Rusiya Ermənistanı işğalçı siyasəti davam etdirməyə həvəsləndirən addımlardan çəkinməlidir
20.10.2017 [10:18]
Millət vəkillərinin qənaətincə, təcavüzkar Ermənistanın Rusiya tərəfindən silahlandırılması regional sabitlik və təhlükəsizliyə ciddi təhdidlər yaradır
Xəbər verildiyi kimi, işğalçı Ermənistan oktyabrın 12-də Rusiyadan alacağı 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Belə ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistan “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq.
Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Ekspertlərin qənaətincə, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın təcavüzkar ölkəni ruhlandıran bu addımı onun bitərəflik tələbinə əməl etmədiyini və beynəlxalq hüquq normalarını pozduğunu göstərir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Flora Qasımova deyib ki, bu fakt göstərir ki, Rusiya öz öhdəliklərini pozur: “Çünki ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etməməsi qəbuledilməzdir. Bu, eyni zamanda, işğalçı Ermənistanı təcavüzkar iddiaları davam etdirməyə həvəsləndirməkdir. Bu hal həm beynəlxalq hüquq normalarına, həm də Rusiya-Azərbaycan münasibətlərinin ruhuna ziddir”.
Millət vəkili əlavə edib ki, Ermənistanın Rusiya tərəfindən silahlandırılması həm də regional sabitlik və təhlükəsizliyə ciddi təhdidlər yaradır: “Hər kəsə bəllidir ki, Ermənistan işğalçı ölkədir, onun təcavüzkar siyasəti bütövlükdə region üçün təhdid mənbəyidir. Belə olan halda, təcavüzkar iddialara sahib olan işğalçı ölkənin silahlandırılması yolverilməzdir. Rusiya bunu mütləq mənada nəzərə almalıdır”.
“Azərbaycan ictimaiyyətinin gözləntisi budur ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi öz üzərinə düşən konkret vəzifələri yerinə yetirsin. Bu həm bu ölkənin öz mənafeyinə uyğundur, həm də regional sabitliyə xidmət edir”, - deyə F.Qasımova vurğulayıb.
Millət vəkili Rasim Musabəyov qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində Rusiya öncə imzalanmış razılaşma çərçivəsində Ermənistana silah alması üçün 100 milyon dollar ayırdığını açıqlayıb: “Bunu İrəvanı danışıqlarda münaqişənin həlli üçün uzlaşmadan daha uzaq mövqe tutmağa təşviq etmək niyyəti kimi qəbul etməmək çox çətindir. Ermənistana müasir silahların verilməsi kredit kimi sənədləşdirilsə də, hər kəsə aydındır ki, Ermənistan pul ödəməyəcək. Moskva 25 ildir ki, Ermənistanı pulsuz silahlandırır. Hələ 1990-cı illərdə və 2000-ci illərin əvvəlində Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah və texnika verib”.
Millət vəkili onu da bildirib ki, Moskvanın Cənubi Qafqazda siyasətini dəyişdirəcəyi illüziyadır: “Ancaq bu barədə danışmaq lazımdır ki, Azərbaycan hər şeyi yaxşı görür və adekvat qiymətləndirir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

