/ / Sahibə Qafarova: Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir
Sahibə Qafarova: Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir
30.11.2017 [10:19]
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Avropa İttifaqı ilə əlaqələrimiz çoxşaxəlidir, müxtəlif istiqamətləri əhatə edir. Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekunlarına münasibət bildirən Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin Sammitin plenar sessiyasında çıxışı zamanı da qeyd etdiyi kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini Aİ-yə üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik illərində Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, həm Avropa İttifaqının Azərbaycanla münasibətlərin inkişafına verdiyi əhəmiyyəti göstərir, eyni zamanda, ölkəmizlə bu illər ərzində həyata keçirilən islahatlar nəticəsində yaranmış əlverişli investisiya mühitinin cəlbediciliyini nümayiş etdirir. Bunun nəticəsidir ki, Avropa şirkətləri Azərbaycan iqtisadiyyatına böyük maraq göstərir və maliyyə vəsaiti yatırırlar.
Sahibə Qafarova deyib ki, Azərbaycan Avropa İttifaqı məkanında əsas enerji təchizatçılarından biridir və ölkəmizin bu istiqamətdə oynadığı rol yüksək qiymətləndirilir. Avropa İttifaqının üzvü olan bəzi ölkələrin enerji balansında Azərbaycan nefti 25-30 faiz təşkil edir. Azərbaycanın qaz yataqları Avropa üçün ən yeni və böyük potensiala malik qaz mənbəyi kimi dəyərləndirilir.
Siyasi, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişafını yüksək qiymətləndirən Milli Məclisin deputatı bildirib ki, ölkəmizdə demokratik islahatların həyata keçirilməsində, qanunvericilik bazasının təkmilləşdirilməsində Avropa İttifaqı ilə əməkdaşlığın mühüm rolu olub.
Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə münasibət bildirən Sahibə Qafarova deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifədir. Bu mənada istənilən beynəlxalq təşkilat tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı məsələnin dəstəklənməsi, bununla bağlı qəbul edilən beynəlxalq sənədlər Azərbaycan dövlətinin və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun parlaq uğuru kimi dəyərləndirilməlidir. İclasda çıxışı zamanı Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycanın işğal altındakı ərazilərinin azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Ona görə də Birgə Bəyannamədə belə bir bəndin xüsusi vurğulanması, Ermənistan rəsmilərinin təxribat cəhdlərinə baxmayaraq, bu məsələnin sənədə daxil edilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur.
“Həm bu, həm də sadaladığımız digər faktlar fonunda belə bir fikri ifadə edə bilərik ki, Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirakı və çıxışı, həmçinin Sammitin yekununda qəbul olunan Birgə Bəyannamə Azərbaycanın milli maraqlarının həyata keçirilməsi baxımından olduqca əlamətdardır və Azərbaycanın daha bir parlaq uğuru kimi xarakterizə edilir”, - deyə Sahibə Qafarova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

