Dinləmələr işğalçı Ermənistanın maraqlarına xidmət edir
18.10.2017 [10:13]
ABŞ Helsinki Komissiyasının rəhbəri Kristofer Smit hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib
Məlum olduğu kimi, ABŞ konqresmeni Kristofer Smitin rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Dinləmələrdə Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano, Ceyms Uorlik və Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrononun çıxışları nəzərdə tutulur.
Nəzərə alsaq ki, K.Smit hər zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib, onda bu dinləmələrin də Ermənistanın maraqlarına xidmət etdiyini təxmin etmək tamamilə məntiqlidir. Məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bildirib ki, Azərbaycanın xarici siyasəti digər ölkələrlə normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, erməni diasporunun təsiri altında fəaliyyət göstərən, həmçinin Azərbaycanın sürətli inkişafından narahat olan bəzi qüvvələr ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək üçün “qara piar” kampaniyası həyata keçirməkdədir. Onun sözlərinə görə, bu işdə hər zaman Azərbaycana qarşı mövqeyi və fəaliyyəti ilə tanınan siyasətçilər canfəşanlıq göstərirlər: “ABŞ konqresmeni Kristofer Smit də bu sırada xüsusilə fərqlənir. Bu şəxs vaxtaşırı olaraq ölkəmizə qarşı qərəzli bəyanatlar səsləndirir və Dağlıq Qarabağ münaqişəsinə yanaşmada işğalçı Ermənistanı dəstəkləyir. Smit vaxtaşırı ölkəmizdə insan hüquqlarının vəziyyətini əsassız olaraq tənqid edir. Amma o bilməlidir ki, Azərbaycanda insan hüquqlarının təmin olunması dövlətimizin ali prinsiplərindən biridir. Ölkə Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan haqları amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Eyni zamanda, insan hüquqlarının təminatı ilə bağlı Azərbaycanda güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib. Azərbaycan hüquqi-demokratik dövlət olaraq hər zaman insan hüquqlarının təminatına böyük önəm verir. Sözügedən dinləmələr isə, yəqin ki, ermənilərin maraqlarına xidmət edir. Çünki Smit erməni lobbisinin ən fəal təmsilçilərindən biridir”.
Millət vəkilinin sözlərinə görə, K.Smit heç vaxt Ermənistanın işğalçılıq siyasətinə obyektiv münasibət bildirməyib. Bu səbəbdən də onun rəhbərliyi ilə keçiriləcək tədbir ermənilərə dəstək xarakteri daşıyacaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva da bildirib ki, konqresmen Smit Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinə K.Smitin fəaliyyəti yaxşı tanışdır: “1990-cı illərin əvvəlində Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən olan K.Smit tutduğu vəzifə və imtiyazlarından istifadə edərək Dağlıq Qarabağın müstəqilləşməsi və ona birbaşa yardım göstərilməsi kimi məsələlərdə daim ermənilərin ən böyük dəstəkçilərindən biri olub. Həmçinin K.Smit uydurma “erməni soyqırımı” kampaniyasının fəal təşkilatçılarından biri kimi, ardıcıl olaraq Türkiyəyə, Türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə seçilir. O, ABŞ-ın uydurma “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındandır. Bu şəxs həmişə özünə “demokratiya” libası geyindirməyə çalışıb. Amma əməlləri isə demokratiya ilə daban-dabana ziddir. Smit, həqiqətən, demokratiya, insan haqlarının müdafiəçisidirsə, onda dünyada insan haqlarının pozulmasını, o cümlədən Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək bir milyondan çox insanı öz doğma yurdlarında yaşamaq hüququndan məhrum etməsini pisləyərdi. Lakin biz bunun əksini görürük və Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ABŞ Helsinki Komissiyası bu dinləmələri keçirməklə Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq məqsədi güdür”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19

