Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunub
11.11.2017 [02:03]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il yanvarın 14-də “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planını təsdiq edib. Yubiley ərəfəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün yeni bina inşa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 10-da Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tədris korpusunda yaradılan şəraitlə tanış olub.
Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək deyib: “Bu gün Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyini qeyd edirik. Naxçıvan Dövlət Universiteti ötən 50 ildə böyük inkişaf yolu keçib. Ali təhsil ocağının milli təhsil müəssisəsinə çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1972-ci ildə Ulu öndərimizin himayəsi ilə Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının bazasında müstəqil institut yaradılmış, sonradan isə həmin institut universitetə çevrilmişdir. “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam... Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir” - deyən Ümummilli liderimizin tövsiyələri əsas götürülərək burada quruculuq tədbirləri görülmüş, müasir təhsil infrastrukturu yaradılmışdır. Həyata keçirilən tədbirlərin bariz nümunəsidir ki, bu gün - universitetin yubiley günündə də Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verildi”.
Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi və yeni tədris korpusunun istifadəyə verilməsi münasibəti ilə universitetin bütün professor-müəllim heyətini və tələbələri, tədbir iştirakçılarını təbrik edərək deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və insan kapitalının formalaşdırılması sahəsində müəyyənləşdirdiyi tədbirlərə uyğun olaraq bu gün Naxçıvan Dövlət Universiteti də yeni inkişaf mərhələsinə qədəm qoyub. Muxtar respublikada aparılan quruculuq işləri bu universiteti də əhatə etmiş, son illər tədris korpusları, kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti və Tələbə evi istifadəyə verilmiş, böyük bir ərazidə müasir “Universitet şəhərciyi” salınmışdır. Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunmuş, elektron idarəetmə və tədris sistemi istifadəyə verilmiş, kadr hazırlığına diqqət artırılmış, yeni fakültələr və ixtisaslar açılmışdır. 1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. 58 ixtisas üzrə bakalavr, 68 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı aparılır. Universitetdə dissertasiya şurasının fəaliyyət göstərməsi muxtar respublikada ali təhsillə yanaşı, elmi potensialın da inkişafına əhəmiyyətli təsir göstərmişdir”.
Ali Məclisin Sədri Azərbaycanda ali təhsilli ixtisaslı kadrların hazırlanması sahəsindəki səmərəli fəaliyyətinə, eləcə də elmin və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin kollektivinə təşəkkür edib.
“Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”, - deyən Ali Məclisin Sədri bu sərvətdən səmərəli istifadə edilərək ölkəmizin və xalqımızın bu günü və sabahı üçün layiqli vətəndaşlar hazırlanacağına əminliyini bildirib, universitetin kollektivini bir daha yubiley münasibəti ilə təbrik edib.
Sonra tədbirdə Azərbaycan Respublikasının medal və fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülənlərə müvafiq təltif və mükafatların təqdimatı olub.
Ali Məclisin Sədri təltif olunanlara medal və fəxri adların döş nişanını və vəsiqələrini, eləcə də Naxçıvan Dövlət Universitetində fərqlənən 10 müəllim və 8 tələbəyə noutbuk, 24 tələbəyə isə planşet təqdim edib.
Təltif olunan müəllimlərdən İsmayıl Zeynalov, Allahverdi Hüseynov, Əbülfəz Məmmədov, Akif Əliyev və Məmməd Əliyev əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.
Universitetin Müalicə işi ixtisası üzrə üçüncü kurs tələbəsi, Türkiyə vətəndaşı Şehriban Sarıhan minnətdarlıq edib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq deyib: “Zəngin və şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarına köklənmiş dövlətçilik universitetidir. 5 min illik tarixi olan Naxçıvanda elmin və təhsilin inkişafı sahəsində görülən işlər Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın görünür. Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində universitetdə böyük quruculuq işləri aparılıb, tədris müasir tələblərə uyğun qurulub, yeni fakültələr və ixtisaslar açılıb. Artıq Naxçıvan Dövlət Universiteti elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali təhsil ocağıdır. Universitet ölkəmizdə ixtisaslı kadrlara olan tələbatın ödənilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Bu gün Naxçıvan Dövlət Universitetinin məzunları dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsi ilə zənginləşmiş yeni nəsildir”.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş sənədli televiziya filminə baxış olub.
Sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert proqramı olub.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40

