/ / Siyavuş Novruzov: Azərbaycanın hər yerində olduğu kimi, Nardaranda da qanun hər bir kəsə şamil olunur
Siyavuş Novruzov: Azərbaycanın hər yerində olduğu kimi, Nardaranda da qanun hər bir kəsə şamil olunur
05.12.2017 [10:26]
“Nardaranda yaşayan insanlar inanclı insanlardır. Lakin Nardarana aidiyyəti olmayan bəzi qüvvələr bu insanların dini inanclarından öz məqsədləri naminə sui-istifadə etməyə cəhd göstərmişdilər”.
Bunu Nardaranda dini ekstremist qrupa qarşı keçirilən əməliyyatın 2-ci ildönümü ilə bağlı APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S.Novruzov deyib ki, zaman-zaman ayrı-ayrı radikal qrupların din pərdəsi altında öz şəxsi məqsədlərini həyata keçirmək cəhdləri olub: “Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsi, din pərdəsi altında etnik və dini mübarizənin qızışdırılması, insanların sosial məsələlərinin din pərdəsi altında tamam başqa istiqamətə yönəldilməsi hallarının da şahidiyik. Bunun da arxasında ayrı-ayrı qüvvələr, dövlətlər dayanır, onlar Azərbaycandakı ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, dövlət-din münasibətlərini pozmaq istəyir. Eyni zamanda, xalqın dəstəklədiyi Prezidentin müstəqil siyasət aparmasını gözləri götürmür. Konkret Nardarana gəldikdə, orada yaşamayan, dini icma kimi qeydiyyatdan keçməyən qruplar, dəstələr toplaşaraq, bu qəsəbədəki insanların etibarından sui-istifadə edərək qanuna zidd addımlar atmağa çalışırdılar. Azərbaycan hüquqi, demokratik bir dövlətdir və qanunun aliliyinin təmin edilməsi üçün həmin insanlar məsuliyyətə cəlb olunub. Ötən dövr ərzində Nardaran qəsəbəsində abadlıq işlərinin aparılması, yeni iş yerlərinin açılması, sosial problemlərin həll olunması, əhalinin məşğulluğunun təmin edilməsi, təhsil və səhiyyə sisteminin daha da yaxşılaşdırılması üçün vəsait ayrılıb. Qəsəbədə yeni yollar çəkilib, abadlıq işləri görülüb və Nardaranda da hər bir insan görülən işlərlə bağlı öz razılığını bildirir. Bu gün də qəsəbədə həyat öz axarı ilə davam edir. Nardaran Azərbaycanın bir hissəsidir. Azərbaycanın hər yerində olduğu kimi, Nardaranda da qanun hər bir kəsə şamil olunur”.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

