Qlobal Gənc Liderlər Forumu işini panel iclaslarla davam etdirib
23.08.2017 [10:08]
Avqustun 22-də Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun növbəti panel iclası “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, iclasda Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya çıxış ediblər.
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç son dövrlər dünyada baş verən siyasi dəyişikliklərin nəticələrindən danışıb. Suriya məsələsinin narahatlıq doğurduğunu bildirən sabiq Prezident vurğulayıb ki, artıq bəzi dövlətlər tərəfindən terrorçuluğa qarşı mübarizədə müvafiq tədbirlər görülür. “Mövcud təhlükələrin qarşısının zamanında alınmaması gələcəkdə hər bir ölkədə, hər bir regionda özünü göstərəcək”, - deyə İvo Yosipoviç bildirib.
Latviyanın sabiq Prezidenti Valdis Zatlers beynəlxalq münasibətlərin gələcəyindən danışaraq qeyd edib ki, bu sahədə əsas problemlərdən biri özünü təcridetmə siyasətidir. Özünü təcrid etmək yaxşı nəticələrlə yekunlaşmır. Hüquqi çərçivə cızmalıyıq. Müəyyən hüquqi qaydalar formalaşdırmalıyıq. O əlavə edib ki, bu qaydaların müəyyən olunmasında bütün ölkələr bərabər iştirak etməlidir. “Yeni hüquqi çərçivələr müəyyən edilərkən bunlar tək hüquqa yox, həm də dəyərlərə əsaslanmalıdır”, - deyə sabiq Prezident bildirib.
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya gələcəkdəki beynəlxalq münasibətlərin yeni modelinin qurulmalı olduğunu bildirib. “Dünyəvi təsisatlar, fərdlər də buna qoşulmalıdır. Yeni idarəetmə üsulları hazırlanmalıdır. İkinci Dünya müharibəsindən sonra çox şey dəyişib. Berlin divarının sökülməsindən sonra anladıq ki, yeni çoxqütblü dünya yaranır. Beynəlxalq münasibətlərin sabit gələcəyi üçün zəmin yaradılmalıdır. Hədəflərimiz, məqsədlərimiz olmalıdır. Necə edək ki, 15 ildən sonra planetimiz daha yaxşı dünyaya çevrilsin? Yeni dünya quruluşunun formalaşması üçün ətraf mühiti dəyişdirib sabitləşdirmək lazımdır. Yeni oyunçular peyda olur, münaqişə ocaqları meydana çıxır. Bu çətinlikləri görüb sabit vəziyyət yaratmalı, ədalətsizliyi aradan qaldırmalıyıq. Ədalətsizlik müxtəlif sahələrə aid münasibətlərdə təzahür edə bilər. Texnologiyanın insanlara təsirini, təhsil səviyyəsini nəzərə almaq vacibdir. Bu günün beynəlxalq münasibətlərində təhsilin təsiri çox böyükdür. Ümid edirəm ki, bütün bu problemləri həll edərək dünyanın daha yaxşı gələcəyini təmin edəcəyik”.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətinin moderatorluğu ilə keçirilən növbəti panel iclası “Gələcəyə baxış: qloballaşma və iqtisadiyyat” mövzusuna həsr edilib. Panel iclasda çıxış edən Misirin İsgəndəriyyə Kitabxanasının sabiq direktoru, NGBM həmsədri İsmayıl Serageldin Şərqi Asiya regionunun dünyada əsas siyasi oyunçuya çevrildiyini diqqətə çatdırıb. Ticari sazişlər, investisiya axınında baş vermiş dəyişikliklər, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasının iqtisadiyyata mənfi təsirlərindən söhbət açıb. Çin, Sinqapur, Honkonq, Tayvan kimi dövlətlərin iqtisadi qüdrətindən danışan həmsədr son zamanlar Çinin iqtisadi cəhətdən qüdrətlənməsini qeyd edib. Süni intellektin inkişafına toxunaraq, əldə edilmiş elmi nailiyyətlər, istehsalat modellərinin dəyişməsi, robotların tətbiqi, sənaye inqilabları barədə fikirlərini bildirib, iqtisadi böhrandan çıxmaq üçün hökumət tərəfindən hansı addımların atılmalı olduğunu qeyd edib. “Bu problem beynəlxalq münasibətlərin başlıca prinsiplərinə əsaslanaraq həll edilməlidir. Etibarlı kredit sistemi yaradılmalıdır. Mikrokreditləşmə sistemi səmərəli şəkildə tətbiq edilməlidir”, - deyə o bildirib.
Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışında qloballaşmanın fəsadlarına toxunub. Bildirib ki, bu fəsadlar müxtəlif sahələrə öz təsirini göstərir. Qloballaşmanın qaçılmaz və real bir proses olduğunu diqqətə çatdıraraq qeyd edib ki, qloballaşma fiziki sərhədləri aradan qaldırmaqla, ölkələr arasında kapital dövriyyəsini təmin edir. Qloballaşma transmilli şirkətlərin gücünü artırır, biznes üzərində nəzarəti gücləndirir.
Sonra Üçtərəfli Komissiyanın avropalı direktoru Paul Revay qloballaşmanın siyasi modullarından, qlobal təsisatların rolundan, qloballaşma amilinin Qərbi Avropa ölkələrində proteksionizm siyasətinə, habelə qeyri-bərabərliyə təsirlərindən bəhs edib. İkinci Dünya müharibəsindən sonra Bretton Vuds sistemi, Ümumdünya Ticarət Təşkilatının fəaliyyəti, çoxtərəfli institutlar, kapital axını, Rusiya və Çinin iqtisadi potensialı barədə danışan P.Revay siyasi yeniliklər, texnoloji dəyişikliklərin qloballaşmaya təsirinə toxunub, mənfəət verə bilən, biznesin müxtəlif seqmentlərinə əsaslanan güclü beynəlxalq təsisatların yaradılmasının zəruriliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, hökumət səviyyəsində çoxtərəfli institutların fəaliyyəti ilə bağlı təkliflər verilməli və bunun üçün xüsusi proqramlar işlənib hazırlanmalıdır.
Sonda gənc liderlərin sualları cavablandırılıb və panel iclası müzakirələrlə işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

