Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan mətbuatı yüksək dövlət qayğısı ilə əhatə olunub

Azərbaycan mətbuatı yüksək dövlət qayğısı ilə əhatə olunub

27.07.2017 [09:33]

Azərbaycanda reallaşdırılan çoxistiqamətli islahatlar demokratik inkişafa mühüm töhfələr verir. O da qeyd edilməlidir ki, Azərbaycanda demokratik inkişafın struktur elementlərindən birini ictimai institutların təkmilləşdirilməsi təşkil edir. Bu kontekstdə ayrı-ayrı ictimai təsisatlarla yanaşı, mətbuatın da səmərəli fəaliyyətinə real əlverişli şərait yaradılıb. Ümumiyyətlə, Azərbaycan mətbuatının hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin mediaya yüksək səviyyəli diqqət və qayğısıdır. Belə ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mətbuata dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan dövləti demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının, azad və plüralist medianın daha da inkişafı, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Ölkəmizdə mətbuatın böyük dostu, hamisi və qayğıkeşi olan Prezident İlham Əliyev jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət problemlərinin həllinə hər zaman diqqət və qayğı ilə yanaşıb. Jurnalistlərin məişət şəraitinin mütəmadi olaraq yaxşılaşdırılması mütəmadi olaraq dövlətin diqqət mərkəzindədir. Bu məqamda qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın cari il iyulun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.
Hazırda hərtərəfli diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğu, sosial ədalət və şəffaflığın təmin edilməsi, siyasi mədəniyyətin inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərərək milli maraqların keşiyində dayanıb.
Bunlarla yanaşı, mətbuat işçilərinə göstərilən diqqət həm də jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Xüsusilə də, Azərbaycanın milli maraqlarının qorunmasında ölkə mediasının rolu və fəaliyyətinin əhəmiyyətinə xüsusi toxunmaq lazımdır. İctimai institut kimi milli maraqların qorunmasının keşiyində duran milli medianın fəaliyyətində vətənpərvərlik hissi, yaxud amili xüsusi yer tutmalıdır. Xarici təsirlərin altına düşməmək, qeyri-obyektiv və qərəzli məlumatların yayılmasına imkan verməmək kimi hallar bu kontekstdə xüsusi önəm kəsb edir. Bütövlükdə, milli informasiya məkanının qorunmasında, xarici təsirlərin qarşısının alınmasında, eləcə də informasiya təhlükəsizliyinin təmin olunmasında hər bir jurnalist və media qurumu xüsusi məsuliyyət daşıyır və öz imkanlarını milli maraqların qorunması naminə səfərbər etməlidir.
Bütövlükdə, Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayır. Yeri gəlmişkən, iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məqamlara toxunaraq deyib ki, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır: “Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır.
Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik”.
Beləliklə, Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunması sistemli fəaliyyətin uğurlu göstəricisidir. Ölkə mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm faktor, qeyd etdiyimiz kimi, dövlətin bu sahəyə yüksək diqqət və qayğısıdır. Bu diqqət və qayğının davamlı olması isə milli mətbuatın inkişafı üçün yaxşı perspektivlərin olmasını deməyə əsas verir. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Bütövlükdə isə, Azərbaycan mediası müasir çağırışlara adekvat cavab verməklə səmərəli fəaliyyət mexanizmi formalaşdırıb və öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30