/ / Astanada Qazaxıstanın Birinci Prezident Günü münasibətilə beynəlxalq parlament konfransı keçirilib
Astanada Qazaxıstanın Birinci Prezident Günü münasibətilə beynəlxalq parlament konfransı keçirilib
28.11.2017 [10:23]
Astana şəhərində Qazaxıstanın Birinci Prezident Günü münasibətilə beynəlxalq parlament konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Yeni qlobal reallıqda modernləşdirmənin Qazaxıstan modeli” mövzusunda keçirilən tədbirdə Qazaxıstanın, Rusiyanın, Türkiyənin, Bolqarıstanın, Macarıstanın parlament rəhbərləri, İspaniya, İtaliya, Tacikistan, Hindistan və digər ölkələrin qanunverici orqanlarının təmsilçiləri, diplomatlar, tanınmış ekspertlər, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycanı Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov təmsil edib.
Valeh Ələsgərov tədbirdə çıxış edərək bildirib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dövlət başçısı və xalqın lideri kimi ölkəni siyasi, iqtisadi və sosial böhranlardan qoruyub. Məhz Nursultan Nazarbayevin müdrik siyasəti, strateji uzaqgörənliyi sayəsində ölkədə genişmiqyaslı iqtisadi, siyasi və sosial islahatlar həyata keçirilib, xalqın həyat səviyyəsi yüksəlib.
Valeh Ələsgərov müstəqilliyinin ilk illərində Azərbaycanın da eyni tale ilə üzləşdiyini, oxşar problemlər yaşadığını, məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyətin normallaşdığını, ölkənin dərin siyasi, iqtisadi, sosial böhrandan xilas edildiyini və dövlətçiliyimizin qorunub saxlanıldığını, möhkəmləndirildiyini diqqətə çatdırıb.
Milli Məclis sədrinin müavini qeyd edib ki, bir çox uğurlu layihələrə imza atan Nursultan Nazarbayevin təşəbbüsləri sayəsində Qazaxıstanda qlobal maliyyə böhranının mənfi nəticələrini aradan qaldırmaq mümkün oldu.
Qazaxıstan Prezidentinin rəhbərliyi ilə ölkənin bölgələrinin də sürətlə inkişaf etdiyini söyləyən Valeh Ələsgərov Astananın Avropa ilə Asiya arasında tranzit körpünün bir növ əlverişli iqtisadi, nəqliyyat, kommunikasiya və logistika mərkəzinə çevrildiyini bildirib. Milli Məclis sədrinin müavini Qazaxıstanın Prezident Nursultan Nazarbayevin rəhbərliyi ilə dünyada böyük nüfuza malik ölkəyə çevrildiyini vurğulayıb.
Valeh Ələsgərov Azərbaycanın və Qazaxıstanın iqtisadiyyatdan tutmuş mədəniyyətə, ekologiyaya, terrorizmlə mübarizəyədək demək olar ki, bütün sahələrdə əməkdaşlıq etdiyini, iki dost ölkənin nəqliyyat, energetika, informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib.
Azərbaycanın və Qazaxıstanın beynəlxalq və regional təşkilatlarda mövqelərinin üst-üstə düşdüyünü qeyd edən Milli Məclis sədrinin müavini ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini söyləyib. O, dövlət başçılarının şəxsi münasibətlərinin, zəngin təcrübələrinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Konfrans çərçivəsində Valeh Ələsgərov Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.
Görüşdə Qazaxıstan-Azərbaycan münasibətlərinin, xüsusilə parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25

