Kristofer Smit anti-Azərbaycan kampaniyasının erməni halqası rolunda
30.09.2017 [11:51]
Yaxud ABŞ konqresmenin Azərbaycana qarşı qərəzli layihəsinin arxasında erməni lobbisinin sifarişi dayanır
Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, eləcə də insan hüquq və azadlıqlarının qorunması və daha da inkişaf etdirilməsi yönündə aparılan siyasət dostlarımızı sevindirsə də, hər zaman ölkəmizə qarşı qərəzli yanaşma sərgiləyən xarici anti-azərbaycançı mərkəzlərin, erməni lobbisinin və onların havadarlarının narahatlığına səbəb olur. Erməni lobbisinin maliyyəsi ilə ölkəmizə qarşı şər-böhtan kampaniyası aparan belə mərkəzlər Azərbaycan dövlətinin müstəqil xarici və daxili siyasi kurs yürütməsi ilə barışa bilmirlər. Bu səbəbdəndir ki, Qərbdəki sözügedən mərkəzlər ara-sıra ölkəmizə qarşı yönəlmiş fərqli “layihələr”lə gündəmə gəlməyə çalışırlar. Elə hər zaman ermənipərəstliyi ilə seçilən ABŞ konqresmeni Kristofer Smitin yenidən “aktivləşmə fazası”na qədəm qoyması da bu qəbildəndir. Belə ki, ABŞ konqresmeni, respublikaçı Kristofer Smit sentyabrın 26-da Azərbaycanda qanunun aliliyi və insan haqlarına riayət edilməsinə dair qərəzli “qətnamə layihəsi” təqdim edib. Adıçəkilən qətnamə layihəsi isə hər zaman olduğu kimi, yalan, şər və qərəzdən ibarətdir.
Qeyd edildiyi kimi, uzun illər Azərbaycana qarşı mövqe tutan Kristofer Smitin ötən dövrdə “fəaliyyəti” onun siyasi kimliyinin üzərinə işıq salır. Belə ki, məşhur “907-ci düzəliş”in həmmüəllifi, qondarma “erməni soyqırımı” məsələsinin əsas təbliğatçılarından sayılan K.Smit ABŞ-ın Nyu-Cersi ştatının konqresmenidir. Nyu-Cersi ştatının etnik ermənilərin sayca çox olduğu ABŞ ştatlarından olduğunu nəzərə alsaq, həmin konqresmenin öz ölkəsinin dövlət maraqlarını deyil, erməni lobbisinin sifarişlərini yerinə yetirməsi faktı bir daha sübut olunur. Həmçinin Kristofer Smit son 12 ildə qondarma “soyqırımı”nın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib. O, hətta bu məqsədlə ABŞ-ın keçmiş prezidenti Barak Obamaya “bəlağətli müraciət” belə ünvanlamışdı. Elə bu faktın özü də K.Smitin erməni lobbisinin təsiri altında olduğunun, onların sifarişi ilə Azərbaycana qarşı qərəzli yanaşma sərgilədiyinin sübutudur.
Bütün bunlarla yanaşı heç şübhəsiz, Azərbaycan Prezidentinin BMT tribunasından son çıxışı, eləcə də dünya ölkələrinin, bir sıra təşkilatların Ermənistanın işğalçı siyasətini açıq şəkildə pisləməsi, o cümlədən ölkəmizdəki demokratik inkişaf və dünyanın tolerantlıq nümunəsi sayılmamız Azərbaycana qarşı düşmən mövqe tutan və islamofobiya mərəzinə tutulmuş, ən əsası isə, “ermənilərdən daha çox ermənilik etməyə çalışan” K.Smiti də narahat edir. Ölkəmizin ard-arda dünyanın ən mühüm tədbirlərinə ev sahibliyi etməsi, sivilizasiyalararası dialoqun inkişafına verdiyi töhfə, bunun fonunda isə Ermənistanın geosiyasi aspektdə düşdüyü miskin vəziyyətdən çıxa bilməməsi Smit kimilərinin narahatlıqlarını daha da artırır. Görünən budur ki, belə gedişat erməni diasporunu və onun əlində oyuncaq olan bir sıra üzdəniraq konqresmenləri yenidən “aktivləşməyə” məcbur qoyur.
Daha dəqiq desək, Azərbaycanın apardığı uğurlu xarici siyasət sayəsində dünyada işğalçı, eləcə də terroru dövlət səviyyəsində dəstəkləyən ölkə imici qazanan Ermənistan çıxılmaz duruma düşüb. Və işğalçı ölkəni növbəti dəfə düşdüyü vəziyyətdən “çıxarmaq” üçün məhz Smit kimiləri canfəşanlıq göstərirlər.
Yeri gəlmişkən, ermənipərəst K.Smit illərdən bəri ölkəmizdəki dağıdıcı müxalifətin ən sadiq dostu kimi də şöhrət tapıb. Onun dağıdıcı ünsürlərin toplandığı qrupların başçıları, “beşinci kolon” təmsilçiləri ilə çoxsaylı görüşləri olub. Təbii ki, Azərbaycana qarşı hazırlanan mənfur layihələrin iştirakçısı qismində çıxış edən radikal dağıdıcı ünsürlərin məhz K.Smit kimiləri ilə “dostluq” əlaqələrində olması bir daha onların da mahiyyətinin üzərinə işıq salmış olur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59

