Samuxda İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib
30.08.2017 [10:18]
Avqustun 29-da Samuxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Samux rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda DQİDK-nın və rayon icra hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, eləcə də qərb bölgəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, dini işlər üzrə komissiyanın, YAP Samux rayon təşkilatının üzvləri, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Regional konfransın birinci panelində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını bildirib.
Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Din pərdəsi altında insanlar arasında təfriqə salmaqla xaos yaratmaq xoşagəlməz reallığa çevrilib. Radikal dini təşkilat yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, geridə saxlamağa, texnoloji cəhətdən inkişafını əngəlləməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan ərazilərdə hegemonluğa sahib olmağa cəhd göstərirlər.
Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir. Məhz bu səbəbdən 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi sayıla bilməz.
Samux rayonunun axundu İlham Məmmədov regionlarda keçirilən bu konfransların məqsədinin Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması olduğunu diqqətə çatdırıb.
Konfransın ikinci panelində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
Rayonun məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinlərinin, məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, gənclərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev bu cür dini maarifləndirmə tədbirlərinin gənclər arasında milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində əhəmiyyətli rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasının zərərli dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınmasındakı əhəmiyyətli rolundan danışıb. O, ənənəvi dini dəyərlərimizin mahiyyətindən bəhs edərək bu dəyərlərin qorunmasında, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçilik işinin aparılmasının vacibliyinə toxunub. Sədr müavini bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini bildirərək milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruri olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Dövlət Komitəsi ilə təmsil etdiyi qurumun gənclərin dini radikalizmlə mübarizə sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq birgə tədbirlər keçirdiklərini deyib və bu tədbirlərin əhəmiyyətindən bəhs edib. O bildirib ki, xüsusilə Azərbaycanda gənclər arasında mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, eləcə də milli-mənəvi və islami dəyərlərin qorunub saxlanılması və təşviqi çox vacibdir.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov İslamın yad təsirlərdən qorunmasının, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıb. O, məruzəsində müsəlman aləminin inkişafına mane olan amillərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən bəhs edib.
Panel işini müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

