Azərbaycanın və Latviyanın Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair memorandum imzalanıb
19.09.2017 [10:13]
Beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan tərəfindən xarici, xüsusilə Avropa İttifaqı dövlətləri ilə ikitərəfli münasibətlər inkişaf etməkdədir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Latviya Ədliyyə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti bu il ölkəmizə səfərə gəlib, məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olub. Hüquqi əlaqələrin möhkəmləndirilməsi məqsədilə Azərbaycanın və Latviyanın Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması qərara alınıb. Həmin sənəd qısa müddətdə razılaşdırılıb. Sənədin imzalanması məqsədilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 13-15-də nümayəndə heyəti ilə Latviyada səfərdə olub.
Səfər çərçivəsində Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu qeyd olunub. Cari ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri zamanı iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və digər mühüm sənədlərin münasibətlərimizin genişləndirilməsinə böyük təkan verdiyi vurğulanıb.
Həmçinin hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə fikir və təcrübə mübadiləsi aparılıb. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə maraq göstərilərək, latviyalı nazir yaxın zamanda Azərbaycana səfər etmək niyyətini bildirib.
Sonra nazirliklər arasında məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, probasiya, ədliyyə işçilərinin və hakimlərin tədrisi, məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Nazirlər mərasimdə çıxış edərək bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edərək, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əminliklərini bildiriblər.
Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Latviya Seyminin sədri xanım İnara Murnietse arasında işçi görüş olub. Xanım İ.Murnietse ölkəmizə səfərini məmnunluqla xatırladıb, iki ölkə arasında əlaqələrin dinamik inkişafını vurğulayıb, parlamentlərarası əlaqələri təqdir edib. Həmçinin hazırkı səfərin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Tədbirdə Latviya Seyminin Komitə sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədr müavini Roman Naudinş iştirak edib.
Səfər zamanı Latviyanın Ali Məhkəməsinin sədri İvars Biçkoviçs ilə görüş keçirilərək ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ölkəmizdə müstəqil məhkəmə özünüidarə orqanı və bu sahədə geniş səlahiyyətlərə malik olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə maraq göstərilib.
Eyni zamanda, Latviyanın ən böyük məhkəməsi olan və apellyasiya instansiyası kimi fəaliyyət göstərən Riqa Regional Məhkəməsində olan Azərbaycan nümayəndə heyəti onun işi və müasir texnologiyaların tətbiqi ilə tanış olub. Qurumun rəhbərliyi və hakimlər ilə görüşdə məhkəmə islahatlarına dair faydalı danışıqlar aparılıb.
Azərbaycan Prezidentinin tapşırığına əsasən penitensiar sistemin təkmilləşdirilməsi, Probasiya Xidmətinin yaradılması üzrə tədbirlərin həyata keçirildiyi nəzərə alınaraq, Latviyanın Dövlət Probasiya Xidmətinin rəhbəri Mixail Papsueviç ilə ayrıca görüş keçirilib. Görüşdə probasiya institutunun tətbiqi və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb, elektron nəzarət sistemi, xüsusilə “elektron qolbaq”ın tətbiqi ilə əyani tanışlıq olub. Eyni zamanda, Elektron Monitorinq Mərkəzinə baş çəkilərək bu qurumun fəaliyyəti ilə maraqlanılıb.
Nümayəndə heyəti, həmçinin yeni inşa olunmuş Oleyne ixtisaslaşdırılmış penitensiar müəssisəsinə baş çəkərək qurumun fəaliyyəti, məhkumların saxlanma şəraiti, onlara tibbi, psixoloji yardımın göstərilməsi və bu sahədə tətbiq edilən yeni üsullarla tanış olub, faydalı təcrübə mübadiləsi aparılıb.
Bütün görüşlərdə həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub, münaqişəyə və Xocalı soyqırımına dair əyani vəsaitlər və broşürlər təqdim edilib.
Latviya tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdar olduğunu, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini bildirib.
Tədbirlərdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

