Təəssüfləndirici haldır ki, iki ölkə arasındakı işgüzar, sağlam münasibətlərə kölgə salmağa cəhdlər göstərilir. Rusiyanın dövlət strukturlarında olan bəzi anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirir. Son zamanlar Rusiyanın ədliyyə sistemindəki bu qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Belə ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qəbul ediləcək qərar da məhz bu fəaliyyətin nəticəsidir.
Vurğulanmalıdır ki, bu gün Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır və həmin insanlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Həmçinin Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi isə çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə də ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri yenidən sınaq qarşısında qoymaq istəyindədir.
Yeri gəlmişkən, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilməsi də sual doğurur. Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Eləcə də bu addımın Ermənistana hərbi yardımın artırılması fonunda baş verməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə salır.
Qeyd edək ki, Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır. Milli QHT Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirib ki, Ümumrusiya Azərbaycan Konqresi diaspor təşkilatı olaraq hər zaman Rusiya dövlətçiliyinin inkişafına öz töhfəsini verib. R.Zeyni hələ 2000-ci ildə bu təşkilatın Rusiya prezidentliyinə namizəd Vladimir Putinin namizədliyini müdafiə etdiyini xatırladaraq bildirib ki, bu gün iki dövlət arasında mühüm mədəni, ictimai, siyasi, iqtisadi əlaqələr mövcuddur. Bu münasibətlər hazırda yüksələn xətlə inkişaf etməkdədir: “Bu baxımdan, Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi heç bir ehtiyac, əsas olmadan meydana çıxıb. Düşünürəm ki, bu addım Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq, bu münasibətlərə zərbə vurmaq istəyənlərin “xidmətidir”. Fikrimcə, Rusiyanın Ədliyyə Nazirliyi, o cümlədən digər əlaqədar təşkilatlar qərar verməmişdən öncə bir daha dəyərləndirmə aparmalı, bu addımı atmamalıdır. Çünki Rusiya-Azərbaycan münasibətləri yüz illər ərzində formalaşıb. Xüsusilə, müstəqillik dövründə iki dövlət arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etməsi üçün hər iki ölkənin dövlət başçılarının, müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının xidmətləri olub. Bu baxımdan veriləcək qərar böyük həssaslıq daşıyır. Fikrimcə, qərar verilən zaman mütləq şəkildə bu və ya digər məsələlər nəzərə alınmalıdır. Milli QHT Forumu olaraq biz də bu təşkilatın ləğv edilməməsini arzulayırq, əlaqədar qurumları diqqətli olmağa çağırırıq. İki dövlət arasındakı münasibətlərə kölgə salmaq olmaz. Bu qərar həm də Rusiyada yaşayan xalqlara qarşı hörmətsizlikdir, bu ölkənin siyasətinə ziddir. Belə bir qərar Rusiyadakı tolerantlıq mühiti üçün böyük təhdid sayıla bilər”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Azər Həsrət də belə yüksək səviyyəli münasibətlərə malik olan ölkələr arasında hansısa xoş olmayan prosesə rəvac verilməsinin arzuolunmaz olduğunu dilə gətirib. Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qaldırılan iddianın ölkələrimiz arasındakı münasibətləri pozmaq istəyən dairələrin təşəbbüsü olması ehtimalı da mövcuddur: “Hər bir halda ümid edirik və inanırıq ki, Rusiya dövləti və hökuməti bu məsələdə daha diqqətli davranacaq, Azərbaycan kimi hər zaman strateji əməkdaşlığa, tərəfdaşlığa malik bir dövlətin diaspor təşkilatına qarşı bu cür arzuolunmaz bir addımın atılmasının qarşısını alacaq. Biz heç zaman istər dövlət olaraq, istərsə də vətəndaş cəmiyyəti olaraq Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhd göstərənlərə fürsət verməmişik. Bu məsələ də mütləq şəkildə o kontekstdə dəyərləndirilməlidir. Bu gün Rusiyada çoxsaylı azərbaycanlılar yaşayır. Həmin insanlar Rusiyanın ictimai-siyasi, o cümlədən biznes həyatında fəal iştirak edirlər. Düşünürəm ki, Rusiya dövləti bu məqamları da nəzərə alaraq bu münasibətlərin korlanmaması üçün daha ölçülüb-biçilmiş addımlar atacaq. İstənilən halda biz təmkinimizi qorumalı, Rusiya ilə Azərbaycan əlaqələrinə xələl gətirmək istəyənlərə şans verməməliyik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

