Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət kimi tanınır
23.08.2017 [10:04]
Bu fakt ölkəmizə səfər edən nüfuzlu xarici qonaqlar, ayrı-ayrı dövlətlərin nümayəndələri tərəfindən də xüsusi olaraq vurğulanır
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib.
Beləliklə, Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir, həmçinin regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir.
Daha dəqiq desək regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.
Yeri gəlmişkən ölkəmizin bu istiqamətdə əldə etdiyi uğurları beynəlxalq səviyyəli nüfuzlu şəxslər, ayrı-ayrı dövlətlərin nümayəndələri də vurğulayırlar. Məsələn, 41-ci Dünya Skaut Konfransında iştirak edən BMT-nin sabiq baş katibi, Koreyanın keçmiş xarici işlər naziri Pan Gi Mun bildirib ki, Azərbaycan dünyada sülhün bərqərar olmasına xüsusi töhfələr verir: “Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bakıya ilk dəfə Koreya Respublikasının xarici işlər naziri olarkən rəsmi səfər etmişdim. Yaxşı yadımdadır, mən BMT-nin baş katibi vəzifəsində çalışarkən Azərbaycan missiyası ilə sıx əlaqə saxlayırdım. Azərbaycan Prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir”.
BMT-nin sabiq baş katibi deyib ki, Azərbaycan ən genişmiqyaslı Dünya Skaut Konfransına ev sahibliyi edib: “Ümidvaram ki, dünyanın hər yerindən bu mühüm tədbirə gəlmiş skautlar Azərbaycanın bəşəriyyət naminə, ümumi sülhün bərqərar olması naminə səyləri barədə daha çox məlumat əldə edəcəklər. Bu prinsiplər dünya vətəndaşları olmağı arzu edən gənc skautları ruhlandırmalı və onların bu istəyini gücləndirməlidir”.
Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells isə bildirib ki, Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir. Onun sözlərinə görə, Avstraliya ilə Azərbaycan mədən sənayesi, xidmət sektoru, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər: “Mən inanıram ki, Avstraliya ilə Azərbaycan mədən sənayesi, xidmət sektoru, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirə bilər. Biz Azərbaycanla əməkdaşlığı davam və inkişaf etdirməyə hazırıq”.
Avstraliyalı nazir bundan sonra iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Göründüyü kimi, dünya ölkələri Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir. Bu fakt isə bir daha ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş və dövlət olduğunu təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

