/ / Robert Sekuta: ABŞ müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcək
Robert Sekuta: ABŞ müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcək
08.07.2017 [13:19]
Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü Bakıda qeyd edilib
İyulun 7-də ABŞ-ın Müstəqillik Gününün 241-ci illiyi münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki, müstəqilliyin 241-ci ildönümü ABŞ ilə Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir. Azərbaycan ilk dəfə müstəqilliyini 1918-ci ildə əldə edib. Xalq Cümhuriyyəti adlanan bu dövlət qadınlara səsvermə hüququ verən ilk respublika olub. Bu, ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bundan fəxarət duyur.
Səfir vurğulayıb ki, müstəqilliyinin ilk günlərindən ABŞ hər zaman Azərbaycanın yanında olub. “Biz müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik” - deyə o əlavə edib.
Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və bu il diplomatik münasibətlərimizin qurulmasının 25 illiyi tamam olur. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında kömək etməyə hazır olduğunu bəyan edən məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyinin göstəricisidir. Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davam etməsinə tərəfdardır. Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Hazırda ölkəmizdə 200 ABŞ şirkəti fəaliyyət göstərir. Birləşmiş Ştatlar Azərbaycanın həyata keçirdiyi transmilli layihələrə hər zaman güclü dəstəyini ifadə edib və bu mövqe heç zaman dəyişməyib.
S.Şərifov qeyd edib ki, beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ölkələrimiz arasında güclü ikitərəfli əlaqələr mövcuddur. Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak edib və terrora qarşı mübarizədə öz töhfəsini verməyə davam edəcək. Terrora qarşı mübarizə aparan Azərbaycan 25 ildir ki, erməni silahlı qüvvələrinin təcavüzü ilə qarşı-qarşıyadır. Bu, regionda təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, tarixi sərhədlərin bərpası, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması regionda təhlükəsizliyə və sosial rifaha imkan yaradardı. Ermənistanın təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpə Zəhra və nənəsi kimi günahsız insanların qətlə yetirilməsinə rəvac verir. Bütün dünya ictimaiyyəti bu qanlı cinayətə obyektiv münasibət bildirməlidir.
Azərbaycanın dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbir ziyafətlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

